Qalmaqallı “Xəzər lənkəran” – “Neftçi” oyununda meydanın əsas qəhrəmanı olan Əfqan Həmzəyev Lənkəranda populyarlığını qorumaqdadır..Bu gün Lənkəranlı futbol azarkeşlərinin arasında əldən ələ gəzən Əfqan Həmzəyevə məxsus avtoqələmi nəhayət ki,biz də əldə etdik.Bu qələmlə Əfqan bəy,həmin matçın protkolunu yazmış, daha sonra isə stadionu təcili tərk edərkən itirmişdir.Qələm qırmızı rəngdədir,uzunluğu 16-sm ,çernil dolu içliyi isə yarımçıqdır.Qələmin Həmzəyevə məxsus olduğunu Lənkəran şəhər stadionunda dəqiqləşdirəndən sonra və Lənkəranlı futbol azarkeşlərinin marağını nəzərə alaraq, qələmi satışa çıxarmaq qərarına gəldik.Beləliklə, Əfqan Həmzəyevə məxsus qələmi aprelin 1-də saat 12:00-da Lənkəran şəhər böyük bazarının örtülü bazar adlanan yerində, politelen paketlərin satışı ilə məşğul olan dükanda auksiona çıxaracağıq.
Həmzəyevin qələminin ilkin qiyməti 35-manatdır.Lənkəranlı azarkeşlərin çılğınlığını nəzərə alıb bəri başdan qeyd etməliyik ki,qələmin satışında minimum qiymət 35-manat olduğu halda, maksimum qiymət 35000-manat təyin olunmuşdur.
Qələmin satışından əldə olunan pul məbləğinin “Xəzər Lənkəran” klubuna cərimələri ödəmək üçün təqdim olunacağına da artıq qərar verilib.Bunun səbəbi anlaşılandır,axı klubun bu qədər xərcə düşməsinin səbəbkarı məhz Əfqan Həmzəyevdir.
Hamivizi cagiriram odnoklassniki.ru saytina!Orada Efqan tez-tez olur..oz iradlarivizi ona shexsen bildire bilersiniz.Ozde cavab da yazir.Mene yazib ki menim kimlerden hec vaxt qacmayib va qacmazda..Ama meni onun pula gore satilmasi haqda heec bir shey cavab yazmadi..