Ana Səhifə» 2010»Dekabr»24 » Statistika və hıqiqət...
19:08
Statistika və hıqiqət...
Yazıma bu başlığı verməm heç də səbəbsiz deyil. İki məsələni əhatə edəcək olan bu yazının birinci hissəsi həmişə müzakirə məsələlərindən biri olan ölkəmizdə futbola azarkeşlik edənlərin sayı ilə bağlıdır.
Hamının çox gözəl olaraq bildiyi kimi futbola azarkeşlik baxımından "Xəzər Lənkəran” azarkeşi birinci sırada dayanır. Bu mövsüm keçirilən oyunların statistikası da bunu sübut edir. Apardığımız araşdırmaların nəticəsi olaraq, həm də PFL-in rəsmi saytının rəqəmlərinə istinadən "Xəzər Lənkəran”ın azarkeşləri 2010/2011 mövsümünün geridə qalan 18-turu ərzində ən yüksək göstəriciyə malikdir. Qeyd edək ki, 2010-cu ildə keçiriləcək sonuncu XIX turun oyunları da "Xəzər Lənkəran” azarkeşlərinin bu rekordunu heç kimə verməyəcək. Belə ki, 18 tur ərzində və bir də kubokun 1/8 final mərhələsinin "MKT Araz” la keçirilən görüşləri nəzərə alsaq ümumilikdə komandamızı 92.420 azarkeş dəstəkləyib. Hələ onu demirik ki, "MOİK”-lə görüşlərin normal qayda olaraq biri evdə keçirilsə idi bu rəqəm daha böyük olmalı idi. Lakin bildiyiniz kimi "MOİK”-lə çempionat oyunlarının hər ikisi rəqib meydanında yəni Bakıda keçirildi.
1."Xəzər Lənkəran” – "Qəbələ” – 9000 tamaşaçı
2."Xəzər Lənkəran” - "İnter” - 13.500 tamaşaçı
3."Xəzər Lənkəran” - "Neftçi” - 11.000 tamaşaçı
4."Xəzər Lənkəran” - "Bakı” - 12.000 tamaşaçı
5."Xəzər Lənkəran” – "Turan” - 5000 tamaşaçı
6."Xəzər Lənkəran” – "Simurq” – 7500 tamaşaçı
7."Xəzər Lənkəran” – "Muğan” – 9500 tamaşaçı
8."Xəzər Lənkəran” – "Gəncə” - 12.000 tamaşaçı
9."Xəzər Lənkəran” – "MKT Araz” – 5000 tamaşaçı (1/8 final Kubok oyunu)
Yuxarıda dediyimiz XIX turda bu rekordu kimsə üstələməyəcək fikrini isə aşağıdakı kimi əsaslandırırıq. Bildiyiniz kimi, azarkeş sayına görə "Gəncə” klubunun da göstəriciləri heç də pis sayıla bilməz. Hətta "bir oyunda azarkeş sayı”na görə gəncəlilərin bu mövsüm rekord qırdığını da söyləyə bilərik. Bu rekord rəqəmi 17.500 olmaqla elə "Gəncə” - "Xəzər Lənkəran” matçında qeydə alınıb. Gəncədəki digər nə prinsipial, nə də ki digər iddialı komandalarla belə böyük rəqəm qeydə alınmayıb. Yalnız "Neftçi” ilə oyunların birində 12.000 gəncəli görüşə tamaşa edib.
Elə Gəncədəki ən böyük azarkeş sayının məhz "Xəzər Lənkəran”la oyunda qeydə alınması da bizi qururlandırmaya bilməz. Belə görünür ki, digər şəhərlərimizdə də "Xəzər Lənkəran”a maraq böyükdür. Elə digər komandaların ev oyunlarında qeydə alınan ən çox azarkeş sayı da yalnız yerli komandaların "Xəzər Lənkəran”la keçirdikləri oyunlara məxsusdur.
Digər komandalarda azarkeş göstəricisi xeyli sayda geridə olduğundan, bizə ən yaxın göstəriciyə malik "Gəncə” azarkeşlərinin göstəriciləri ilə də sizləri tanış edirik. Qeyd edək ki, aşağıda qeydə alınan rəqəmlər də PFL-in rəsmi saytından götürülmüşdür.
1. ”Gəncə” – "Neftçi” - 8200 tamaşaçı
2. ”Gəncə” – "Muğan” - 6000 tamaşaçı
3. ”Gəncə” – "MOİK” - 1500 tamaşaçı
4. ”Gəncə” – "Bakı” - 8000 tamaşaçı
5. ”Gəncə” – "Qəbələ” - 7000 tamaşaçı
6. ”Gəncə” – "Xəzər Lənkəran” – 17.500 tamaşaçı
7. ”Gəncə” – "İnter” - 5000 tamaşaçı
8. ”Gəncə” – "Turan” - 3000 tamaşaçı
9. ”Gəncə” – "AZAL” - 5000 tamaşaçı
10. ”Gəncə” – "Simurq” - 5000 tamaşaçı
11. ”Gəncə” – "Neftçi” - 12.000 tamaşaçı (1/8 final Kubok oyunu)
13. "Simurq” - ”Gəncə” - 600 tamaşaçı (burada 100 ”Gəncə”-li)
14. "Turan - ”Gəncə” - 2000 tamaşaçı (burada 150 ”Gəncə”-li)
15. "Neftçi” - ”Gəncə” - 1000 tamaşaçı (burada 150 ”Gəncə”-li)
16. "MOİK” - ”Gəncə” - 80 tamaşaçı (burada 70 ”Gəncə”-li)
17. "Qarabağ” - ”Gəncə” - 500 tamaşaçı (burada 150 ”Gəncə”-li)
18. "Bakı” - ”Gəncə” - 200 tamaşaçı (burada 100 ”Gəncə”-li)
19. "Muğan” - ”Gəncə” - 1000 tamaşaçı (burada 100 ”Gəncə”-li)
Fikir verirsinizsə bu baxımdan ən yaxın izləyicimiz olan "Gəncə”lilər üst-üstə 79.020 nəfərlə komandalarına dəstək olmuşlar. Onu da demək lazımdır ki, ən çox azarkeş sayı ev oyunlarında qeydə alınır ki, bu baxımdan da "Gəncə” evdə 11 oyun keçiribsə, "Xəzər Lənkəran”ın ev oyunlarının göstəricisi 9-dur. Həmçinin komandamız 2010-cu ilin son matçını böyük azarkeş marağına səbəb olan və evdə "Qarabağ” kimi rəqibinə qarşı keçirəcəyi halda, "Gəncə” səfərdə "İnter”ə qarşı oynayacaq. Səfər oyunlarında böyük göstəriciyə malik olmayan "Gəncə”lilər, əlbəttə bu ilin rekordunda "Xəzər Lənkəran”lıları üstələyəcəkləri inandırıcı deyil. Üstəlik "İnter” - "Gəncə”oyunu "Şəfa” stadionunda keçiriləcək. Bu stadionun azarkeş tutumu isə 8000 civarındadır. "Gəncə”lilər isə "Xəzər Lənkəran”lılardan 2010/2011 mövsümünün bu günə olan və yuxarıda təqdim etdiyimiz statistikasında 13.400 nəfər geri qalır. Üstəlik evdə keçirəcəyimiz ilin son matçında ən azı 7580 nəfər azarkeş sayı qeydə alınarsa, deməli cari mövsümdə "Xəzər Lənkəran”ı dəstəkləyənlərin sayı ən azı 100.000 olacaq. Bu göstərici əlbəttə ki, Azərbaycan futbolunun bu günü üçün kifayət qədər böyük rəqəm sayılır ki, bu da "Xəzər Lənkəran” azarkeşlərinə məxsusdur.
Bu yuxarıda sadaladığım "Xəzər Lənkəran” azarkeşlərinin kəmiyyət göstəricisi idi. Əlbəttə, kəmiyyət göstəricisi hələ azarkeşlər haqqında tam fikrə gəlməyə əsas vermir. Bura müsbət mənada keyfiyyət göstəricisi də əlavə olunarsa, onda daha xoş mənzərə yaranır. Haqqında danışacağım ikinci məsələ elə keyfiyyət göstəricisi barədədir. Əlbəttə, "Xəzər Lənkəran” azarkeşləri müsbət mənada keyfiyyət baxımından da fərqlənən azarkeşlərdir. Onlar daim komandalarının yanında olmaqla, "Xəzər Lənkəran”ı sona qədər qələbəyə səsləyirlər. Müxtəlif layihələr həyata keçiməkdə isə tayı-bərabəri olmayan azarkeşlərdir. Futbolu çox gözəl başa düşüb, analiz etmək qabiliyyətinə malikdirlər. Tələbkarlıqlarına isə heyran qalmamaq olmur. Bura digər komandaların azarkeşləri ilə dostluq münasibətlərini də əlavə etsək, onda tam sivil bir azarkeş ordusuna malik olmaqla "Xəzər Lənkəran” klubu öyünə bilər.
Lakin bəzən çılğınlıqdanmı ya nədənsə kiçik hallar baş verir ki, bunu da bizlərə irad tuturlar. Konkret, XVIII turda "MOİK” üzərində qələbədən sonra səfər matçına gəlmiş təxminən 2000 "Xəzər Lənkəran” azarkeşləri arasından 5-6 nəfər oyun bitər-bitməz 1-2 dəfə "Neftçi qazdır!” şüarı səsləndirdilər. Bu şüardan xoşlanmayan əksər azarkeşlər, həmin 5-6 gənc insana "belə şeylər yaxşı deyil” deyə öyüd-nəsihət verincə, onlar da daha bu şüarı səsləndirməkdən vaz keçdilər.
Həmin məsələyə ölkənin bir nömrəli idman nəşri olan "Futbol+” qəzeti reaksiya vermiş oldu. Reaksiya da ondan ibarət oldu ki, "Futbol+” qəzetinin 21-23 dekabr 2010 sayında, 6-cı səhifədə, "Turdan Məqamlar” bölməsində bu məsələni "Turun təxribatı” kimi qiymətləndirdi. Bununla bağlı isə bir gün əvvəl "Futbol+” qəzetindən mənə zəng edilərək, belə bir şeyin olub-olmaması və məsələyə münasibət haqda bilgi istədilər. Açığı ittiham dolu sualları cavablandırarkən xeyli narahatlıq da keçirdim. "Futbol+” qəzeti, "həmişə belə halların əleyhinə olduğunuzu deyirsiniz, amma niyə belə şeylərin qabağını almırsınız” deyə ittiham etdi. Öz növbəmdə də mən 2000 azarkeşin arasında 5-6 belə gəncin çılğınlıq etməsi ola bilən haldır dedim. Elə bu kimi şüarın kütləvi səsləndirilməyə keçməməsini və əksəriyyət tərəfindən pisləndiyinə görə də tez dayanmasını onların nəzərinə çatdırdım. Bu haqda qəzetin həmin nömrəsində oxuya bilərsiniz. Açığı, "Xəzər Lənkəran” azarkeşlərinə məxsus olan saytlarda belə maarifləndirmə işinin getməsinin hamımız şahidi olmuşuq. İnsafən, "Futbol+” qəzeti də həmin nömrəsində bu məsələni müsbət notlarla bitirib. Hamımızın bildiyi kimi, "Futbol+” qəzeti azarkeşlərə münasibətdə öz dəsti-xətti olan, həm fanklublara, həm sadə azarkeşlərə xüsusi önəm verən, ölkə futbolunun inkişafında onların rolunu daim önə çəkən bir qəzetdir. Bu mənada bu qəzetin iradlarını normal qəbul edirik. Həm də "Xəzər Lənkəran” azarkeşlərinin müsbət keyfiyyətlərinə azacıq da olsa kölgə düşməsini istəmirik. Qoy biz həmişə müsbət azarkeşliyimizlə hamını təəccübləndirək. Bizə irad yaraşmır, biz təxribatçı deyilik!
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev dünən «Qarabağ» və «Xəzər Lənkəran» aarsında keçirilmiş oyunla bağlı fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, o deyib ki, bu mövsüm Premyer Liqada hələ ikinci belə bir qarşılaşmaya rast gəlməyib: «Bu oyundan sonra PFL-ə xeyli təşəkkür zəngləri gəldi. Mən də fürsətdən istifadə edib «Qarabağ» klubuna təşəkkür edirəm. «Xəzər Lənkəran»a isə ikiqat təşəkkür edirəm ki, onlar həm də təşkilatçılıqları ilə Azərbaycanda futbolun inkişaf etdiyini bir daha sübut etdilər»
Yazdigim oyuncu cimbomda 25 oyunda 6 qol vurarsa bu Xezer Lenkeran heyyetinde oynasa her oyunda en azi 2 3 qol vuracaq baxin bu hucumcuya millidede ferqlenib cempiyonlar liqasindada ferqlenib 2 oyudna 1den qol vurub. eger bu hucumcu ile razilawsaq super oalcaq ama meblegi coxdur deyesen XEzer Lenekran razilawib bommba transfer olacaq bu
Neçə vaxtdır adı “Xəzər Lənkəran”la yanaşı hallanan Rumıniya millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Florin Bratunun keçidi reallaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, hələ 2 ay əvvəl verdiyi müsahibədə Azərbaycana gəlişinə yalnız bir əngəlin olduğunu açıqlayan 30 yaşlı hücumçu artıq bu problemi də həll edib.
Belə ki, Bratu bu gün “Dinamo” ilə müqaviləni rəsmi şəkildə ləğv edib. Bu onun mütəmadi telefon əlaqəsi saxladığı “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin işini asanlaşdırıb. Yəni, artıq keçid üçün pul xərcləmək lazım olmayacaq.
Rumıniya millisində 14 oyuna 2 qol vuran Bratu karyerası ərzində “Traktorul”, “Rapid”, “Dinamo” (hamısı Rumıniya), “Qalatasaray” (Türkiyə), “Nant”, “Valansyenn” (hər ikisi Fransa), “Liteks” (Bolqarıstan) klublarının şərəfini qoruyub. 2003/04 mövsümündə şərəfini qoruduğu “Cim-Bom”un heyətində 25 matça 6 qol vurub. Bundan başqa, Çempionlar Liqasında İstanbul təmsilçisinin 2 oyununda 1 dəfə fərqlənib.
Türkiyəlilər Bratunu “Rapid”dən 2,1 milyon dollara transfer etmişdi. Florin Rumıniya çempionatı, kuboku, Superkuboku, həmçinin Bolqarıstan Superkubokunun qalibidir.
Qeyd edək ki, az öncə müqavilə ilə Buxarest “Dinamo”suna məxsus olan futbolçu icarə əsasında Bolqarıstanın “Liteks” komandasında oynayırdı.