Ana Səhifə» 2011»Yanvar»12 » Təklif xoşunuza gəlməsə qolumuzu burdurun...
20:20
Təklif xoşunuza gəlməsə qolumuzu burdurun...
"Neftçi”
klubunun rəhbərliyinə İslam Cabbarlı tərəfindən açıq məktub.
Hörmətli "Neftçi” rəhbərliyi, sizin Azərbaycan
futbolunun inkişafında olan rolunuzu danmaq insafsızlıq olardı. (Tərslikdən biz
də belə insafsızlarıq.) Beləki, ölkə futbolunu dünyada tanıtdırmaqla "Neftçi” futbol
klubu və siz rəhbərlik Azərbaycan
həqiqətlərini dünya ictimaiətinə olduğu kimi çatdırmaqda müstəsna xidmətlərlə
seçilmisiniz. Elə "Neftçi”nin iki rəngi
də hər şeydən xəbər verir - ya ağ ya da qara ! Onsuz da bizim həyatımız da futbolumuz da
rənarəng deyil və yalnız iki rəngdən ibarətdir...
2010/11 futbol mövsümünə siz necə
hazırlaşmısınız ki, hər şeyi qabaqcadan necə nəzərə almısınız ki, heç nə
diqqətinizdən yayınmayıb. Heç bir hakim qabaqcadan qurulmuş plandan kənara
çıxmayır, AFFA və PFL də bizlərin səsləndirdiyimiz etirazlara məhəl qoymayaraq və
medianın nə çalmasından asılı olmayaraq "Neftçi” üçün "Heyva gülü”nü oynayır. Futbol
azarkeşlərini də nəzərə almamış olmazsınız bunu da biz yəqinliklə bilirik. Elə
bizləri də diqqətdən kənar buraxmamısınız. Vaxtı vaxtında yaşadığımız evlərdə telefon
xətlərimiz kəsilir, işıqlarımız keçir, qollarımız burulur... İndi də qazımızı
kəsib bu soyuqda bizi dondurmaq planı işləyir ki, Lənkəranın qaz idarəsində bunu həyata keçirməyə hazır olan "şərəfli” və "ləyaqətli”
icraçı insanlar da tapıldı...
Mənim də bir təklifim var, amma bilmirəm bu
təklif tərəfinizdən necə qarşılanacaq. Beləliklə, "Neftçi” klubunun
transferlərinə və klubun digər xərclərinə sərf etdiyiniz halallığı alınmamış o
haram pullardan mümkün olarsa bizim qaz pulu borclarımızı da ödəyəydiniz. Əsla
bizə əlbəəl pul verməyi düşünməyin ha... Bizlər yuxarıda yeri olmayanlar, lakin
aşağıları da bəyənməyənlərik və biz
köhnə düşüncə ilə yaşayaraq o pullara haramdır deyə əl vurmarıq...
Təklifim xoşunuza gəlmədiyi təqdirdə bir
işarənizə bənd olan polis vasitəsi ilə növbəti dəfə qollarımızı burdura
bilərsiniz, bu sizin işiniz. Amma xahiş edirəm nə edirsiniz tez edin və yaxşı
yaxşı fikirləşib seçim edin, ya "qaz” ya "qol”...
"12-ci oyunçu”nun rəhbəri Cabbarlı İslam. Lənkəran
şəhəri 12/01/11
Neftcillilerin boyunu yere soxum axirinci yoldan istifade eliyirler.Hamida bilirki axirinci yol ne demekdi Q.... varianti.Fikir vermiyin Insallah fevralin 13u TOFIQ BEHAMOV adina stadionda onlara her weyi subut ederik.
Deyirem 1994-95 ci illerdeki derebeylik qayitdi Respublikada. Kin ne isteyir edir! Futbolda bele. Neftci cempiondur vsyooo!!! Kimin xoshuna gelmir tutub basarlar iceri. Respublika kimlerin ellerindedir?!?!?!?
Axi sebebsiz yera qaz borusu neye gore kesilmelidi? Hecna basa dusmurem. Islam qardas meger tek sizin menzilinizin qaz borusu kesilib yoxsa bir neca ailenin???
Əl qolumu bağlayıb aparsaydılar bəlkə daha rahat olardım. Ən azı ona görə ki, soyuqdan donmuş uşağın gözünə baxmaq daha çətindir. Bir qrup şərəfsiz və ləyaqətsiz insan günün günorta çağı qaz borularını ayırdılar və getdilər. Lənkəran qaz idarəsində çalışanlar arasında ləyaqətli insan axtarıram varsa çıxsın sabah qarşıma mən gözləyirəm...