Ana Səhifə» 2010»Oktyabr»27 » Təlimatlara və tapşırıqlara boyun əyənlər...
22:39
Təlimatlara və tapşırıqlara boyun əyənlər...
"Xəzər Lənkəran” üçün
arzuolunmaz haklimlər siyahısını təqdim edirik. İlk yerdə əlbəttəki Elçin Məmmədov
gedir. Düzdür Əfqan Həmzəyev də bu siyahıda yer tutur. Lakin onun hesabında
bircə məşhur "Xəzər Lənkəran – "Neftçi”
oyunu vardır. Ona görə də o siyahıda hələlik ikinci yerdə qərarlaşıb.
Beləliklə Elçin Məmmədov
və "Xəzər Lənkəran” - statistikanın gözü
ilə.
Baş
hakim Elçin Məmmədovun idarə etdiyi
oyunlar.
Premyer
liqa III tur. 21.10.2009
"Olimpik-Şüvəlan”
- "Xəzər-Lənkəran” 1-0
Bu
oyun futbol sevərlərinyadında qalar. "Şəfa”
stadionunda keçirilən oyunda Elçin Məmmədov o qədər fit çalmışdı ki, hətta
oyunu izləyən onlarla azarkeş bezərək stadionu tərk etmişdilər. O vaxt
komandamızda top qovan İvan Tsvetkovun demək olar ki, hər dəfə topa toxunuşunda baş
hakimin fiti səslənirdi.
Kubok
1/8. 07.03.2010
"Qarabağ”
- "Xəzər-Lənkəran” 2-1
"Küləkli
oyun” adı almış bu oyun futbol tarixinə düşə bilər. Çünki, hakim özbaşınalığının
ən dəhşətli məqamları bu oyunda yaşandı. Beləki, matçın 59-cu dəqiqəsində Rəşad
Sadıxov topla irəliləyərkən Kristian Kabraldan bir metr məsafə aralıda yıxılır
və baş hakim cərimə zərbəsi təyin edir və uzaq məsafədən vurulan zərbə qolla nəticələnir.
Oyunun artırma dəqiqələrinə (90+3) birinci vəziyyətin təkrarı baş verir. Ağlasığmayan
bir vəziyyətdə zərimə zərbəsi təyin olunur ki, bu da qolla nəticələnir.Halbuki
ikinci vəziyyətdə məhz "Qarabağ” komandasının futbolçusu qaydanı pozmuşdu. Oyunu
canlı izləyən və video yazıya baxanların diqqətini həmin oyundakı cərimə zərbələri
çəkirdi. Matçın ikinci hissəsində ilk yarıdan 3-dəfə çox "Xəzər Lənkəran”ın qapısı istiqamətində cərimə zərbəsi təyin olunmuşdu ki, onların
yalnız birində həqiqətən də qayda pozulmuşdu. Yerdə qalan 8-epizodda isə qayda
pozuntusundan söhbət belə gedə bilməzdi.
Premyer
liqa XXVII tur. 11.04.2010
"Bakı”
- "Xəzər-Lənkəran” 1-0
Bu
oyunda da Elçin Məmmədov yalnız öz bacarığından yararlanaraq komandamızın
futbolçularını tez-tez çalınan fitlərlə süstləşdirə bilmişdi. Eyni hərəkətləri
edən rəqib komandanın üzvləri isə meydanda at oynatmaqda davam edirdilər.
Premyer
liqa XXXI tur. 09.05.2010
"Qarabağ”
- "Xəzər-Lənkəran” 2-1
Elçin
Məmmədov "Xəzər Lənkəran” futbolçularını komandamıza qarşı xırda foulları qeydə almaqla sındırır,
bütün hücumları elə dayandırırdı ki, sanki rəqib tərəfdəki futbolçular zərif
cinsin nümayəndələridirlər.
Kubok
FİNAL 23.05.2010
"Bakı”
- "Xəzər-Lənkəran” 2-1
Kubokun
finalında.
Oyunun diqqət mərkəzində olduğunu nəzər alan Elçin Məmmədov daha
diqqətli davranırdı. Amma bu oyunda da baş hakim kimi onun böyük səhvi olduğunu
demək mümkündür. Beləki, futbol qaydalarına görə top "mübahisəli top”la oyuna
daxil olunursa bir komandanın futbolçularının ayağına dəyirsə və əks komandanın
futbolçusunun ayağına və ya qaydalara uyğun olan bədən hissələrinə dəymədən qapıya daxil olursa qol hesaba alınmamalı idi.
Oyunlara əlavə olunan vaxtlar haqda.
Elçin
Məmmədov öz ənənəsinə sadiq qalaraq
oyunda nə qədər dayanmalar baş verməsindən asılı olamayaraq "Xəzər Lənkəran”ın
oyunlarında həmişə birinci hissəyə 1-dəqiqə ikinci yarıya isə 3-dəqiqə əlavə
edirdi.
Elçin
Məmmədovun "Xəzər Lənkəran”futbolçularına verdiyi sarı vərəqələr.
Emeka
Opara, 81 ("Bakı" - "Xəzər Lənkəran"
XVIII
Azərbaycan kubokunun final oyunu - 23.05.2010)