Qarşıla
"Neftçi”ni 8-martda...
Tədbiri
töksə də bu AFFA qağa,
Keçmədi
penalla "Neftçi” qabağa...
Penal
başımıza olsun sadağa.
Oyunu
udmuşuq o partapartda...
Qarşıla
"Neftçi”ni 8-martda...
***
AFFA
oynaşının ceyranı gəlir,
Saxta
on bir metrə heyranı gəlir,
"Xəzər”in
sevgili cananı gəlir...
Bir
dəstə çiçəklə qalıb startda,
Qarşıla
"Neftçi”ni 8-martda...
***
Tutaq
bu görüşə məzə indidən...
Bakıdan
naz etsin bizə indidən,
Gəlin
xonçasını bəzə indidən,
Belə
təsadüflər azdır həyatda.
Qarşıla
"Neftçi”ni 8-martda...
***
Tez
tərpən "Xəzər”ə layiq azarkeş,
Dinsin
on ikinci natiq azarkeş,
Gözün
aydın olsun sadiq azarkeş,
Olasan
həmişə toyda büsatda,
Qarşıla
"Neftçi”ni 8-martda...
***
Söylə
söz, "Xəzər”in öz məkanından,
Çayı
iç armudu istəkanından...
Çiçək
al Elşənin gül dükanından,
Xərclə
bu görüşə beş-on manat da...
Qarşıla
"Neftçi”ni 8-martda...
***
Kabab
qanlıdırsa igid də canlı...
Gözlər
intizarda, qəlb həyacanlı...
Bir
şey qalmayıbdı ay Lənkəranlı...
Sən
gözləməkdəsən o çataçatda...
Qarşıla
"Neftçi”ni 8-martda...
***
Kitab
arasında qızıl gül qurut...
Yan
xəttin şışkalı hakimi unut...
İslam
sol əlində hədiyyəni tut,
Götür
sağ əlində bir aparat da...
Qarşıla
"Neftçi”ni 8-martda...
***
Ağappaq
əndamın qaradır xalı,
Salarsız
boynuna tirməni, şalı,
Oxuyun
ailəli "ay şal-şallı”,
"Xəzər”,
yaşıl geyib sən də ağ atda,
Qarşıla
"Neftçi”ni 8-martda...
T.Həsənli
|