www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyun » 27 » Torba tikən var,var.Şaiyə yayan var,var.
17:12
Torba tikən var,var.Şaiyə yayan var,var.
Ağasəlim Mircavadovun "dostları” və ya bu torbanın ilmələri iynə ilə deyil "qıyıq"la vurulur.”
*
"12-ci oyuncu.com” saytında gedən bu başlıqlı yazını mən də elə həmin gün oxudum. Yazıya ilkin olaraq münasibət bildirmək istəsəm də, şəxsi işimlə əlaqədar, bu heç cür mümkün olmadı. Lakin bu gün imkan tapıb (2-gün sonra), öz münasibətimi bildirirəm.
*
Hörmətli İslam bəy, bu mövzu ətrafında araşdırmalar aparmış və baş məşqçiyə münasibətdə müəyyən nəticələrə gələrək, həmçinin "Xəzər Lənkəran” tərəfdarlarını bir neçə kateqoriyaya bölmüşdür.
*
Həmçinin İslam bəy, öz fanat qurumları olan "12-ci oyunçu”nun necə ərsəyə gəldiyi haqda və şəxsən özünün bu işlərdə nələr etdiyinin az bir hissəsini yada salaraq, bəzi məqamlara toxunmuşdur.
*
Əvvəla, onu deyim ki, hörmətli İslam bəy, şəxsən mənim, kimsəni üzünə tərif edib mədhiyyəçilik etməklə aram yoxdur. O cümlədən bunun əksi olan, kiminsə arxasınca nələrsə demək, əqidəmə zidd olan şeylərdir. Amma buna baxmayaraq, söhbət bizim qururumuz olan "Xəzər Lənkəran”dan gedirsə, və onun yolunda kimlərsə əziyyət çəkirsə, hamısının qiymətlənririlməsinin tərəfdarıyam. Bu baxımdan həqiqətən də sizin çəkdiyiniz əziyyət və bu əziyyətləri çəkərkən, yalnız elinə, obasına, onun adını daşıyan bir futbol klubu olan, "Xəzər Lənkəran”a bağlılığınız, sizi heç bir maddi olaraq deyil, yalnız mənəvi tərəfdən gələn bir maraq olaraq bu yöndə çalışmalarınıza təkan vermişdir. Bu yöndə çalışanların hamısını mən də alqışlayıram və onların önündə getdiyinizi deyə bilərəm.
*
Söhbət Ağasəlim Mircavadovun, "Xəzər Lənkəran”a ikinci qayıdışından gedirsə, mən də bu qayıdışın lehinə olmuşam və deməyə sözüm, bu qayıdışı əsaslandırmağa əlbəttə fikirlərim var. O da məlumdur ki, Ağasəlim Mircavadovun, "Xəzər Lənkəran”a ikinci qayıdışı zamanı klub rəhbərliyinin, şəxsən klub prezidenti Mais Mənsimovun fanatlarla görüşünün nəticəsi olaraq, bu baş vermişdi. Yadındadırsa, Mais Mənsimov həmin görüş zamanı adlı-sanlı məşqçilərlə danışıqlar apardıqlarını, hətta maddi tərəflər razılaşdırılsa belə onlar biləndə ki, Azərbaycana, onun heç paytaxtına da deyil, başqa bir kiçik şəhərinə gəlib fəaliyyət göstərməlidirlər, elə o andaca danışıqları yarımçıq saxlayırdılar deməsi, şəxsən mənim, "Əgər belədirsə, onda belə çıxır ki, ümidimiz yerli məşqçiyə qalır. Belədə də bizim bir namizədimiz var” deməyimin ardından,”Doktor hər şey ola bilər” söyləməsi və digər iştirakçıların da etiraz etməməsi, iki gün sonra bu təyinatın rəsmiləşməsi ilə başa çatdı.
*
Bu namizədliyi irəli sürərkən, biz havadan deyil, faktlara söykənmişdik. Məhz , Ağasəlim Mircavadovun, "Xəzər Lənkəran”da əvvəl də işləməsini, onun komandamıza neçə-neçə titul qazandırması, fərqli və baxımlı oyun üslubu gətirməsi, buna əsasən bütün oyunlar zamanı tribunaların ağzınacan dolmasını və s. kimi müsbət arqumentləri əsas götürmüşdük. Hər bir normal insan bu faktların heç birini inkar edə bilməz.
*
O cümlədən, Ağasəlim Mircavadovun, "Xəzər Lənkəran”dan əvvəl də digər klublarla da qazandığı uğurları nəzərə aldıqda, onun necə bir mütəxəssis olduğu aydın görünür. Əlbəttə SSRİ dağıldıqdan sonra, hələ müstəqil olaraq təşəkkül tapmayan Azərbaycan futbolundakı uğursuzluqlar bu baxımdan istisnadır.
*
Yeni dövr üçün isə Ağasəlim Mircavadovun ölkədə birnömrəli mütəxəssislərdən olması danılmazdır. Məhz onun dönəmində "Neftçi” komandası uğurlu çıxışları ilə yadda qalmışdır. Onun "Neftçi”dən gedişinə baxmayaraq, qurduğu heyət dağılana qədər, az çox uğurlu çıxış etmiş, lakin bu heyətdən sonra başqaları tərəfindən qurulan heyətlə hələ ki, bu komanda da titullara həsrətdir desək yanılmarıq.
*
Sözu bura təsadüfən istiqamətləndirmədim. Ölkə mətbuatı da həmişə bu mütəxəssisin oyunçu seçiminə hörmətlə yanaşıb, bu işdə onu həmişə "Oyunçu sərrafı” kimi təqdim edir. Misallar çəkmək bəlkə də yersizdir.
*
Burdan bir sıra başqa məsələlərə keçid alıram. İslam bəy, sizin göstərdiyiniz kimi, son çempionat və kubok oyunu ərəfəsində hətta bi az da ondan əvvəlki vaxtların bəzi məsələlərinə toxunmamaq mümkün deyil. Mən adlar çəkmədən həmin ərəfədə bəziləri tərəfindən bu oyunlarda nəticədən asılı olmayaraq, Ağasəlim Mircavadovun istefaya səslənməsinin vacibliyinin sadə azarkeşlər arasında təbliğatının aparılmasının şahidi olmuşdum. Amma əlbəttə belə məsul oyunlar ərəfəsində buna mümkün qədər bir fanklub olaraq müqavimət göstərməyə çalışmışdıq.
*
Bəziləri deyə bilər ki, son matçda qalib gələrək çempion olacaq bir komandanın baş məşqçisini istefaya səsləmək nə qədər məntiqə uyğundur? Belədə yada salmaq lazım gəlir ki, "Xəzər Lənkəran” son bir neçə turda tam çempionluğa yaxın ikən, demək mümkünsə çempionluğun öz əlində olduğu son iki-üç tur ərəfəsində artıq bu üzdəniraq qüvvələr öz fəaliyyətlərinə start vermişdilər və getdikcə komandaya təsir etməyə başlamışdılar. Nəticədə onların istəkləri "Xəzər Lənkəran”a zərbə vurmaqla yekunlaşdı. Amma məşqçinin istefasına hələ ki, nail ola bilmədilər. Deyilənə görə, mayın 15-də son çempionat oyununa fəxri prezidentin gəlişi nəzərdə tutulmamışdı. Bunu stadionda həmişə onun gəlişi ərəfəsində görülən səliqə-səhman işlərinin yetərincə olmaması və xüsusi hazırlığın olmaması da göstərirdi. Bunu klubdakı nümayəndələrin birinin dediyincə, "bizim əsas hazırlığımız kubokun final oyununadır”, deməsi bir daha sübut edir. Lakin fəxri prezident son çempionat oyununa bəlkə də xəbərsiz gəlib olanları özü görmək istədi. Mən yenə o qənaətdəyəm ki, oyundan sonra onun dediyi acı sözlər və "Mircavadov postunda qalır” fikri, az sayda istefa qışqıran azarkeşlərə yox, onları öyrədənlərə qarşı bir mesaj idi. İndi də seçimdə oyunçu sərrafı olan Ağasəlim Mircavadovun avroliqa öncəsi baxışa gələnlərin heç birini bəyənməməsi sual doğurur. Bəlkə də baxışa zəif oyunçular çağırıb, Ağasəlim Mircavadovu pis vəziyyətdə qoymaq istəyən, elə bununla işlərindən hələ əl çəkmədiklərini və nəyəsə nail olmaq istədiklərinin iddiasını davam etdirirlər.
*
Sizlərin yadına, artıq komandamızdan getmiş D.Kalinkovun avroliqaöncəsi "Olimpiya” – "Xəzər Lənkəran” matçı ilə bağlı bir fikrini çatdımaq istərdim. Komandalardan hansı şanslıdır sualına D. Kalinkov belə cavab verir: - "Xəzər Lənkəran”ın güclü heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş ordusu var. Məncə bunlara görə "Xəzər Lənkəran” daha şanslıdır. Özünüz fikir verin, Ağasəlim Mircavadovun didərgin saldığı deyilən, D. Kalinkov, əgər belə olsaydı yəqin ki, başqa cür danışardı.
*
Sonda bunu demək istəyirəm. D. Kalinkovun dediyi kimi: - "Xəzər Lənkəran”ın güclü heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş ordusu, həmçinin klubuna can yandıran rəhbərliyi var. Bunlar birlikdə - "Xəzər Lənkəran” ailəsini təşkil edir. "Xəzər Lənkəran” ailəsi hər cəhətdən möhkəm bir ailə olmuş və bu gün də belədir. Bunun gələcəkdə də belə olması üçün göstərilən bütün ailə üzvləri daha da bir birinə bağlılığını həmişə nümayiş etdirməlidir ki, İndi bizim üçün, "başqa komanda lazımdır” və ya "Azercell”, "Xəzər Lənkəran”ı alır kimi şayiələr uydurmasınlar.
*
"Xəzər Lənkəran” bizim qururumuzdur və olaraq da qalacaq!
*
Bilməyənlər, şübhə edənlər, mane olmaq istəyənlər bu izdihamın ayaqları altında qalacaqlar.
*
Çətin günlərsiz həyat olmur, bunu yalnız yaşamağı bacaranlar dəf edə bilir!
*
Uğurlar sənə və səni sevənlərə - "Xəzər Lənkəran” !
*
Mirhafiz M. Babayev
27.06.2010
*
Bölmə: |Baxış sayı: 1155 | Yazar: 12cioyuncu |
Всего комментариев: 9
29.06.2010
9. kantana [Материал]
Salam Mirhafiz müəllim.Mən bu yazının sizə məxsus olduğun bilirdim sadəcə İslam bəyində şərhlər bölümündə dikusiyasın oxudum ona görə şərh yazdım.Çünki bundan qabaqda İslam beyin yazısın oxumuşdum.
Toni Adamsin meşqçilik bacarığın görmesekde kifayet qeder uğurlu futbol heyatı var və ən azından onu gətirməyi bacarıb ..Onun uğur qazanıb qazanmayacağı isə 2 ci mərhələdi.
Mən istefaya təbliğat aparan qüvvələrin olduğun danmiram ancaq bu istefa sesleri tebliğatın neticesi olduğun daniram.Çünki azərkeşlərin istefa qışqırmasına kifayet qeder sebeb vardi.İstefani tebliğatla bağlamayaq deyirem..Bu mesele çox uzandı.Klubun uğursuzluğun neticesin tebliğatla bağlayıb hem seriştesiz klub yönetimine kömek edib hemde işden asand yaxa qurtarmayaq.Biz belə xəzər istemirik...Uduzandada kişi kimi uduzsun,mubarize aparib uduzsun.Lap elə yerli oyunçularimizla uduzsun heçkes bu qeder esebleşmez.
Ağanin qayıdışının niye əleyhine olmaliyiq deyim : Birincisi gedeni qaytarmaq sistemini men qetiyyen beyenmirem.Fenerbahçenin yoluyla gedirik lap.Geriye yox ireliye baxmaq lazımdı.İndi reqibler ne 2004 deki reqiblerdi ne oyunçularimiz hemin gücdedi nede çempionat 2004 dü ve en esası yeqinki Ağa 1 ci defe klubdan gedende lankaranfc.com da Ağasəlim qovuldu başlıqlı yazını hamınız xatırlayırsız.60 yaşlı bir ağsaqqalın qovulduğu yerə qayıtması nə dərəcədə düzgündü ? Mənim 20 yaşım var mən özümə hörmət edib etməzdim bunu.Bununçün 60 yaşlı olmaq lazım deyil mene.Ən azından "Xəzər Ağasəlimlə yolların ayırdı" başlıqlı yazı olsaydı bu başa düşülendi Ama saytda qovuldu yazilmişdi.Demək nədəsə ittiham olunub göndərilmişdi.
Əvvəl onu deyimki Sovet döneminde yaşamiriq.O vaxt Neftçininde 30 minlik azərkeş ordusu vardi indi 100 nefer yığa bilmirlər və həmdə Xəzərdə o vaxt Lənkranlı uşaqlar oynayib bildiyim qədəriylə.çünki mənim yaşım çatçır görməmişəm o dönəmi.Bu elə böyük bir şeydi.bayaqda dediyim kimi Amid,Kazım filan Lenkeranli uşaqlarida oynatsalar uduzduğumuz üçün ne istefa qışqıraram nede bu qeder qem yemerem.Klubda heç bir iş peşəkar səviyyədə qurulmuyub.Biz rəhbərliyin tərəfin təzyiq göstermekle bunun yavaş yavaş düzelmeyine nail olmaliyiq.Bizə belə Xəzər lazım deyil.
Hörmətlə Elvin Bağırov
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
8. mr.aliyev [Материал]
cox gozel,feal debat getdi.
heqiqeten bele gozel ,feal,cilqin,sadiq terefdarlari olan klub her seyin en yaxsisina layiqdi.Teessuf ediremki klubun idare heyeti onun azarkesleri kimi feal,demokratik fikirli deyiller.Cunki oz islerinde pesekar deyiller.Halal olsun Xezerin azarkeslerine!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
7. Dr.Mirhafiz [Материал]
Kantananın diqqətinə: - Bu yazını İslam bəy deyil, mən yazmışam. İslam bəy şərh vasitəsilə fikir bildirsə də, sizin öz şərhlərinizdə İslam bəyin deyil, birbaşa mənim yazıma vurğulanan fikirlər olduğu üçün cavab verməyə borcluyam.
Fikirlərinə hörmətlə yanaşıram, ən əsası açıq niklə və öz adınla bildirdiyinə görə. Mənim də yazıda göstərdiyim kimi burada istefa qışqıranların hamısı nəzərdə tutulmur. Əlbəttə öz fikri və düşüncə tərzi ilə bunu edənlər də ola bilər, necə ki, siz etmisiniz. Burada söhbət sizdən və ya sizinkimilərdən getmir. Burada sizin də göstərdiyiniz kimi: - “Ağanın getməsində sadə azərkeşlərdən başqa müəyyən qüvvələrin marağının ola bilme ehtimalın qaçırtmıram. Mümkündü və məncədə bu var” ... Söhbət məhz həmin qüvvələrdən gedir, bilavasitə onların marağından və bir neçə vaxt əvvəldən apardıqları üzdəniraq təbliğatdan gedir kı, bir çox insanları istefa qışqırmağa hazırlamalarından gedir. Buna aid bizdə də dəqiq məlumatlar var.
Əlbəttə,“Xəzər Lənkəran” böyük bir ailədir və bu ailənin bir üzvü də onun çoxminli azarkeşləridir. Azarkeşsiz klub isə qurumuş bir ağaca bənzəyir. Biz həmişə var olmalıyıq ki, bu belə olmasın.
Qaldı ki, sizin digər fikrinizə: - “Qəbələ Toni Adamsi gətirir biz isə Klub rəhbərliyinin "Lənkərana tanınmış məşqçi və oyunçu gəlmir" kimi sözlərinə safcasına inanırıq”.
Biz saf olduğumuzu əlbəttə danmırıq. Amma sadəlövh də deyilik. Qəbələnin Toni Adams sevdası haqqında söz demək hələ tezdir. Çünki onun futbolçu karyerası müsbət mənada zəngin olsa da, məşqçilik karyerası barədə heç bir parlaq fikir söyləmək mümkün deyil. Eynən bizim İqor Ponomaryov kimi.
Digər bir fikriniz isə belədir: - “Əvvəldən Ağasəlimin qayıdışının əleyhinə olmuşam. Ağa bizə uğrlar bəxş edib düzdü razılaşıram çox gözəl ama bu o demək deyilki biz onu yenə geri qaytarmalıyıq.” ...Burada soruşmaq istərdim hörmətli Kantana:- özünüzün də təsdiq etdiyi kimi bizə uğur qazandıran birinin qayıdışının niyə əleyhinə olmalıyıq?
Mən heç də hansısa məqsəd güdmürəm ki, hansısa məsələdən qaçmağın asan yolu haqqında fikirləşim. Sizin bir azarkeş kimi haqqınızı tələb etmək hüququnuz var və buna mən də hörmətlə yanaşmağa borcluyam, yanaşıram da.
Və son fikirləriniz məni bir az tarixə ekskursiya etməyə vadar etdi. Deyirsiniz ki, klub yarananda bu qədər azarkeşi olacağı gözlənmirdi və ya klubun adından Lənkəran sözünü götürsələr heç 100 adam da onun oyunlarına gəlməz. Hörmətli Kantana, Sovet dönəmində klubun adı “Xəzər Lənkəran” deyil, sadəcə “Xəzər” idi. Buna baxmayaraq onun 14 min tutuma malik stadionu var idi və bütün oyunlarda da həmişə dolu olurdu. Bu Lənkəran əhalisinin futbola olan daimi sevgisinin göstəricisidir. Necə ki, son cümlənizdə dediyiniz kimi:- “Və sonda deyimki öyrədilmiş fanatda deyilem..Xəstə azərkeş kimi qəlbimdən gələn fikirləri yazdım..”
Elə mən də bir azarkeş kimi sizin bu son cümlənizə qətiyyən şübhə edə bilmərəm.
Hörmətlə: Yazının müəllifi – Mirhafiz M. Babayev
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
6. kantana [Материал]
Bizimdə fikrimiz var 5 manatdam atışaq alaq klubu onsuzda pul xerclemirler daha.Çox pul lazim deyil )))
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
5. Messi [Материал]
istefa qisqirmuyun, ya da klubun pulun verin alin, ondan sonra :)
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
4. kantana [Материал]
İslam bəy öyrədilmiş oyun və istefa barədə təbliğatın aparılmasıyla qətiyyən razılaşmıram.Ağanın getməsində sadə azərkeşlərdən başğa müəyyən qüvvələrin marağının ola bilme ehtimalın qaçırtmıram.Mümkündü və məncədə bu var ancaq bu o demək deyilki İstefa şüarları təbliğatın nəticəsi idi.Xeyr.Xəzərdə azərkeşlərdən başqa böyük olan heçnə yoxdu.Bizlərdə olmasaq bu kluba böyük klub yox bərbad klub demək olar.Ama bizlər həmişə var olacağıq.
Qəbələ Toni Adamsi gətirir biz isə Klub rəhbərliyinin "Lənkərana tanınmış məşqçi və oyunçu gəlmir" kimi sözlərinə safcasına inanırıq
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
3. kantana [Материал]
salam..daima 12ci oyuncunun saytın izləyirəm.Sizin Xəzər Lənkərana necə qəlbən bağlı olduğunuzu bilirəm.Ama İslam beyin son yazilarinda və bu yazıda razılaşmadığım məqamlar var.Əvvəldən Ağasəlimin qayıdışının əleyhinə olmuşam.Ağa bizə uqurlar bəxş edib düzdü razılaşıram çox gözəl ama bu o demək deyilki biz onu yenə geri qaytarmalıyıq.Məncə bu qayıdış müəyyən qüvvələrin işinin nəticəsi idi necəki Tuyqun qayıtdı,Zaurda qayıdır.1 Emin qalıb :))
Son oyunlarda istefa qışqıranlardan biridə mən idim və mənim ətrafımdakılarda mənlə bərabər idi və onu deyimki heç bir öyredilmiş fanat ordusundan söhbət gedə bilməz.Bu məsələdən qaçmağın ən asand yolu kimi deyilmiş cümlədi.Mən 1 azərkeş kimi haqqımı tələb etdim.Klub bizimdirsə bizə hörmət qoyulmalıdır.Klub Mənsimovlar ailəsinindirsə onda klubun adın qoysunlar "Mənsimovlar futbol klubu" bizimdə canımız qurtulsun..Fəxri prezident Azərkeşlər pulumu versinlər klubu verim ona deməklə o bilmirki biz Azərkeşlərdən belə birisi yoxdu ? Çox gözəl bilir.Transferlərə gəlincə isə klub pul xərcləmək istemir.Açıqca gösterir bunu.Sport.md yazırki Azərbaycan tərəfi oyunu yayımlamaqda maraqlı deyil.Klub bu deqiqe heç bir şeyə pul xərcləmək istemir.Aldığımız oyunçulara bax AyAllah ağlamağım gəlir.M.M açığ aydın klubdan qurtulmaq isteyir ancaq bunu klubu baqlamaqla yox birinə satmaqla nail olmaq isteyir..çünki klub yarananada MM tərəfindən mən əminəmki bu qədər fanat ordusunun,marağın olduğu gözlənilmirdi.Klub böyüdükcə xərclərdə artır və MM artıq geri addım atmaq isteyir..
Mən şəxsən Xəzər-Lənkərana oradakı "Lənkəran" sözünə görə bağlıyam.Çünki məni ona bağlayacaq başqa tellər görmürəm ama Lənkərana möhkəm tellərlə bağlıyam.MM klubun adın dəyişsin Lənkəran adın çıxarsın ordan görüm 100 nəfər gəlirmi oyuna.Bəsdi bizə hörmətsizlik olundu..Rəhbərlik ya düzəlməlidi yada klub bağlanmalıdı..Bücür klub biz istəmirik.Minlərlə adamın əsəbləri pozulub artıq.
Və sonda deyimki öyrədilmiş fanatda deyilem..Xəstə azərkeş kimi qəlbimdən gələn fikirləri yazdım..

P.S Kantana nikidə yəqin məlumdu.Bağırov Elvin

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

28.06.2010
2. İslam [Материал]
Hörmətli mr.aliyev, siz şərh yazmaqda azadsınız və beləcə fikir bildirmisiniz.Biz istefa söhbətini ona görə uzadırıq ki,artıq bir çox şeylərə aydınlıq gəlir.Diqqətlə izləyin.Nə bundan əvvəlki mənim yazımda nə də bu yazıda istefa şüarı səsləndirən azarkeşlərə irad tutulmayıb.Azarkeşlər istefa demək haqqındadırlar.Elə 15-may oyunundan sonra istefa şüarına yeganə münasibət bildirən də biz olmuşuq və istefa deyən azarkeşləri mətbuatda biz müdafiə etmişik.Futbol + qəzetində çıxan bəyanatın yazılmasında fəal azarkeşlərlə birgə şəxsən mən iştirak etmişdim.Bizlərdən başqa hamı mətbuatda söz deməkdən çəkindiyi və susduğu məqamda.Azarkeşlərin buna haqqı olduğunu demişik.Burada söhbət azarkeşlərdən getmir.Biz həmin oyundan çox-çox öncə hazırlanan planların olduğunu və azarkeşlər arasında təbliğat aparılmasını qeyd edirik.Bizim dediyimiz çirkin işlərin qurulmasına etirazdır.İstefa şüarını səsləndirən azarkeşlərin haqlı olduğuna şübhə etmək mümkün də deyil.Şəxsən mən də baş məşqçinin istefasını istəyən insanların fikrinə hörmətlə yanaşıram,çünki çempionat boyu komandanın oyununda gözəllik olmadığını, sonda isə nəticənin olmadığını əsas gətirdiklərinə görə haqlı tələb sayıram.Amma həmin oyuna bir gün qalmış yəni çempionluq həll olunacağı günə bir gün qalmış məşqdə istefa təbliğatı aparmaq mənim üçün qəbul olunmazdır.Mən deyərdim ki,bəlkə də futbolçular bilərəkdən oynamadılar.Mənim üçün fərqi yoxdur kimə bu sözlər xoş gələcək ya gəlməyəcək.Mən aldanmağı və hansısa tamaşaların iştirakçısı olmağı xoşlamıram.Qabaqcadan yazılmış senarilərlə qurulan tamaşalar və s. Ağasəlim Mircavadovu komandanın oyununa,nəticəsizliyə görə tənqid etmək ağılla düşünən düşüncə sahiblərinin addımıdır.Elə şeylər də var ki,onun Ağasəlim Mircavadova dəxli yoxdur.Ağasəlimə qarşı kompaniya aparanların azarkeşlərə aidiyyatı yoxdur.Onlar azarkeş deyillər.Mən sadə bir insan olsam da hadisələrə düzgün qiymət verirəm.Kimsə plan hazırlayır və sonda belə gətirir ki,komandanın oyunundan və nəticədən narazı qalan azarkeşlərin istəkləri həmin plan sahibinin istəyinə uyğun gəlir.Mən bu istəklər arasındakı niyyət fərqini görürəm və deyirəm.Elə doktar da onları deyir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

27.06.2010
1. mr.aliyev [Материал]
1 seyi basa dusmurem.d\istefa qisqirmaq meselesini mence cox sisirdirsiz.duzdur men de cempionatin son oyununda istefa qismirmasinin terefdari deyildim.ama mentiqle baxanda qisiqranlar haqli idiler axi.bu evvelceden dusunulmus deyil,icden gelen 1 sey idi.haaqina danisaq son 3 oyunun 1ni udsaydi cempion idik ama Aqa bacarmadi.Aqa hec Ponomoryov qeder de olmadi.Ponomoryov Bakidaki meqlubiyyeti 3-0 qelebe ile yumusdu.ama Aqaselim kubokda da uduzdu.sizce istefa suari mentiqli deyildi?
Baxin Daumlu Fener 2ci yeri tutdu bizse 4cu,ama Daumu uje istefaya gonderdiler.Aqaselimse...cetinki bu heyetle gelen ilde 1 sey etsin.umudum cox azdi.Xezeri hammiz sevirik,ama icimizde 1 qorxu var.fiasko qorxusu.gorun nece muddetdir ki titulsuz qalmisiq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz