Ana Səhifə» 2010»Noyabr»5 » "Torpaq uğrunda ölən vardırsa vətəndir".
18:03
"Torpaq uğrunda ölən vardırsa vətəndir".
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimovun meyidinin qaytarılması sabah saat 16.00
radələrində cəbhənin Ağdam rayonu istiqamətində baş tutacaq.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də
cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına
şəhid olub.
Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində
Rusiya prezidenti Dmitri Mededyev, Azərbaycan prezidenti İlham Əliyev və
Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib.
Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin
dəyişdirilməsi və ölənlərin meyidlərinin ləngimədən qaytarılması öz əksini
tapıb.
ALLAH BUTUTN SEHIDLERIMIZI REHMET ELESIN... 12ci oyuncu olarag qarsidaki ilk firtinalar meydanindaki oyunda Mubarizi yad etmeyinizi xahis edirem. en azindan serhciden xahis edib onun o muqeddes ruhuna Fatiha oxunmasini isteye bilersiz.