Ana Səhifə» 2009»Noyabr»8 » ...tüpürək sizin futbol...
22:09
...tüpürək sizin futbol...
“Böyük oyun”dan iyrənc görüntülər və ya “Fırtınalar meydanı”nın adı dəyişilir. “Böyük oyun”dan əvvəl “Fırtına” və “Flaqman” fan klubları arasında qarşılıqlı fanat deyişmələri olmuşdu.Belə deyişmələr bir az da genişlənərək hər iki komandanın azarkeşləri arasında yayıldı. Hər iki tərəfin azarkeşləri öz komandalarını daha güclü kimi qələmə verib, rəqib üzərindəki qələbələri yada salır,rəqibi isə zəif olaraq göstərirdilər. Burada qeyri adi heç nə yoxdur və dünya praktikasında qəbul olunan normal haldır. Keçək futbol gününə. Matç başlamamışdan “Fırtınalar meydanı”nın “A” və “B” sektorlarında iki yazı göründü. ”Rənginiz var ağ qara,siz hara futbol hara”, “İlanın ağına da qarasına da lənət”. Bütün dünyada fanatların belə ifadələr işlətməsi adi haldır.Konkret olaraq rəqib klub və ya komanda haqda təhqiramiz fikir olmadığı üçün burada rəmzi məna və atalar sözünü anlamaq olardı. Bundan əlavə “Fırtına” fan klubunun yerləşdiyi “İ” sektorunda balaca ölçülü “Aztv” yazısının üzərindən qırmızı rəngli böyük “X” çəkilmişdi.Bu da “böyük oyun”u canlı yayımlamayan dövlət kanlaına etiraz idi.Təəcüblü odur ki,hər üç yazı bir neçə dəqiqə sonra yığışdırıldı.Ən təəcüblüsü o oldu ki,yazılar oradan zor gücü ilə götürüldü.”A” və “B” sektorlarından bu yazıların polis tərəfindən yığışdırılmasını azarkeşlər hamııqla gördü.Bunun nə demək olduğunu anlamaq çətin deyildi, amma bu haqda bir az sonra. Oyunun fasiləsində “Neftçi” fanatlarının yerləşdiyi tribunanın yaxınlığında gərginlik yaşandı.Yerli azarkeşlər fasilədə hərəkət etmək istərkən rəqiblərlə qarşılıqlı söyüşdülər.Bunun qarşısını almağa oraya toplaşan polis çarəsiz qaldığından özünü yetirən daxili qoşunların əsgərləri “Xəzər Lənkəran” azarkeşlərini döyərək oradan uzaqlaşdırmağa başladı.Qonaq fanatların dediklərinə cavab vermək istəyən yerli azarkeşlərın qarşısı uğurla alındı.Sonra hərəkət tamam dayandırıldı.Bu zaman hansı tərəfin nə dediyini bəlkə də bizdən yaxşı eşidən ola bilməzdi. “Neftçi” fanatlarını əhatəyə alan daxili qoşunların nümayəndələri seyrçi mövqedə olduğu halda,yerli azarkeşlərin qarşısını kəsərək stadiondakı hərəkəti dayandıran polis və hərbiçilər 10-nəfərə yaxın “Xəzər Lənkəran” azarkeşini şilləyə qonaq etdi.Birtərəfli mövqe tutan asayiş keşikçiləri böyük oyuna kənar qüvvələrin təsirinin yeni formasını həyata keçirməklə məşğul idilər.”Neftçi” fanatları dediklərinə görə cəzalanmadıqca yerli azarkeşlərə fiziki təzyiq göstərilir,bununla da bir daha sübut olunurdu ki,böyük oyun adlandırdığımız, özəyində çirkinlik və iyrənclik,həmişəki birtərəfli yanaşma olan bu oyunun futbolçu və azarkeşlərdən başqa digər oyunçuları da vardır.Əslində bunu qabaqcadan gözləmək olardı.Çünki birinci hissədən əvvəl, yuxarıda sözü gedən yazıların yığışdırılması bu halın baş verəcəyindən xəbər verirdi.Kimliyindən asılı olmayaraq yazıları yığışdarmaq haqda qərarı verənlərin,bunu məmuniyyətlə icra edənlərin,bu halı adi qəbul edənlərin vicdanı təmiz deyil demək istərdik…Amma ifadələri dəyişməli olduq-Tüpürək sizin böyük oyun adıyla təşkil etdiyiniz və özəyində alçaqlıq,rəzillik,ayrıseçkilik,birtərəflilik olan çirkin oyunlara,tüpürək sizin futbol adı altında qurduğunuz "xalq komandası" deyərək,"dövlət komandası" kimi qoruduğunuz “Neftçi nağılı”na.Başınız da qarnınıza,bu siz bu da sizin iyrənc futbolunuz.Tıxın,yeyin,bir gün qusacağınızı unutmayın amma. P.S.”Fırtınalar meydanı”nda bu gün 10-larla azarkeş döyüldü də söyüldü də,onları döyən mühafizəçilər isə onları yox öz fəzifələrini mühafizə etdilər.Bu gündən “Fırtınlar meydanı” adını qoyan azarkeşlər o adı dəyişirlər…”……..”
Firtina olaraq butun olaylara qarsi daha ciddi addimlar atacaqiq ve haqq sesimizi kesmeyeceyik...
Fantin cavabi ise stadionlarda olur... Firtinalar dediyimiz en doqma stadionumuzda sesimizi kesdiler olsun ama unutmayin ki Bakinin o biri stadionlari da bizimdi haqq sesimizi orda da deyerik...Zaten Sefada da T/Bahramovda da hemise XEZERliler cox olub ve olacaq Burda yiqisdirilan pankartlarin daha gucluleri oralardan gorunecek... Ozu de bu defe sapi ozumuzden olan baltalara qarsi, Oz yaritmaz rehberliyimize qarsi
Bu oyun kamandamızın olan gucunu göstərdi.Xəzər Lənkaran bu oyunla hara və niyə gedir bilmək olmur.İki hissə ərzində bir dəfə olsun cərimə meydançasına yerlə öturmə olmadı,qiraqdan olan öturmələrə isə neftçinin uca boylu oyunçuları bizdən qabaq toxunurdu. Polislərə gəlincə-çox təssuf edirəm rəqibə gözun ustə qasln var deyə bilməyənlər Lənkaranlı azarkeşləri rəqib meydançada təzyiq altında saxlayan həmkərlarından utansalar yaxşı olar. İdmanın inkşafına, onu efirə verməyən kanallara etiraza ğörə yazılan yazının qaldırılması isə aqilalmazdır.
Biz 12-ci oyunçu azarkeş klubu olaraq borcumuzu yerinə yetirdik.Fırtınalar meydanına toplaşan azarkeşlər komandanın baş məşqçisi üçün istefa qışqırmadılar və biz də məşqçidən narazılıq etmədik.Azarkeşlər komandanın oyunundan yox hesabdan narazı qaldılar.Bunula belə bu gün Fırtınalar meydanında azarkeşlərimizin təhqir olunmasından sonra fiziki təzyiqlərə məruz qalmasına etiraz etdik.Fırtına fan klubunun plakatlarının yığışdırılması ədalətsizlik idi,Aztv-yə etiraz edən azarkeşlərin balaca ölçülü yazısı yığışdırılırsa biz azarkeş klubu olaraq buna etiraz etməli idik.Neftçi fanatlarını sakitləşdirmək əvəzinə yerli azarkeşlərin döyülməsi yol verilməz idi.Qoy bizi bir daha o stadiona buraxmasınlar,amma biz deyəcəyik o stadionun daha Fırtınalar meydanı adlandırılması düz deyil.Çünki biz azarkeşləri orada polisli daxili qoşunların əsgərləri ilə birgə adam yerinə qoyan yoxdur.
Eybi yox,gelen oyunda SIZI LENKERANDAN XAL APARMAGA DEVET EDIRIK yazmaq lazimdir ki,bezi shexsler utansin.Onsuz da komandamiz Talish zonasini temsil etdiyine gore hemishe tezyiqlere meruz qalir.Amma bu defeki tezyiq sapi ozumuzden olan baltalar terefinden oldugundan,bizlere pis tesir edir.Mence rehberlik fanatlari sixmaqdansa,futbolchulari ve meshqchileri sixsa chox gozel olar.Goresen bu gun Mubariz muellim azerkeshler arasinda olsaydi bu hallar bash verecekdimi ve komanda bir xalla kifayetlenerdimi?