Ana Səhifə» 2011»Yanvar»7 » Üçü gələr, üçü gedər...
19:12
Üçü gələr, üçü gedər...
"Xəzər
Lənkəran” futbol klubu yeni ildə ilk transferini həyata keçirdi. Belə ki,
klubumuz bu gün "Muğan” komandasının sabiq kapitanı Elnur Abdullayevlə 2 illik
müqavilə bağlayıb. Elnur komandamızda orta yarımmüdafiəçi mövqeyində oynayacaq.
24
yaşlı futbolçu peşəkar karyerasını 15 yaşında "Neftçi” klubunda başlayıb. Ondan
sonra Elnur "Bakı” klubunun və son 1,5 il "Muğan”ın şərəfini qoruyub. "Bakı”da
oynayarkən futbolçu ölkə çempionu və Azərbaycan Kubokunun qalibi titullarını
qazanıb.
Elnur
Abdullayev evlidir, 1 oğlu var
***
"Xəzər
Lənkəran” futbol klubu Anar Qasımovu öz sıralarına qatdı. Müvafiq 2
illik müqaviləni bu gün klubumuz adı çəkilən futbolçu ilə imzalayıb. Anar
komandamızın heyətində meydana sağ və ya sol cinah yarımmüdafiəçisi qismində
çıxacaq.
Anar Qasımovun 22 yaşı var. Futbolçu karyerasını o "İnter-2”
yeniyetmə komandasında başlayıb və həmin heyətdə Azərbaycan çempionu titulunu
qazanıb. Daha sonra Anar "Simurq”da, "ABN Bərdə”də və "Qəbələ”də oynayıb. "Xəzər
Lənkəran”a keçməzdən əvvəl isə futbolçu 1 mövsüm MOİKin şərəfini qoruyub. Onun
iştirakı ilə "Simurq” və MOİK klubları Premyer Liqaya vəsiqə qazandılar, "Qəbələ”
isə ölkə Kubokunun yarımfinalınacan yüksələ bildi.
Həmçinin qeyd etmək lazımdır ki, Anar Qasımov 2008-2010-cu
illərdə Azərbaycanın Olimpiya yığmasının oyunçusu olub.
***
"Xəzər Lənkəran” klubu 3 futbolçusu ilə yollarını ayırmaq qərarına
gəlib. Bunlar Asif Məmmədov, Ramazan Abbasov və Xaqani Məmmədovdur. Bu qərar
klub rəhbərliyinin baş məşqçi ilə məsləhətləşmələrin nəticəsində qəbul olunub.
Bununla əlaqədar klub bildirir ki, adı çəkilən futbolçuların
"Xəzər Lənkəran”dan uzaqlaşdırılması heç də milli oyunçularımızdan imtina kimi
qiymətləndirilməməlidir. Komandaya yeni gənc azərbaycanlı futbolçuların cəlb
olunması klub rəhbərliyinin qarşısında prioritet məsələlərdən biri olaraq
qalır.
***
"Xəzər Lənkəran”
daha bir milli oyunçu ilə 2 illik müqavilə bağlayıb. Bu, 19 yaşlı futbolçu Şəhriyar
Xəlilovdur. Şəhriyar komandamızda sağ və ya sol yarımmüdafiə mövqeyində
oynayacaq. O, həmçinin sağ cinah müdafiəçisi qismində də çıxış edə bilər.
Şəhriyar Xəlilov
peşəkar karyerasını "Gəncə” klubunda başlayıb. Daha sonra futbolçu "İnter”in əvəzedici
heyətində və "Qarabağ” klubunda oynayıb. "Xəzər Lənkəran”a keçməzdən əvvəl isə
Şəhriyar 6 ay "Turan” klubunun şərəfini qoruyurdu.
O, "Gəncə”nin,
"İnter”in və "Qarabağ”ın heyətində respublika çempionu titulunu qazanıb.