"12-ci oyunçu” nun yubileyi müansibəti ilə təbriklər aldığımız vaxtda
Lənkəranlı şair Tofiq Həsənli bir kağız parçası ilə bizi təbrik etdi. Həmişə
olduğu kimi bu kağız parçasında da şer yazılmışdı. Amma bu dəfə satirik şairin
nişangahında biz idik. Düzü o şeri bir neçə dəfə oxuyandan sonra o sətirlərdə
özümü gördüm, mənim kənardan necə göründüyümü
qafiyələrlə bildirən şairi isə minnətdarlıqla yola saldım. Ondan inciməyə
yerim də yox idi. Bir müddət həmin şer
yazılmış kağız parçasını özümdə saxladım. Sonra saytımızın demokratik prinsiplərinə
əsaslanaraq saytda təqdim etmək qərarına gəldim. Hər halda biz həmişə olduğumuz
kimi görünməyə çalışmışıq. Əgər məni və
ya digər "12-ci”ləri satira atəşinə
tuturlarsa niyə də bundan inciyək ki...
*******************************
...on ikincinin...
Bir zaman özgədən yediyi qapaz,
Oldu "qoz ləpəsi” on
ikincinin...
İndi qapazı da "özündən yeyir”,
Qapazlıq təpəsi "on ikinci”nin...
***
Durub tək başına "cəbhə” yaratdı,
"Xəzər”dən ötəri evini satdı,
Kirayəy evlərdə başıyla batdı...
Dağıldı "cəbhə”si "on ikinci”nin...
***
Borc yığdı çəkdiyi boş əziyyətə,
Ac qulluq göstərdi tox cəmiyyətə,
Sonda düçar oldu məğlubiyyətə,
Ucuz qələbəsi "on ikinci”nin...
***
Ac başda fan klub eşqi oyandı,
Açdığı fan klub pulsuz dayandı,
Çəkdiyi əziyyətdən alışıb yandı,
Yeddi mərtəbəsi "on ikinci”nin...
***
Yenə külbaşlığı eylədi peşə,
Azarkeş klubla başladı işə...
Çox "hürdü”, bir, "sümük keçmədi dişə”,
Barı olsun bəsi "on ikinci”nin…
***
Borclar yapışdı arıq belindən,
Azarkeş klub da çıxdı əlindən,
Özü də peşman oldu əməlindən,
Boş çıxdı küpəsi "on ikinci”nin…
***
İnternetklubda sallanır indi,
Şirin xəyallara allanır indi,
Aparatla məşqə yollanır indi…
Yoxdur tələbəsi "on ikinci”nin…
***
Hələ də yaşayır boş ümidlərlə,
"Qanad çalıb” uçur "quş” ümidlərlə,
Canı naxoşlayır, xoş ümidlərlə,
"Uçur dəbdəbəsi” "on ikinci”nin…
***
Daha "böy” itlərlə hürüşə bilmir,
AFFA, PF-lə girişə bilmir…
Qorxudan "Neftçi”yə ilişə bilmir…
Ki, çönər qibləsi "on ikinci”nin…
***
Söz intihar edir yaşamaq üçün,
Saytlar açılır kef damaq üçün,
Bu dəfə özünü asdamaq üçün,
Yetişib növbəsi "on ikinci”nin…
***
Müftə sevgisindən hamı narazı,
Seçim-asmaqdır özün ən azı…
"Xəzər” də, "Neftçi” də vurur qapazı…
Dağılıb təpəsi "on ikinci”nin…
***
Təkcə bu üç ildə qazancı olub,
"Yaşamaq şübhəsi” "on
ikinci”nin…
T.Həsənli. Lənkəran.
20.02.2011
|