Azərbaycanın
milli qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunan və iki liqada
keçirilən futzal turnirinin son günü möhtəşəm alındı. İlk olaraq meydana həvəskarlar
liqasının finalçıları "Talış Petrol” və "Cənub 719”komandaları çıxdı. Maraqlı alınan oyunun
sonunda "Cənub 719”
komandası 3:2 hesabı ilə qalib gəldi. Həvəskarlar liqasının çempionuna kuboku Lənkəran
Olimpiya Mərkəzinin rəhbərliyi təqdim etdi.
Ardıyca
İdman Mərkəzinə toplaşan yüzlərlə futbolsevər, oraya gələn "Xəzər Lənkəran”ın
baş məşqçisini ayaq üstə alqışladılar. Mirça Redniki köməkçisi Mihay Teja və tərcüməçi
Elvar Quliyev həmçinin, "Xəzər Lənkəran” klubunun icraçı direktoru Höccət Hacıyev müşaiyət
edirdilər.
Güclülər
liqasının final oyunu da qonaqlar təşrif buyurandan sonra başladı. Güclülərin
finalçıları "Zülfüqar” və "Vüqar Kərimov” komandaları meydana çıxdı. Gərgin idman mübarizəsi şəraitində
keçən oyun 5:2 hesabı ilə daha güclü olan "Zülfüqar” komandasının qələbəsi ilə
bitdi.
Sonra
turnirin təşkilatçısı Vaqif Rəşidov, Mirça Redniki meydançaya dəvət etdi. Rednik çempionatın
kubokunu "Zülfüqar” komandasına təqdim etdi. Tribunaya toplaşan futbolsevərlər
bu mənzərəni alqışlarla qarşıladılar. Sonda isə şəhid Mübariz İbrahimovun
ruhuna salavat deyildi.
Bu xəbəri saytımızın wap versiyasında da izləyə bilərsiniz wap.12cioyuncu.info