www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 9 » Vobay Juliusun qol şousu...
18:47
Vobay Juliusun qol şousu...

            Artıq bu gün "Xəzər Lənkəran” yeniləşmiş heyətini doğma arenada azarkeşlərinə və o cümlədən futbol ictimaiyyətinə təqdim edəcək həmçinin komandamız əvəzediciləri ilə yoldaşlıq oyunu keçirəcək

 

            Bu həftə sonu"Neftçi”yə qarşı keçiriləcək oyuna və ümumilikdə çempionata hazırlığını davam etidirən "Xəzər Lənkəran” fevral ayının 9-unda yoldaşlıq oyunu keçirəcək. Komandanın rəqibi qismində "Xəzər Lənkəran”ın əvəzedici heyəti çıxış edəcək. Azarkeşlər üçün bu görüş həm də yeni transferləri ilk dəfə doğma arenada görmək şansı olacaq. Görüş Lənkəran şəhər Mərkəzi Stadionunda saat 16:00-da başlanacaq. Oyuna giriş pulsuz olacaq.

 

Bununla bağlı fanklubumuz "12ci oyunçu” azarkeş qrupu ilə razılıq əldə edib. Razılığa əsasən təqdimetmə mərasimindən və əvəzedicilərlə yoxlama oyunundan "12ci oyunçu” azarkeş qrupu vasitəsi ilə birbaşa (Onlayn) məlumatlar alaraq saytımızda yerləşdirəcəyik.  Bu mərasimi və matçı canlı izləmək imkanında olmayan bütün "Xəzər Lənkəran” azarkeşlərini sabah saat 16:00-dan saytımızı izləməyə dəvət edirik.

 

________________________________________________________

 

            *15.40-"12ci oyunçu" azarkeş qrupunun rəhbəri İslam Cabbarlı Lənkəran şəhər mərkəzi stadionunun qarşısından bunları bildirir: "Bildiyiniz kimi bu gün "Xəzər Lənkəran" klubu yeniləşmiş heyətinin təqdimetmə mərasimini keçirir və daha sonra komanda öz əvəzediciləri ilə yoldaşlıq oyununa çıxacaq. Artıq biz stadionun qarşısındayıq. Bİzdən əlavə hələlik 300-400 nəfər azarke də mərasimin başlanmasına bir qədər qalmasına baxmayaraq stadionun qarşısındadırlar. Elə indicə stadionun qapıları azarkeşlərin üzünə açıldı. Azarkeşlər stadiona daxil olmağa başlayıblar

 

            *Azarkeşlər artıq J sektorunu tam doldurmuşlar. S sektoru isə dolmaq üzrədir. A sektorunda azarkeşlərin sayı sektorun tututmunun yarısını keçmək üzrədir.

 

           *İslam bəyin daha bir eksklyuziv məlumatı o oldu ki, elə bu dəqiqələrdə stadionun ərazisinə yeni futbolçu gətirən Mercedes markalı avtomobil daxil oldu. Gələn fubolçu 22-23 yaşlarında qaradərili vəö qıvrımsaçlıdır. Onun qapıçı və y7a hər hansı mövqe oyu7nçusu olduğu hələlik bəlli deyil. Bu barədə məlumat dəqiqləşən kimi nəzərinizə çatdiracağıq

 

           *Artıq təqdimetmə mərasimi başlayıb. Stadionun diktoru futbolçuların adlarını və forma nömrələrini bir bir elan edir və onlar meydana çıxaraq azarkeşlərlə salamlaşırlar. Bir azdan hansı futbolçunun hansı nomrə ilə oynayacagını dəqiqləşdirib nəzərinizə çatdıracağıq. Lakin bu başdan deyə bilərik ki stadionda elan olunan səsdən və azarkeşlərin gurultulu alqışlarından Julius Qibrila Uobayın komandamızda bundan sonra 84 nomrəsi altında çığacağını eşitdik. Bu da yəqin onun 1984 doğumlu olmasıyla əlaqədardır.

 

           *Azarkeşlərin stadiona axını davam edir. Artıq J, S, A sektorları dolmuş, K və İ sektorları isə dolmaqdadır. Oyun hələ başlamayıb.

 

          *16.30- Oyun başladı. Lakin start fitindən əvvəl bütün futbolçularımız tribunalara futbol topu ataraq azarkeşlərə hədiyyələrini təqdim etdilər

 

          *3-cü dəqiqədə Parksdan gələn baş ötürməsini Emeka Opara sol ayağı ilə yaxın küncə ünvanladı. Qapıçı acızdir. "Əsas" 1-0 "Əvəzedici"

 

           * "Xəzər Lənkəran" bu start heyəti ilə meydana çıxıb:

 

26- Orxan Sadıxlı (qapıda)

 

6- Simao Bruno

 

8- Konstantin Muşat

 

11- Andey Mureşan

 

15- Emeka Opara

 

19- İbrahima Banqura

 

27- Adrian Skarlatake

 

28- Frasinesku

 

30- Katalin Doman

 

36- Uinston Parks

 

77- Stellian Stanku

 

           *14-cü dəqiqədə Simao Bruno təxminən 30 metrlik məsafədən gözəl zərbə vurdu. Lakin əvəzedicilərimizin qapıçısı Sadıq Ramazanlı çox çətinliklə də olsa topu tirin altindan çıxara bildi. Ardıyca Katalin Doman tərəfindən yerinə yetirilən künc zərbəsindən gələn topu Emeka Opara başla qapıya yönəltsə də, top qapıdan aralı keçdi.

 

           * Oyun əsasən "Xəzər Lənkəran"ın əsas heyətinin üstünlüyü ilə küçir. Bəzən isə sakit tərzdə davam edir. 25ci dəqiqədə Uinston Parks sol tərəfdən cərimə meydançasına daxil oldu və Katalin domana ötürmə etdi. Qapıçını da adlayan ötürməni doman boş qapıya göndərə bilməyərək üstdən vurdu.

 

           *28ci dəqiqədə eyni tərəfdən Uinston Parks Bir daha cərimə meydançasına daxil olub bu dəfə qapıya özü zərbə vurdu. Uzaq küncə gedən topu Orxan Sadıxlı barmaqucu ilə kornerə göndərdi.

 

           * Əvəzedicilər də ara-sıra hücuma keçirlər. Bu dəqiqələrdə onların bu cəhdi offsaytla nəticələndi. Onu da qeyd edək ki, əvəzedicilərin kapitani istedadlı oyunçumuz Kazim Kazımlıdır.

 

           * 30-cu dəqiqədə İbrahima Banqura sağ cinahdan Emeka Oparaya ötürmə etdi, Oparanın Başla vurduğu zərbə qapı tirinə dəydi. Yenə Oparanın önünə düşən topa o təkrar zərbə endirsə də, top qapıdan aralı keçdi.

 

           *40cı dəq. Nəhayət Emeka Oparanın baş zərbələrindən biri bu dəqiqə toru silkələdi. "Əsas" 2-0 "Əvəzedicilər"

 

           *42ci dəq: Opara bir daha təkbətək şans qazanır lakin şansından istifadə edə bilmir.

 

           * 44cü dəq. Katalin Doman sol cinahdan cərimə meydançasına daxil olur və topu uzaq küncə göndərmək istəsə də, Sadıq Ramazanlı topu kornerə çıxarır. Ümumiyyətlə baş məşqçimiz Mirça Rednik oyunu gedişini oturaraq sakit tərzdə izləməkdə davam edir. Köməkçi məşqçimiz Qoqliçanu isə ehtiyyatda qalan futbolçuları meydanın kənarında məşq etdirməkdə davam edir. Birinci hissə bu hesabla da başa çatdı.

 

           *2ci hissəyə "Əsas" komandanın dəyişik heyətlə çıxacağı gözlənilir.

 

           *2ci hissə başladı.

 

           2ci hissəyə "Əsas" komandamız dediyimiz kimi bir sıra dəyişikliklərlə başladı. belə ki, ilk növbədə əsas və əvəzedici komandaların qapıçılarının yerdəyişməsini göstərə bilərik.

 

99- Sadıq Ramazanlı (qapıda)

 

3- Elvin Beqiri

 

9- Aleks Piturça

 

16- Adrian Pits

 

17- Xristu Kyaku

 

23- Şəhriyar Xəlilov

 

28- Frasinesku

 

30- Katalin Doman

 

55- Tural Cəlilov

 

77- Stellian Stanku

 

84- Julius Uobay

 

          * 2ci hissə başlayar başlamaz Kyaku cərimə meydançasına ötürmə etdi. Piturçanın başla zərbəsi qolla nəticələndi. "Əsas" 3-0 "Əvəzedicilər"

 

           *53cu dəqiqədə Stellian Stanku qapıçı ilə təkbətək çıxsa da qol vura bilmədi.

 

           *57ci dəq: Julius Uobayın qapıya uzaqdan zərbəsi azarkeşlər tərəfindən alqışlarla qarşılandı. Daha sonra oyun zamanı Uobay özünəməxsus hərəkətlərlə bir daha azarkeşlərin alqışlarına layiq görüldü.

 

           *59cu dəq: Stelian Stanku bir daha təkbətək şansını topu qapıçıya "bağışlamaqla" əldən verdı. Uobay komanda yoldaşından ötürmə alaraq təkbətək çıxacaqdısa, bu anda 4-5 müdafiəçi əhatəsinə düşərək topu itirdi.

 

           *64cü dəq: Uobayın gözəl ötürməsini Piturça qapıya yönəltsə də, Orxan Sadıxlı qola imkan vermədi.

 

           * 68ci dəq. Alex Piturça oyun epizodunda əvəzedicilərin qapısını qoruyan Orxan Sadıxlı ilə toqquşdu. Zədələnən hər iki futbolçu  yerdə qaldı. Həkimlərin müdaxiləsindən sonra ayağa qalxan hər iki futbolçumuz jest edərək oyuna davam etdilər.

 

           *70ci dəq: Pits cərimə meydançası daxilindən güclü zərbə endirdi. top qapı tininə dəyərək aşağı istiqamət aldı və xəttin azca çöl tərəfində yerə toxundu. Geri qayıdam topa Piturçanın zəif zərbəsini Orxan Sadıxlı dəf etdı.

 

           *75ci dəq: Katalin Domanın təxminən 25-27 metrdən vurduğu güclü zərbəsini Orxan Sadıxlı qaytarmağa müvəffəq oldu.

 

           *77ci dəq: Həqiqətən də ustalıq səviyyəsi yüksək olan Uobay cərimə meydançasının xətti üzərindən sol ayağı ilə uzaq "9luğa" gözəl zərbə endirdi və qolla nəticələndi. "Əsas" 4-0 "Əvəzedicilər"

 

           *80cı dəq: Pitsin güclüzərbəsini Orxan Sadıxlı çətinliklə qaytara bildi. Ardiyca Uobayın hava ötürməsini zərərsizləşdirdi. Yenə ardıyca Uobayın güclü zərbəsini müdafiəçi qapı xəttinin üstündən çıxardı.

 

           *82ci dəq: Alex-Uobay-Kyaku kombinasiyasını sonuncu qapıya yönəltsə də top qapı tinindən döndü. Ardınca yaşanan qarışıqlıqda Alex yüngül və texnikalı atışla topu qapıya göndərsə də, müdafiəçilərdən birinə toxunan top bayıra çıxdı.

 

           *84:cü dəq: Uobay bu dəfə yaxın "9-luğa" dəqiq zərbə endirdi və top toru silkələdi. "Əsas" 5-0 "Əvəzedicilər"

 

           * Oyunu sonarına yaxın elə də ciddi məqamlar olmadı. 2-ci hissəyə çıxan heyət daha güclü təsir bağışladı. Bəlkə də bu Uobayın xüsusi oyun tərzi ilə əlaqədar idi. Çünki əksər hücumları Uobay ya başlayır, ya da hücümların sona çatdirilmasında yadda qalırdı.

 

           * Hakimlərə gəldikdə isə, oyunu yerli hakmlər briqadası idarə edirdi ki, onlara aşağı yaş qruplarında çalışan Mircəlal Əliyev başçılıq edirdi.


Mənbə: bosman.at.ua

Bölmə: Xəzər Lənkaran PFK |Baxış sayı: 887 | Yazar: 12cioyuncu |
Всего комментариев: 5
10.06.2014
5. Bhai [Материал]
İlahe - December 27, 2011 17:04Salam Sanan bey.Əvvəla yazılarınızdan bu 2ci dir ki oxuyuram. c7ox sag olun. həqiqətən də təqdirəlayiqdir.Yazıya gəldikdə isə onu deyə bilərəm ki, məndə bu pesross əksinə baş verir. Mən əvvəllər e7ox az danişardım indi isə hee7 susmuram. Həre7ənd mənə də hərdən elə gəlir ki, mən əvvəllər indikindən daha ağıllı idim, indi isə . Sizcə bu əksinə dəyişim normaldı?!..Sizə işlərinizdə uğurlar
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.02.2011
4. xeste - xezerlli [Материал]
12 ci oyuncuya teshekurler edirem ki bize melumat verir birdeki arzulayiram ki bu hefte neftciyede 5 top vurax ve xezerimizin ne qeder gucli oldugunu bildirek
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.02.2011
3. xeste - xezerlli [Материал]
12 ci oyuncu fanklubuna teshekur edirem . ve bizim kamandamiz da ugurlar arzulayiram ki neftciyede 5 dene vursunlar ve XEZER-LENKERANIMIN ne qeder gucli oldugunu bildirsin
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.02.2011
2. Rauf Akperov (MUR) [Материал]
cox sag ollun "12-ci Oyuncu" ve "Bosman" bizi melumatli etdiklerine gore!
Butun Xezerlileri futbol movsumun ikinci yarisi bashlamasi munasibetiyle tebrik edirem!!!
"Bosman" fan klubu tebrik edirem!!! Boyuk ugurlar arzulayiram!!! cake cake cake
XEZER-LENKERAN-QALAKTIKOS!! hands hands hands
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.02.2011
1. Tabriz (Mehmet) [Материал]
İslam mellim dünen verdiyiniz xebere göre cox sag olun!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz