Ana Səhifə» 2010»May»27 » "Xəzər Lənkəran", Avstriyaya gedir.
16:45
"Xəzər Lənkəran", Avstriyaya gedir.
"Xəzər Lənkəran" - kimlər gəldi,kimlər getdi.
Gələnlər:
Vurğun Hüseynov. ölkənin ən perspektivli müdafiəçilərindəndi. Qeyd edək ki, Vurğun müdafiənin mərkəzində olduğu kimi, sağ cinahında da oynamaq qabiliyyətinə malikdi.
Xaqani Məmmədov. 33 yaşlı forvard 2006-cı ilin yayında komandamızdan ayrıldıqdan sonra “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib və 2007/08 mövsümündə 23 oyunda 19 qol vuraraq “bankirlər”in heyətində Azərbaycan çempionatının ən sərrast futbolçusu olub. Son mövsümün ikinci hissəsini “Karvan”ın heyətində keçirən Xaqani 13 oyunda 7 qolla yadda qalıb.
Asif Məmmədov. Son iki mövsümü “İnter”in heyətində keçirsə də, əsas heyət üzvünə çevrilə bilməyib. Bununla belə, son mövsüm 23 yaşlı gənc cinah hücumçusu az qala hər oyunda meydana sonradan daxil olmaqla forma geyinmək şansı qazanıb. Mütəxəssislərin fikrincə, sürətiylə seçilən Məmmədov kifayət qədər potensiallı futbolçudu.
Tural Cəlilov isə son üç ili “Simurq”un heyətində keçirib və hətta milli komandamıza da dəvət alıb. Hər iki cinahda oynaya bilən Tural bundan sonra “Xəzər Lənkəran”ın uğurları üçün tər tökəcək.
Gedənlər:
Denis Kalinkov, Tomas İneman, Tihhon Şışov, Ramazan Abbasov və Ceyhun Sultanov gələn mövsümdən “Xəzər Lənkəran”ın formasını geyinməyəcəklər.
Son mövsüm komandanın əsas heyətində nadir hallarda oynayan çexiyalı Tomas İneman, Ceyhun Sultanov və Ramazan Abbasovla və qışda komandamıza qoşulan Estoniya millisinin üzvü Tihhon Şışovla əməkdaşlığa son verilib. Moldova millisinin futbolçusu Denis Kalinkovun isə müqavilə müddəti başa çatdığından “Xəzər Lənkəran”la yolları ayrılıb – məşqçilər heyəti onunla yeni müqavilə imzalamamaq qərarına gəliblər.
*
Bu arada məlum olub ki, “Xəzər Lənkəran” təlim məşıq toplantısını bu dəfə də Avstriyada keçirəcək.Təlim-məşq toplantısı iyunun 10-dan 25-dək olacaq.
İyunun 21-də keçiriləcək avroliqanın püşkatma mərasimindən sonra komandamızın rəqibi məlum olmaqla yanaşı birinci oyunun səfərdə və ya evdə olacağı da məlum olacaq ki,bu da təlim-məşq toplantısına təsir edəcək.
Bes Alim,Lalin,Kramarenko ve en esasi Aqaselim niye getmedi?
Amid Huseynov,Kazim Kazimli,Sadiq Ramazanov niye esas heyete getirilmedi?
Neftcideki Amid Quluzade uje esas milliye caqirilir evezedici heyyetden,Amid Huseynov evezedicilerin 2ci bombardiri olmasina baxmayaraq esas heyyete goturulumur.Axi niye?Teleb etmek lazimdi axiracan.Mence Amid Asif Memmedovdan hec de zeif deyil.