www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 7 » “Xəzər Lənkəran” azarkeşi , Hamlet Abbasov və nəvələri...
23:13
“Xəzər Lənkəran” azarkeşi , Hamlet Abbasov və nəvələri...
“Xəzər Lənkəran” azarkeşi , Hamlet Abbasov və nəvələri...
“Xəzər Lənkəran”ın azarkeşləri “fanatlar”, “futbol biliciləri”, “futbol aşıqləri”,”futboldan sadəcə zövq alanlar” və s.qruplara bölünürlər.Hər qrupun da üzvlərinin sayı 2000-3000-dən çoxdur.Onların öz aralarında da bir neçə qrupa bölündüyü haqda qeydlərimiz vardır,lakin bu dəfə onlardan biri, “futbol aşiqləri” qrupuna aid olan bir ağsaqqal haqda məlumat verəcəyik.
Hamlet Abbasov- kimdir.
“Xəzər Lənkəran”ın çətin oyunlarından bir gün əvvəl, Lerik yolunun 40-cı kilometrində yerləşən “Baba Ocağı” adı ilə tanınan ziyarətgaha Lənkərandan ayaqla gedən, “Xəzər Lənkəran”ın 2-il öncə “Qarabağ”la səfər oyunundakı məğlubiyyətindən sonra infarkt keçirən,komandanın bütün ev oyunları günü “Fırtınalar Meydanı”nın qarşısında oyuna 10-saat qalmışdan matçın başlama vaxtını gözləyən və s. kimi çoxlu faktlar sadalamaq olar,amma bütün sadalananlar onun futbola xüsusən də “Xəzər Lənkəran”a olan sevgisinin yəqin ki, təsvirinə kömək etməyəcək.58-yaşlı Hamlet kişi “Fırtınalar Meydanı”na hər dəfə ayrı –ayrı nəvələi ilə gedir,artıq onun bütün nəvələrini də onun kimi tanıyırlar.Hər dəfə nəvələri üçün aldığı 3- 4 biletdən əlavə,komandanın ev oyunlarında ən azı 10-blet alıb futbolu seyr etmək istəyən, lakin imkanı olmayanlara bilet paylayır. “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsinin vasitəçiliyi ilə indiyə qədər Hamlet Abbasov 1500-dən çox(Özü və nəvələri üçün aldığından əlavə) bilet alaraq,digərlərinin də futboldan zövq almasına şıərait yaradıb(Bütün statistika azarkeş klubunun arxivində qey olunur).O, “Xəzər Lənkəran”ın yüzlərlə səfər oyununda da iştirak edib.Onların arasında ən çox yadda qalanı,Polşanın “Lex” komandası ilə UEFA turnirində “Xəzər Lənkəran”ın qarşılaşdığı oyun olub.Sevimli komandasının məğlubiyyəti ilə sonunclanan oyundan sonra yaşına uyğun olmayan fiziki gücün hüsabına T.Bəhrəmov stadionundan onu çıxarmağa 7-polis nəfəri çətinlik çəkirdi.Məğlubiyyətin acısı Hamlet kişini elə vəziyyətə salmışdı ki,ürək ağrılarından yerindən dura bilmirdi.Ayağa durandan sonra isə stadiondan çıxmaq istəmədiyini bildirmişdi.Bununla belə yenə də gənc asayiş keşikçiləri onunla bacarmırdılar.Həmin anda o vaxtkı “12-ci oyunçu” fan klubunun idarə heyyətinin üzvləri və matçı tribunadan izləyən “Futbol+” qəzetinin müxbiri Hüseyn Cəbrayıloğlu məsələyə müdaxilə edərək aranı sakitləşdirmişdilər.
“Xəzər Lənkəran”ın məşqlərini mütəmadi izləyən Hamlet kişi, komandanın məşqçilərinin də sevimlisidir.Baş məşqçi Ağasəlim Mircavadov hər məşqdən sonra ona yaxınlaşır,əl verib görüşür.Elə futbolçular da məşq sonrası onunla və nəvələri ilə şəkil çəkdirməkdən zövq alırlar. Milli komandanın Finlandiya millisi ilə Lənkəranda keçirilən oyun öncəsi dövlət himnimizi ucadan,fəxrlə oxuması həmin oyunda satdionun “E” və “D” - sektorlarında oturan azarkeşlərin diqqətini də çəkmişdi.Elə həmin oyundan sonra tribunadan tapdığı kiçik ölçüdə olan dövlət bayrağını öpərək əzizlədiyi məqam da, o hadisənin şahidlərinin yaddaşından silinməyəcək.
Dəfələrlə “Xəzər Lənkəran”ın fəxri prezidentinə məktub yazaraq müəyyən məsələlərdə fikir bildirmişdir.Türkiyədən aldığı cavab məktublarını gördüyümüzə görə deyə bilərik ki,bu iki insan biri –birilərini hələ indiyə qədər görməsələr belə məktub vasitəsi ilə də olsa fikir mübadiləsi zamanı, qarşılıqlı hörməti qoruya biliblər.
“Öncə vətəni sonra səni sevdik, “Xəzər Lənkəran” !” – sözlərinin müəllifi olan Hamlet Abbasov, “12-ci oyunçu” azarkeş klubu təşkilat komitəsi üzvləri arasında vətən sevgisi,yurd məhəbbəti nəhayət “Xəzər Lənkəran” eşqi ilə yaşayan 148 ağsaqqaldan biridir.
Bölmə: |Baxış sayı: 782 | Yazar: ISLAM |
Всего комментариев: 8
10.05.2010
8. elmar [Материал]
butun xezer-lenkeran azerkeslrine salamlar men hamlet emi haqqinda demek isterdim ki,hamlet emi esl azerkewdir bunu demek isterdim ki xezer-lenkeran bizim qelbimizde hemiwe cempiondur!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.05.2010
7. HÜSEYN GÜLLƏROV (NƏBİOĞLU) [Материал]
HAMLET ƏMİNİN AHI TUTDU ONLARI.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.05.2010
6. Aftandil [Материал]
Men Xezer-lenkaran meqlub olanda aqlayan 10 yasli usaqda gormusdum,qelebe calanda kuceye cixib Xezer,Xezer...qisqiran hele mektebe getmeyen balaca mehelle qizlarinida gormusdum,meqlubiyetden sonra ozune gunlerle gelmiyen genclerde gormusem.Indi infakt kecirmis aqsaqqalda gordum.Hamimizin bir xesteliyi var.Qoy dermanimiz hec vaxt olmasin.Ebedi bu Xezerin asiqleri,xesteleri olaraq qalaq.Allah sene ve butun Talis xalqina komek olsun XEZER-LENKARANIM!!!SEN QELBIMIZDE HEMISE CEMPIONSAN!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.05.2010
5. Anar müəllim [Материал]
mühafizəçilər bütün heyyəti ilə işdən azad olmalıdır.Həmin hadisədən məlumatım var,Hamlet kişini təhqir edən mühafizəçilər də həmin vaxt öz işçi yoldaşlarını kənara çəkməyən mühafizəçilər də işdən dərhal qovulmalıdırlar.Yoxsa biz başqa yollara əl atmalı olacağıq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.05.2010
4. Manfanat [Материал]
Mence de beledir,cunki men stadiona daxil olanda Hamlet kisi muhafizecilerle nese sohbet edirdi.Biz ele bildik ki,onlara nese haqda danisir.Ona gore de diqqet vermeden kecdik.Sonra ise E sektorunda Hamleti gorende meetel qaldim,o esebinden esirdi.İndi anladim ki,o muhafizeciler onu eseblesdiribler.Rahidin ne teklif etdiyini bilmirem,men teklif edirem ki,oyun gunu vereqeler buraxaq ki,azarkesler her bir biletin kesilmeli oldugu yeri kesilmesine nezaret etsinler.Sonra da bileti alib ozlerinde saxlasinlar.Bu yolla da firildaqci muhafizecilerin planlrini darmadagin ederik.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.05.2010
3. TalışRahid [Материал]
hamlet əmini stadionun mühafizəçiləri narahat ediblər.Mayın 15-də onların cavabını vermək lazımdır.Yeni bir təklifiym var,görüşəndə deyəcəyəm.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

07.05.2010
2. Rəsul [Материал]
Düzü yazıdan anlamadım ki,ədəbsizlik edən gənclər kimlərdir.Ancaq istənilən halda onlar başlarından yekə hərəkət ediblər.Ağsaqqala qarşı ədəbsizlik etmək öz böyüyünə qarşı eyni hərəkəti etmək deyilmi ?
Hamlet kişini mən də məşqlərdə görürəm,sakit tərzdə davranan,ağsaqqaldır.Bakı ilə oyunda stadiona həmişə tez gedən adam kimi mən izləyəcəyəm ki,görüm bu dəfə də eyni hadisə baş verəcəkmi.Əgər mənim yanımda da olarsa mən özüm o gənclərin dərsini verərəm.Qeyd etdiyiniz kimi,onların böyükləri də var.Mənim üçün isə onların böyüklərinin kim olduğu fərqi yoxdur.Ağsaqqala hörmət etməyənin kiçiyini də böyüyünü də yerinə oturtmaq lazımdır.Rəsul Lətifli.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

07.05.2010
1. CABBARLI (ISLAM) [Материал]
Hamlet Abbasov haqda təqdim olunan yazıda,bir neçə gün öncə Fırtınalar meydanında baş tutan oyundan əvvəl onunla ədəbsiz davranan bir neçə gəncin hərəkətləri qeyd olunmadı.Bununla belə inanmaaq istərdik ki, həmin o gənclər etdikləri əməldən peşman olacaqlar.Hər halda o gənclərin böyüklərinə olan hörmətimizi biz nümayiş etdirdik.Bizim böyüklərimizə də hörmət olunmasını tələb etmək haqqımızdır.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz