www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 3 » “Xəzər Lənkəran” azarkeşlərindən qeyri adi addım...
22:54
“Xəzər Lənkəran” azarkeşlərindən qeyri adi addım...

 

"Xəzər Lənkəran” azarkeşlərindən qeyri adi addım...

"Böyük oyun”da qarşılaşacaq iki klubun fanatları arasında olan  münasibət ölkənin futbol ictimaiətinə məlumdur. Bu mənada  matçın  "Böyük oyun”  statusu qazanmasında  fanatların fəallığı əsas amil sayıla bilər. 2004-cü ildən keçirilən bu oyunların az qala hər biri tribunalardakı  qalmaqallarla yadda qalıb.

 Fevralın 13-də keçirləcək  "Neftçi” – "Xəzər Lənkəran”  oyunu da deyəsən istisna olmayacaq.  Beləki, oyuna  Lənkərandan yollanacaq bir qrup azarkeş rəqib klubun fanatlarına onların ürəyincə olmayacaq xüsusi bir hədiyyə hazırlayıb. Bu hədiyyə Lənkəranlı azarkeşlərin "Neftçi” fanatlarına olan münasibətinin göstəricisi kimi də qəbul oluna bilər...

Adətən dostluq əlaqələri olan müxtəlif klubların fanatları biri-birilərinə qarşı hörmət və dostluq mesajları  göndərir, qonaq komandanın fanatları ev sahibi komandanın azarkeşləri tərəfindən qarşılanır və yola salınır, oyun  başlayarkən sülh rəmzi olan ağ göyərçinlər havaya uçurulur və s.

Amma  sürpriz hazırlayan həmin bir qrup Lənkəranlı azarkeşin özləri ilə aparacaqları və rəqib klubun fanatlarına təqdim etmək istədikləri  "quşu uçurmaq”  heç də sülhə işarə sayıla bilməz.

Fevralın 13-də paytaxta meşə bayquşunu  aparmaq fikrində olan  Lənkəranlı azarkeşlərdən biri hədiyyəni necə əldə etdiklərini də gizlətmədi. Demə bu bayquşu ölkə xaricindən,  dəqiq desək Rusiya federasiyasının Kemerova vilayətindan sifarişlə gətiriblər və bu necə deyərlər  "düşər – düşməzi” olan quş onlara 220 dollara başa gəlib...

 P.S. Bəlkə də cənublu azarkeşlər,  paytaxt klubunun barmaqla  sayıla biləcək fanatlarını "Nə, necə, harda” (Что,где, когда)  oyununa dəvət edirlər... Hər halda o intelekt oyununda  həmişə ağıl qələbə çalır. Təki "Neftçi” – "Xəzər Lənkəran” oyununda da qərəz  deyil,  ağıl və ədalət  sonda sevinən tərəf olaydı...

 Bu xəbəri saytımızın wap versiyasından da izləyə bilərsiniz wap.12cioyuncu.info

 

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 937 | Yazar: 12cioyuncu |
Всего комментариев: 12
04.02.2011
12. TALISHSTANLI [Материал]
Admin ve Islam bey, ParksA cavab yazan."A" herfini yazmadim ona gore siz meni duz basha dushmediniz.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
11. X_L [Материал]
TALISHSTANLININ fikri ile tam raziyam..
indiki 9 cu sinifde yazilan tarix kitabinda.... "Lenkeran Xazligi" sozu ile de razi deyilem...
EXBARNAME eserini tapin oxuyun.... Orda TALIS XANLIGI YAZILIB... ONU EHATE ELIYEN YERLERDE DEQIQLIKNEN YAZILIB...
sinif kitabinda ise ancaq turkculukdu... TALISLARIN qorxusundan onlarin tarixi gosterilmir..... bu torpaqlara turkler qonaq kimi gelib! bizde onlari bir qonaqperver millet kimi qarsilamisiq!! sora bir olmusuq... sefevileride yaratmisiq... indi ise her sey gizledilir!! TALIS tarixi unutdurulur!! bunlari faktlarnanda izah etmek mumkundur!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
10. TALISHSTANLI [Материал]
Islam bey, diqqete gore teshekkurler.Isterdim ki,bundan sonra birleshdiren bir shey olsun.
Parks ve McKlein istifadecilerle raziyam.Gelin her sheyi oz adiynan qebul eliyek.Burda Cenub Xanligi olmayib, burda Talish xanligi olub.Ve hetta erebler oz tarixi yazilarinda bizim mekana "Al Taylasan" deyibler.Her sheyin oz adi var.Siyasete girmek istemirik,lakin bele getse diyesen 100 ile talishlar ozune cenublu deyecekler(Allah elemsin).
Parks cavab yazan bilmirem admindi ya Islam beydi.Ancaq eger siz Masallidan bu yana Cenub bolgesi deyirsiniz-onda sehvsiniz.Talish bolgesidi.TV-de her dediyin sozu tekrar etsek monqol olacagiq axirda.Eger Azerbaycan turk olkesi sayilirsa,niye bizim bolge Talish bolgesi olmasin?Ozuvuz bu suala cavab verun.
P.S.Men teklif etmedim ki, Talish azerkeshleri.Cunki XL-e terefdarliq edenler bizim bolgenin turkleri de var.Ona gore cenublu azerkeshler dedim.
Cavab: Hörmətli TALISHSTANLI, sizin şərhinizdə olan bir qeydiniz tərəfimizdən anlaşılmaz şəkildə qarşılandı. Beləki, admin və islam bəyin başqa adla şərh yazması barədə yazdığınız fikirlər reallığı əks etdirmir.Nə saytın admini nə də İslam bəy belə işlərlə məşğul olmurlar.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
9. xətə [Материал]
Dr. Mirhafiz daha düzgun izah edib, onunla tam raziyam. "Cənub" ümumi sözdur, "Xəzər Lənkəran" xüsusi sözdur və sözun hər mənasida böyük hərflərlə yazilir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
8. Dr. Mirhafiz [Материал]
Ümumilikdə bu müzakireden çıxan bəzi neticeler var. Ən doğrusu "Xəzər Lənkəran" azarkeşi demək daha düzgündür. Ona görə də İslam bəy biz bunu "Bosman.at.ua" saytında həmişə belə- Xəzər Lənkəran" azarkeşi kimi göstəririk. Komandamızın azarkeşləri hamımızın bildiyi kimi təkcə bizim bölgədə yerləşmir. Onlara Azərbaycanın hər yerində, Rusiyada və bir çox ölkələrdə rast gəlmək olur. Elə bizim fanklubun Rusiya, ABŞ, Kanada, Yaponiya və s ölkələrdə nümayəndələri var və təbii ki onlar "Xəzər Lənkəran" azarkeşləridirlər. Belə hallar başqa fanklublarda da yəqin ki var. Daha sonra komandamıza azarkeşlik edən digər bölgələrdən onlarla (say göstəricisi) azarkeşlik edən insanlar var hələ mən tanıdıqlarım. Başqa cür də ifadə edə bilərəm:- Mən Avropa klublarından "Barselona"ya azarkeşlik edirem. Mən nə ispaniyalı deyiləm, nə də Katalon deyiləm. Mənim kimi "Barsa"ya bütün dünyada hər bir millətdən olan və azarkeşlik edənlər var.Bunlar hamısı nə ispaniyalı və nə də kataloniyalı deyillər. Bunları sadəcə ümumi bir maraq olan "Barselona" birləşdirir. Bunların hamısı "Barselona" azarkeşləri sayılır. Ocümlədən də "Xəzər Lənkəran" azarkeşləri kəlməsi ən doğru olanıdır.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
7. McKlein [Материал]
"LENKERANLI AZARKESHLER" BURDA MECAZI MENADA ISHLEDILIR.YENI XEZER-LENKERAN KOMANDASININ AZARKESHLERI.KOMANDAMIZIN BOLGEDE FANATLARININ CHOX OLMASI HAMIYA MELUMDU.ONDA MASALLI,LERIKLI VE YA ASTARALI AZARKESHLER DEMEK DE MENTIQLI ALINMIR. FAKT ODUR KI,KOMANDA LENKERANDA MESKUNLASHIR,LENKERAN ADINI DASHIYIR.AMMA UMUMILIKDE ISE CENUBU,TALISH BOLGESINI TEMSIL EDIR.YENI INSAF NAMINE "LENKERANLI AZARKESHLER" SOZ BIRLESHMESINI ARADABIR ISHLETMEK TAM GANUNAUYGUNDU.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
6. McKlein [Материал]
BRAVO PARKS,SENIN FIKIRLERINLE TAM RAZIYAM. BU STEREOTIPI EVVEL-AXIR SINDIRMALIYIQ.SIYASETI BURA QATMAQ ISTEMIREM,AMMA BIZIM TEREFLER TA GEDIM ZAMANLARDAN,HEM DE TARIXI ESERLERDE HEMISHE TALISH BOLGESI KIMI GOSTERILIB.BURDA SEPARATCHI HECH NE YOXDU.OLANI DEYIRIK.

FORZA KHAZAR-LANKARAN!!!!!!!!!!

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
5. Emilbey Kazimzade (Emilbey) [Материал]
Xəzər Lənkəran Cənub Klubudur ama bele cixir Selyanda cenub terefdedir onlarinda bir komandasi var Muğan ve Massalininda klubu var Viləş Xəzər Lənkəran Lənkəranın klubudur Astara,Masalli,Cəlilabad,Bilesivar Xəzər Lənkəran bu rayonları təşkil edir men öz adıma deyirem düzdü yoxsa yox Selyanda cenubdan sayilir ama Muğan Premyer Liqada iştirak edir ve Xəzərlə 0-0 eledi Seıyan cenub olaraq bizden sayilmis bize reqibdirler bu qeder
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
4. Parks [Материал]
Islam muellim men "canub bolgesi" ne olan shedir anlamiramda. Naxcivan, Fizuli, Cabrail ve Zenqilanda canubdirda bele baxanda?!
Beyem bizden yuxarda olanlar Kompasla gezir bize canub bolgesi deyir?
Tarixen bize Talish bolgesi deyibler, burda ayib bir shey varmi??? Talishlarin coxluq teshqil etdiyi bolgudurde.
Kimlerse neyise bashqa cur anlayir babali oz boynuna! Men Talisham-Azerbaycanliyam!!! Meni sevmeyen yansin!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

04.02.2011
3. Parks [Материал]
Xezer-Lenkeran butun Talish bolgesini temsil eden kamandadir!!!
Cavab: Yəqin ki, siz bütün "cənub bölgəsini" demək istəyirdiniz.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

03.02.2011
2. didye [Материал]
men basa dumirem talis olan adam lenkaran sozunden nie narahat olur
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

03.02.2011
1. TALISHSTANLI [Материал]
Lenkeranli azerkeshler demek duzgun deyil!Bilmirem niye siz bu varianti secmisiniz.Bilasuvadan bu teref XL terefdarlari coxdu.Hususen de Masalidan bashlayaraq 99% Xezere terefdarliq edir.Lenkeranli azerkeshler ne demekdi bes basha dushmurem?Belke cenublu azerkeshler duzgun olar?Astarinin Shuvi kendinin sakini Lenkeranli deyil,mesel ucun.Siz milleti birleshdirmek evezine naoborot ayri-seckilike benzer bir shey salirsiniz.
Cavab: İradınız qəbul olundu və yazının son cümləsindəki "Lənkəranlı azarkeşlər" ifadəsi "cənublu azarkeşlər" ifadəsi ilə əvəz olundu.
Yazını diqqətlə izlədiyiniz üçün təşəkkür edirik.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz