Ana Səhifə» 2010»May»16 » "Xəzər Lənkəran" - "Bakı" oyunu haqda(birinci yazı).
18:35
"Xəzər Lənkəran" - "Bakı" oyunu haqda(birinci yazı).
Alqış və istefa...
Biz, üzərimizə düşəni etdik(birinci yazı).
Qabaqcadan deyildiyi kimi kağız lentləri bütün stadiona payladıq.Köynəklər Stadionun "E" və "R" sektorlarında azarkeşlərə hədiyyə edildi.Bu oyunda "12-ci oyunçu" azarkeş klubu, fan klub şəklində çıxış etmək fikrində olsa da, azarkeş klubunun təşkilat komitəsi daha çox təşkilati işlərlə məşğul oldu.Bu səbəbdən də hələ bir neçə oyun əvvəl "Bosman" fan klubuna hədiyyə olunan barabandan əlavə olaraq, bir oyunluq da ikinci barabanı "Fırtına" fan klubunun nümayəndələrinə onların istəyi ilə verdik.Beləcə "12-ci"lər daha çox təşkilati işlərlə məşğul olduğundan, komandanı fan klub kimi dəstəkləmək mümkün olmadı.O qədər kağız lenti, bütün stadiona paylamaq heç də asan iş deyildi.Lentləri paylamaqla yanaşı ondan istifadə qaydasını da insanlara anlatmaq saatlarla vaxt apardı.Üstəlik bizdən köynək istəyən polis əməkdaşları və s.-lərin ictimai işlə məşqul olduğumuza görə bizə "dəli" kimi baxanların da bezdirici hərəkətləri bizə mane olurdu.
Biz "12-ci oyunçu" azarkeş klubu olaraq oyunun başlamasına 4- saat qalmışdan fəaliyyətə başladıq.Fəal azarkeşlərin təqdim etdiyi hədiyyələrə öz hədiyyələrimizi də əlavə etdik.Bax bu azarkeş klubunun fəaliyyətidir,bu heç bir fan klubun edə bilmədiyi işdir.Bir azarkeş klubu olaraq, 50 və ya 100-nəfər üçün deyil, minlərlə insan üçün çalışdıq.Oyun zamanı rəqib komandanın bu lentləri meydandan çıxarmaqla vaxt qazanması hesabına "Xəzər Lənkəran"ın qalib gələ bilməməsini bəhanə gətirmək isə, bir az gülməlidir.Azarkeş meydana kağız lenti lazım olan zaman deyil oyunun gedişində atırsa bu fəlakət sayılmamlıdır.Necə deyərlər "Oynaya bilmirəm- yerim dardır" deməklə məsuliyyətdən qaçmaq olmaz.Amma bununla belə, yersiz lent atmağa da bəraət qazandırmaq istəmirik.Bu oyunda lentlərin hamısı, oyun başlamamışdan atılmalı idi.Lakin görünür hələ də bəzi insanların müəyyən qədər maariflənməyə ehtiyacı vardır.Hər halda oyunun hakimləri də kağız lentləri meydana atılan yad əşya kimi matçın protokoluna qeyd etmədilər...
Biz öz işimizn öhdəsindən vicdanla gəldik Bizə inanan, etibar edən insanlara minnətdarıq.
Həmin insanlar sadə "Xəzər Lənkəran" azarkeşləridir.Sadə insanların gözündə üzü ağ olmaq və zəhmət bahasına vicadnla çalışmaq şərəflidir.
Istefa! Mubariz ya klubu sat .... bir TALISHA ya voobshe bagla klubu.Bize bu biyabirciliq ve eseb LAZIM DEYIL!
Cavab: Şərh yazanlardan xahiş edirik,diqqətli olsunlar.Bu şərhləri yüzlərlə insan oxuyur.Hər bir fikirə hörmətlə yanaşılır,amma təhqir edici ifadələr dərhal silinə bilər.Hamının əsəbi olduğu məlumdur.Elə bizim saytın əməkdaşları da hələ bu günə qədər də fəaliyyətə başlaya bilməyiblər.Səbəb isə stressdir.Şərh yazarkən insanların şərəf və ləyaqəti haqda diqqətli davaranmaq xahiş olunur.