Ana Səhifə» 2010»Dekabr»8 » “Xəzər Lənkəran” – “Gəncə”
22:36
“Xəzər Lənkəran” – “Gəncə”
"Xəzər
Lənkəran” – "Gəncə”
11-dekabr
saat 16:00
İlk
oyun.
Oktyabrın
17-də Gəncədə keçirilən oyunda komandamız
böyük hesablı məğlubiyyətə məruz qalmışdı. Həmin qarşılaşma ilə bağlı oyundan
sonra müxtəlif fikirlər səsləndirilmişdi. Əsas isə odur ki, məğlubiyyətdən nəticə
çıxararaq sonrakı oyunlarda komanda bacardıqca xal itkisinə yol verməməyə
çalışdı.
Qalib
gəlmək lazımdır.
Qarşıdan
gələn "Xəzər Lənkəran” – "Gəncə” oyununda revanş barədə düşünmək də yersizdir.
Hamıya bəllidir ki, "Gəncə” əzmkar, döyüşkən komanda olsa da turnir cədvəlindəki
yeri onun hazırkı gücünün göstəricisidir. Onu da qeyd edək ki, Gəncə
futbol ənənəsi olan şəhərdir və bu şəhərin adını daşıan klubun turnir cədvəlinin
ilk pillələrində olması arzuolunandır.
Dekabrın
11-də Futbolçularımız sadəcə meydana çıxıb qələbə qazanmalı və komandanın
turnir cədvəlindəki liderlik şansını artırmalıdır.
Azarkeşlər həmin gün öz dəstəyini əsirgəməyəcək və sona qədər futbolçularımızı
irəli səsləyəcəklər.
Azarkeşlər.
Hər iki
klubun azarkeşləri mehriban münasibətdədirlər.
Elə Gəncədə keçirilən oyunda da Lənkərandan gedən azrkeşlərə qarşı çox xoş
münasibət bəslənmişdi. Lənkəranda da onların yaxşı qarşılanacağına və oyun
zamanı hər hansı xoşa gəlməz hadisənin baş verməyəcəyinə inanırıq.
İlk
oyunda hakimlərin və AFFA nümayəndəsinin
kobud səhvi nəticəsində "Gəncə” şəhər stadionunun tribunalarına toplaşan
azarkeşlərin sayı şişirdilmişdi. Biz də
o vaxt buna etiraz etdik. Əvvəlcə "Gəncə”li futbolsevərlərdən bəziləri bizim
addımımızı düzgün anlamadığından münasibətlərdə müəyyən soyuqluq yarandı. Lakin
sonrakı hadisələr göstərdi ki, bizim azarkeşlərə deyil futbol qurumlarının bəzi
məsul şəxslərinə qarşı etirazımız "Gəncə” fan klubları tərəfindən anlaşma ilə qarşılandı.
Biz o vaxtı da indi də bildiririk ki, əgər həqiqətən həmin oyunda tribunalarda oyunun protokoluna qeyd olunan qədər tamaşaçı
toplanmışdısa biz bunu yalnız alqışlayarıq. (Gəncə stadionunun azarkeş rekordunu
ilk olaraq alqışla qarşılayan yazı oyun günü saytımzda getmişdi.) Amma biz belə
qənaətdəyik ki, 17-oktyabrda keçirilən oyunun protokolunda yanlışlıq üzündən
azarkeş sayı çox göstərilib.
Layihə.
Dekabrın
11-dəki oyunda həyata keçririlməsi nəzərdə tutulan bir neçə layihə vardır. Beləki,
bir neçə fəal azarkeş müxtəlif layihə təklifi ilə çıxış edib. Hazırda onların hansının birinin daha çox məqsədə uyğun olduğunu araşdırırıq. Bu layihələr
barədə növbəti yazıların birində ətraflı məlumat verəcəyik.
Martin Stankov haqqinda xeber,oxumaqiniz ve meslehet bilsez saytda yerlesdirmeniz meslehet bilirem http://azfutbol.com/?p=654
Cavab: Şərhiniz elə birinci dəfədən də oxundu. İkinci dəfə eyni şərhi yazmağa ehtiyac yox idi. Amma bununla belə şərhiniz silinmir. İnformasiya üçün təşəkkür.