Məşq
davam edirdi. Amma Elşad Xanıyev əsəbini sakitləşdirə bilməyib dediklərini
sübut etmək üçün "Ultra”Neftçi” fan klubunun rəhbəri ilə telefon əlaqəsi
yaratmaq istədi. Yarımsaatlıq axtarışdan sonra nömrəni əldə etdi. Bu işdə ona gənc
bir "Xəzər Lənkəran” azarkeşi köməklik etdi. Beləliklə telefon əlaqəsi
yarandı, yaxınlıqda olanları da eşitdiyi kimi Ceyhun Əzizli bayraq
yandırılmasını təsdiq etdi. Uzun sürən
telefon danışığıdan sonra Elşad Xanıyev ondan "Neftçi”nin prezidentinin telefon
nömrəsini istədi. Lakin Ceyhun Əzizli nömrəni bilmədiyini dedi. Sonra da Ceyhun
bəy Elşad Xanıyevin təkidi ilə " Ay qardaş əgər Sadıx müəllim təklikdə soruşarsa
o zaman deyərəm bəli bayraq yandırılıb.”
Deyə cavab verdi.
"Xəzər
Lənkəran”ın bayrağının yandırılmasını iddia edən Elşad Xanıyevin səsküyünə gələn
"Xəzər tv” və "CTV” –nin əməkdaşları ondan bayraq əhvalatını xırdalıqlarına qədər
soruşdular. Elşad bəy də hadisəni bütün xırdalılarına qədər danışdı. Bütün bu mənzərəni
məşqi izləyən azarkeşlər də görürdülər.
|