Ana Səhifə» 2010»Avqust»5 » “Xəzər Lənkəran”ın məşqində...
21:06
“Xəzər Lənkəran”ın məşqində...
Avqustun 5-də saat 19:30-da “Xəzər Lənkəran” axşam məşqinə çıxdı.Milli komandanın toplantısından qayıdan Elnur Allahverdiyev,Rahid Əmirquliyev və Kamran Ağayev məşqdə iştirak etdilər.Devit İmedaşvilinin məşqə qatılmadığını görüb səbəbini öyrənməyə çalışdıq.Məlum oldu ki,gürcü futbolçu xəstələndiyindən bazada istirahət edirmiş.Mirça Rednikin məşqdə tədbiq etdiyi yenilik də diqqətdən kənar qalmadı.Beləki,üç qapı olmaqla Kamran Ağayevi,Deniss Romanovsu və Hafiz Əliyevi qapılarda saxlayaraq,üçtərəfli oyunda futbolçuları sınadı.Bu da azarkeşlərin marağına səbəb oldu.