www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyul » 7 » “Xəzər Lənkəran” klubu ilə azarkeşlər arasında olan problemlərin bu oyunda qabardılmasının lazımsız olduğunu anlayırıq.
16:57
“Xəzər Lənkəran” klubu ilə azarkeşlər arasında olan problemlərin bu oyunda qabardılmasının lazımsız olduğunu anlayırıq.
“Xəzər Lənkəran” – “Olimpiya” oyununa bir gün qalmış Lənkəranda ab hava haqda məlumat əldə etmək üçün Lənkəranın müxtəlif yerlərində insanların fikirləri ilə maraqlandıq.Bu oyuna maraq göstərənlərin sayının hələ də istənilən səviyyədə olmadığının şahidi olduq.Bununla belə son iki gün ərzində “Xəzər Lənkəran”ı avroliqa oyununda tək qoymayacaqlarını bildirənlərin sayının artdığını da qeyd etmək lazımdır.Elə komandanın məşqlərini izləyən azarkeşlərin sayında da müəyyən artım müşahidə olunur.Fəal azarkeşlərin apardığı təbliğatın bu işdə müəyyən rolu olmuşdur.Bundan əlavə saytımızda son 10-gün ərzində təqdim olunan yazılar,həmçinin “Bosman” və “Fırtına” fan klublarının saytlarında da bu səpkidə gedən yazılar öz sözünü demişdir.Biz “12-ci oyunçu” azarkeş qrupu olaraq, oyun başlayana qədər azarkeşlər arasında bu oyuna maraq yaratmaq üçün təbliğatımızı aparmaqda qərarlıyıq.Ən azı ona görə ki, “Xəzər Lənkəran” bu oyuna Azərbaycan bayrağı altında çıxacaq. “Xəzər Lənkəran” klubu ilə azarkeşlər arasında olan problemlərin bu oyunda qabardılmasının lazımsız olduğunu anlayırıq.
Azərbaycan bayrağının ucalması naminə,ölkə futbolunun reytinq qazanması və nəhayət cənub bölgəsinin imici naminə “Fırtınalar Meydanı”nda birləşək !
Bölmə: |Baxış sayı: 1991 | Yazar: 12cioyuncu |
Всего комментариев: 261 2 »
23.08.2011
26. xezrer yekdi [Материал]
vobay xezrden gedecey,
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.08.2011
25. xezrer yekdi [Материал]
rosas xezere geldi mi?
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

23.08.2011
24. azerbaycan [Материал]
xezerin yeni sostavina hansi oyuncilari alib
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.07.2010
23. CABBARLI (ISLAM) [Материал]
Məxsusi olaraq Rashad Azizov üçün.
*************************************************************
Yay təlim-məşq toplanışını Almaniyada keçirən “Xəzər Lənkəran” komandası dünən Burqhausen şəhərində Avstriyanın "Mattersburq" komandası ilə qarşılaşdı. Oyun lənkəranlılar üçün çox çətin keçdi və 6:2 hesabı ilə "Mattersburq" komandasının xeyrinə başa çatdı. "Xəzər Lənkəranın” heyətində Mario Souza və Elvin Begiri fərqləniblər.

Birinci hissədə “Xəzər Lənkəran” hücum taktikasına üstünlük verməsinə baxmayaraq, avstriyalılar klubumuzun müdafiəçilərinin səhvlərindən yararlana bildilər.

Bu, “Xəzər Lənkəranın” Avroliqa oyunlarından əvvəl Almaniyada keçirilən son sınaq oyunu idi. Yay təlim-məşq toplanışı çərçivəsində Ağasəlim Mircavadovun yetirmələri Almaniyada bundan qabaq həmçinin Ukraynanın “Şaxtyor” və Avstriyanın “Rid” komandaları ilə görüşüblər.

Mənbə:lankaranfc.com

*************************************************************
QEYD:Əslində isə "Xəzər Lənkəran " heç də "SV Mattersburq"la deyil "KSV Superfund" klubu ilə oynamışdı.Məlumat tamamilə yanlış verilmişdi.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.07.2010
22. CABBARLI (ISLAM) [Материал]
Anar mən səni yaxşı tanıyıram,Arazı da həmçinin.Sizin hər ikinizin səmimi olmasına şübhəm olsaydı səninlə də Arazla da bu qədər vaxtı etdiyim söhbətləri etməzdim.Biz axı sizinlə daha açıq danışmışıq həmişə.Amma bizim saytda firtina@lankaranfc.az emaili ilə Fırtına fan klubu adı ilə yazılan yazıda tikanlı sözlərə nə deyərsən.O sözləri yazan fikirləşməlidir ki,hər sualın bir cavabı var.Mən o sözlərə cavab vermədimsə səni Arazı düşündüm.Belə yazı yazmağa Lənkəranda "pota baş" danışıq deyilir.Mən heç Fırtınanın saytında belə həyasızlıqla yazardımmı? Yox,heç vaxt. Onu yazan mənimlə tərəzidə qala bilərmi ?
Daha sonra sən soruşursan:
"-Hele o zaman her oyundan sonra seninle de Bosmanla da mueyyen problem haqda birge cixis etmek lazimdi deyirdim xahis edirdim ama hec zaman birlikde cixis etmirdik Seher gorurdum qazetde ya hardasa 12-ci ve Bosman birgre beyanat yayib ama firtina yoxdu. Sexsen bu menim hemise ureyimi aqradirdi Axi beyanatdan qabaq men de birge cixis etmek barede xahis etmisdim Niye deyilmemisdi?????-"

Anar sən sorursan niyə,mən cavab verim -misal çıəkdiyim bayaqkı kimi acı yazılar,belə acı danışıqlar Fırtınaya yaxın düşməyə qoymurdu bizi.Sənin etdiyin jestlərin rəhbərlik etdiyin fan klubun üzvləri tərəfindən davamı gəlmirdi.Əksinə fan klub üzvlərindən elə hərəkətlər görürdük ki,acı,tikanlı,yekə-yekə danışıqlar və s.
Sən hələ də bilmirsən ki,Lənkəranlı azarkeşlər (Fırtınaın stadiona buraxılmamaq məsələsində) niyə sizin arxanızda qalmadı bax belə işlərə görə.Fan klubun üzvləri daim Xəzərin problemləri ni qaldırsalar da sadə azarleşlərlə də bizlə də münasibətdə kobudluq etdilər.(Əlbəttəki hamısı belə deyildi.) Bax problem bu idi.Görürəm hələ də bu problem tam həllini tapmayıb.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.07.2010
21. ANAR [Материал]
Isi salam En azindan Sen Meni yaxsi taniyirsan. ve burda yazdiqimi da gozel basa dusmusen ve menim de nece insan olduqumu gozel bilirsen. Menim yazima Samir adli sexs fikir bildirib ve ya sual verib bu fikrinde ikibasli olmaqi ikrahla yazilmaqi aydin secildiyinden ve sohbetin tam olaraq Firinaya aidiyyati olduqunda firtina resmi 1 cavab yazib. cavabda da fikrimce hec 1 tehqiredici ve kimise alcaldici fikir yoxdu.. Sadece oz haqqinin mudafiye olunmasini isteyib.........
Oz yaranma tarixi ile baqli cavab verib ve ozunun daha guclu olmaqini subut etmeye calisib tebii olaraqburda inciyesi 1 sey yoxdu. Ama bezi 1-2 xirda fikirleri ile Men de razilasmiram Bu ise buranin movzusu deyil....
Sozlerimin hamiya ve esasen de Samire subutu ucun 1 fakti xatirladim Size....
ARAZ beyi haminiz yaxsi taniyirsiz.... Araz indi FIRTINA qabaqlar ise XLin bAKI FANKLUBU OLAN MUSTEQIL FANAT QRUPUNU YARADANLARDAN OLMASA DA ora qebul olunan ilk 5 uzvden biridi ve en az muddetde FIRTINAnin esas soz sahibi olan uzvlerinden biri olub ve Firtinaya daim destek olan ve demek olar indiki seviyyeye catan sexslerden 1-i olub ve olaraq da qalir. Ama 1 vaxt klub rehberliyine getirilenden sonra FIRTINA terkibinde qalmasi duz olmazdi ve terkibden cixarilib Ama vezifesinden getdikden sonra tezeden siralarimiza qebul olunub.......
ARAZ hemin Arazdi ki xezerin en feal terefdaslarindan olan 12-ciler onu ozlerinin FEXRI UZVU secibler...... (mence esl XLli olmasina subheniz olmaz)
ARAZ hemin Arazdi ki, xezerin feal azarkesleri olan XL ucun urekleri yanan, gozel azarkese layiq layiheleri olan 12-ciler bu layiheleri heyata kecire bilmeyen vaxt ARaz ozunu qabaqa verib onlara komek etdi bu seraiti onlar ucun yaratdi... Halbuki 1 tortu bele hemin zamanlar oyunculara vermek olmurdu...
Firtina Fexr edir ki oz feal olan uzvlerinden 1-si XLin diger fanklublarinin FEXRI UZZVUDUR....
Bax inan Firtinadan yiqisan usaqlarin her 1- Araz kimi XEZERI sevendi Araz kimi XL ucun canuini qoyana canini vermeye hazir olandi...
Tebii olaraq mueyyen fikirlerle baqli kimse onlarin fikrine hormet etmedikde (qebul etmedikde yox a) onlar da oz haqqini mudafiye etmelidi...
Defelerle ayri ayri azarkeslerden ikibasli fikirler olub FIRTINAya qarsi ama hemise neinse xetrine susublar ama bu defe susmadilar susa bilmediler...
Adi 1 misal FIRTINA bu ilin evvelinde klubla indiki hallari gorerek mubarize apardiqi zaman ayri ayri saytlarda Firtinaya qarsi provakasion fikirler bele seslendirirlirdi ve bunlari eden de azarkeserimiz idi ve 12-cilerin adindan bele cixis eden vardi....
Hele o zaman her oyundan sonra seninle de Bosmanla da mueyyen problem haqda birge cixis etmek lazimdi deyirdim xahis edirdim ama hec zaman birlikde cixis etmirdik Seher gorurdum qazetde ya hardasa 12-ci ve Bosman birgre beyanat yayib ama firtina yoxdu. Sexsen bu menim hemise ureyimi aqradirdi Axi beyanatdan qabaq men de birge cixis etmek barede xahis etmisdim Niye deyilmemisdi????? Bele basa dusulurdu Bizim klubla aramiz deyib bizi 1 FIRTINA adi ile stadiona daxil olmaqimiza bele icaze verilmeyen vaxt hami bize qarsi cixan vaxt bizle meqsedi 1 olan eyni amalli meslekdaslarimiz fanklublar bele bizle 1 cixis etmek istemirdi NIYE ne idi gunahimiz.. Belke nedese pislik elemisik kimese bizden aciq cixirdilarr Bax bunu indi de basa dusmurem..
Ama bunlarin hamisi unudulub inanin. Indi birlikde is aparmaqin vaxtidi XL namine........
XL yalniz azarkeslerin eli ile duzele biler ama birlesmis teskilat kimi birlesmis azarkeslerin eliyl;e daha ayri ayri tek tek azarkeslerin eli ile yox...... Men daha hec ne yazmayacaqam... Telefonum ve unvanim hamiya bellidir
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

12.07.2010
20. Rashad Azizov [Материал]
“Xəzər Lənkəran”ın rəsmi fan klubundan başqa daha bir neçə müstəqil fan klubu və azarkeş qrupu da yaradılıb. Komandamızın Bakıdakı azarkeşlərini bir araya gətirən “Fırtına” fan klubu Azərbaycan futbolu tarixinə ilk müstəqil fanat qurumu kimi düşüb. “Bakılı” “Xəzər Lənkəran“lılar”la yanaşı komandamızı “12 oyunçu” azarkeş qrupu və “Bosman” fan klubu da dəstəkləyir. Bütün bu məqamlar “Xəzər Lənkəran”ın Azərbaycan futbolunda özünəməxsus və çox fərqli bir yer tutduğunu göstərir. Bütün bunlar ölkə futbolu adına qürurverici yeniliklərdir. Axı “Xəzər Lənkəran” yaradılanadək ölkənin heç bir klubu ətrafında belə böyük ajiotaja və ciddi fanat hərəkatına rast gəlinməmişdir.
-
mənbə: lankaranfc.com
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

10.07.2010
19. CABBARLI (ISLAM) [Материал]
Messi,mən sizə Veron,Maradona və ya Batistuta demirəm axı.Mən də Cabbar deyiləm,diqqətli olun mümkünsə.Sonra mən burada kimləsə dava etmirəm ki,ilk fan klub hansıdır.Amma əgər yazılıbsa mən də maraq üçün bir formada sizə cavab verim.
Futbol+ qəzetinin bölgə müxbiri Hüseyn Cəbrayıloğlu şükür Allaha sağ salamatdır.Mən və bir neçə fəal azarkeş hələ 2005-ci ilin may ayından başlayaraq layihələr həyata keçirirdik.O dövrdə həmin qəzetin ilk bölgə müxbiri olan Anar Məmmədli ilə birgə biz mətbuatla işləyir,mətbuatda azarkeşlər haqda xüsusi təbliğatlar aparırdıq.2006-cı ildə fan klub kimi qeyri rəsmi fəaliyyətə başladıq,lakin fəaliyyətmiz stadiondan kənardan başlayırdı.Stadionda isə fanatlar kimi deyil adi azarkeşlər kimi dəstək olurduq.2007-də fəaliyyətmizin forması bir az da dəyişdi.Mətbuatdan tam uzaqlaşdıq artıq ilk dəfə 15-minlik stadion,14999+sən adlı layihəni uğursuz formada olsa da həayat keçirdik.Uğursuzluğa səbəb isə klub oldu.Stadionda oyunun olacağı elan olsa da 2007-ci il sentyabrın 16-da Turanla oyun gözlənilmədən Olimpiya komleksində baş tutdu.Daha sonra 2008-ci il fevral ayının 22-də ilk təsis yığıncağını keçirib rəsmi fəaliyyətə başladıq.Hüseyn Cəbaryıloğlu KİV nümayəndəsi kimi o yığıncaqda iştirak edib,səhəri şənbə günü qısa məlumat verdi Futbol+ qəzetində.25-fevral 2008-ci il də isə ətraflı yazdı.O gündən Futbol+ qəzeti səhv etmirəmsə Azərbaycanın ilk fan klubu söhbətinə 4-dəfə qayıdıb.Qəzetin rəsmi işçiləri 12-ni ilk fan klub kimi qeyd ediblər. Azərbaycan elmlər akademiyasının elmi qrifini almış və beləcə bütün idman məktəbləri,futbol akademiyalarında tədris ləvazimatı kimi işlədilməsinə icazə verilən Azərbaycanda yeganə elmi futbol kitabı olan Cənub bölgəsində futbolun inkişaf tarixi adlı kitabda da məhz ölkənin ilk fan klubu kimi 12-ci oyunçu göstərilir.Belə yazılar nə bilim sözlər,fikirlər çoxdur.Amma bunula belə mən bundan əvvəlki şərhimdə ilk fan klub davasında deyildim.Mən tikanlı sözlərdən narahatçılıq keçirdiyimdən etiraz edirdim.İndi heç bu haqda danışmağın da məncə mənası yoxdur.Sadəcə söz düşdü mən də yazdım.İnsaf xatirinə demək lazımdır ki,Fırtına fan klubu Xəzər Lənkəranı tanıtdırmaqda böyük rol oynayıb.Təbii ki,özlərini də tanıtdıra biliblər.Bu fan klub üzvlərinin müxtəlif ölkələrdə olması,müxtəlif sahələrdə çalışması böyük rol oynayıb.O səbəbdən klubda da bu fan klubun üzvlərindən bir neçəsinin müxtəılif vaxtlarda çalşıması da klubda fanatlarla hesablaşmağa təkan verib.Say çoxluğu,fəallığı,intelektual səviyyələri həmişə onları birinciliyə doğru aparıb.Bu səbəbdən də mətbuat və televiziya onları qabağa verməyə məcbur olub.Bu da bizim üçün fəxr olub,bir Lənkəranlı və Xəzər Lənkəranlı kimi onları hər yerdə görmək bizöə xoş olub.Bu məsələni də bağlamaq lazımdır hər halda.Bizim azarkeşlik etdiyimiz klub geriləyir,biz də düşüb öz aramızda araşdırmalar aparsaq geriləyəcəyik.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

10.07.2010
18. Messi [Материал]
ozunuzu oldurmuyun klubun saytinnan tappisham. baxun.

http://lankaranfc.com/az/fan-sector/fan-club.html klubun sayti ilk musteqil fan klubu firtina yazibdir

cabbar , brat qirmiziynan yazmada gozumuz chixdi yerinnen

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

10.07.2010
17. CABBARLI (ISLAM) [Материал]
firtina@lankaranfc.az e-mailindən ötürülən yazını oxuyandan sonra suallar yaranır.Amma bu sual xarakterli sözləri burada yazmayacaqğam.Ona görə yox ki,yeri deyil sadəcə məsələnin süni şəkildə şişirdilməsi Xəzər Lənkəran azarkeşlərinin marağında deyil.Mən də təxribata getmirəm.Möənim üçün maraqlı odur ki,o yazıda elə fikirlər var ki,anlaşılan deyil.Məsələn:"-Fırtına üçün kimin nə danışdığı heç vaxt əhəmiyyətli olmayıb, xüsusilə
də fan klubların. Fırtına əhəmiyyətsiz və şou xarakterli heç bir iş
görmür. Kimə cavab lazımdırsa ona da lazımınca cavab verir. Biz fan
klublarla mübarizə aparmırıq sizin kimi..."
Daha sonra belə bir fikir mənim üçün qəribə oldu:-"Səmimi olmaq istəsəniz Fırtına kurslarına yazıla bilərsiniz. Necə olsa
da qardaş fan klublarsınız, özümüzünküsünüz. Damarımızda ağ-yaşıl qan
axır."
İndi biz də yazaq ki,bizim də öz kurslarımız var və s.
Bu nə deməkdir axı söhbət kimdən gedir.Saytımızda qeydiyyatdan keçən Samir adlı iştirakçı Anara sual verir cavabında isə bu tikanlı sözlər gəlir.Bu sözlər nəyə xidmət edir.Məncə bu məsələni dərhal sona vermək lazımdır.Bir iştirakçı fikir bildirdisə ona cavab verərkən tikanlı cavab vermək lazım deyil.İndi mən də nəsə yazım,yenə cavab gəlsin,sonra Qurbanəli kişi,Əfqan,İlqar,Aydın müəllim,İlkin,Ramiz,Ələkbər,Nazim və s.nə bilim digər fəallar fikir bildirsinlər,hərə öz qəhramanlığını yazsın,biz hamımız qıraq biri-birimizi bəs sonra ?
Kim nə edibsə edib,etdiyi ilə hər bir fərd və qrup və ya fan klub fəxr edə bilər bu haqdır.Amma digərlərinin ünvanına tikanlı danışmamaq şərti ilə.O ki,qaldı digər fan klublarla davaya -Mən digər klubların fan klubları ilə dava da edirəm cavabdehəm də.Xüsusi qeyd edirəm digər klubların fan klubları ilə,ancaq o fan klublar ilə ki,klubdan maaş alırlar.Onlar məni heç vaxt anlamayacaqlar və mən onlarla düz gəlməyəcəyəm də.Çünki onlar maaş aldıqları halda özlərini futbolsevərlər kimi,azarkeş kimi göstərməyə çalışırlar.Bu isə
mənim üçün qəbul olunmazdır.Amma Xəzər Lənkəranın müstəqil fan klubları ilə mən dava etmirəm.Nə mən nə də 12-ci oyunçu azarkeş qrupunun təşkilat komitəsi.Ona görə də bir iştirakçıya cavab verərkən diqqətli olmaq gərəkdir.Bu yazını digərləri də oxuyurlar.Onların deməyə sözü ola bilər.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

10.07.2010
16. Fırtına Fan Klubu [Материал]
Samir bəy, bu qısqanclıqları çox görmüşük başqa klubların
fanatlarından, özümüzkülərdən də görmək “xoş” oldu.

Fırtına fan klubu ( o vaxt Fırtına ləqəbi fan kluba götürülməmişdi)
2005 ci il 16 iyulunda təsis olunmuşdur. Təbii ki, o vaxt sizlər hələ
forum adlanan əlaqə vasitələrini hələ bilmirdiniz, orada Xəzər
Lənkəranın Bakı Fan Klubunun təsisi haqda geniş bəyanat vardı.
Dediyiniz vaxtda isə FIRTINA ləqəbi fan kluba götürüldü.. Daha
diqqətli olsaydınız, stadionda hər kəsin gözünə girən FIRTINA
bannerini tam oxumaqla bunu başa düşərdiniz. FIRTINA – Xəzər Lənkəran
Bakı Fan klubu. Fan klubun klubla çox yaxın münasibətləri olmuşdur, o
dövrdə ki, hər kəs istisnasız olaraq klubdan tamamilə razı olmuşdur.
Klubun rəsmi fan klubu heç vaxt müstəqil, aktiv hərəkət etmədiyindən,
klubun özünün Bakıda yerləşdiyindən, KİV-dən fan klubla danışacaq adam
olmadığından hər zaman klubdan ünvan olaraq Fırtınaçılar göstərilirdi,
onların telefonlarını klub KİV-ə verirdi ki, fan klub barədə məlumat
alsınlar. Rəvan Bəşirov da fan klubun prezidenti seçilmişdir üzvlər
tərəfindən. Rəvan Bəşirov Xəzər Lənkəran Bakı Fan klubunun rəhbəri
olmuşdur. Lakin hər zaman Rəvan Bəşirovu Xəzər Lənkəran Fan Klubunun
rəhbəri kimi qeyd ediblər. KİV də bunu belə qəbul edib. Ümumiyyətlə
müstəqillik barədə suallarınız varsa gedin kluba müraciət edin. Orda
burda ağzına gələni danışanlar da vardır ki, guya klub Fırtınanın
başından pul səpib  . O klub, o da siz, gedin soruşun, rəsmi cavab
versinlər. Klub Fan Kluba qiymət versəydi, bileti 1 manat edərdi.
Əvəzində Cavad Rəcəbovu 100-200 manata görə çıxarmazdılar. Fırtına 10
minlərlə pulunu öz üzvləri hesabına xərcləyib və heç kimin kişiliyi
çatmaz ki, bu pula öz burnunu soxsun !

Müstəqil olmasaydıq Klub rəsmi fan klubla davrandığı kimi Fırtına ilə
də davranardı. Klubun fanatları qane elədiyi dövrlərdə hər zaman onun
yolunda can qoymağa hazır olmuşuq. Klub fanatlarını ələ salırsa,
Fırtına canını yalnız və yalnız Xəzər Lənkəran adı yolunda qoyacaq.

Fırtına üçün kimin nə danışdığı heç vaxt əhəmiyyətli olmayıb, xüsusilə
də fan klubların. Fırtına əhəmiyyətsiz və şou xarakterli heç bir iş
görmür. Kimə cavab lazımdırsa ona da lazımınca cavab verir. Biz fan
klublarla mübarizə aparmırıq sizin kimi, istəyimiz odur ki, klubumuz
Avropa səviyyəli, fanatlarımız isə hörmət edilən fanatlar olsun,
alçaldılan və aldadılan fanatlar yox.

Bir də onu dərk edin, özünüzü biyabır etməyin. Bütün dünya
praktikasında vardır ki, Fan Klub ümumiyyətlə müstəqil olmalıdır.
Azərbaycanda hoqqa çıxarmayın özünüzdən, rəsmi və ya qeyri rəsmi.
Adama gülərlər başqa ölkələrdə ki, bir klub fanatlarını pul ilə
saxlayır. Atribut, bilet, avtobus kimi jestləri klub edə bilər, bu
alqışa layiq haldır. Amma digər məsələlərlə Fan Klub adını
özünküləşdirmək olmaz. Bu işə məsəlçün “ekspress dəstək qrupu” demək
olar.

Mircavadovu gətirəndən sonra fan klubları Fırtınanın acığına formal
olaraq yığıb guya məsləhətləşdilər. Heç gülməyiniz gəlmədi ?  Mübariz
Mənsimov tək başına qərar verə bilməyib sanki, tapşırıb “fan klubları”
çağırıb onların fikirlərini öyrənib, ondan sonra Ağasəlimi baş məşqçi
təyin edib. Cənablar, sizinlə məzələniblər əməlli başlı.

Bütün fan klublar çağırılır amma Fırtına çağırılmır. Özünüz qiymət
verin indi kimdir müstəqil. Fırtınanın mövqeyi bəlli idi.
Biyabırçılıqla qovulmuşu qaytarmaq, Lənkəran klubuna yaraşmaz.
Əvvəlcədən də demişdik ki, gələcək, 1 il maaşını kef ilə alacaq, əvvəl çıxardığı
transfer hoqqalarını yene de çıxaracaq, Avrokuboklarda fiyaskoya uğrayacaq
gedəcək, və itirən biz fanatlar olacağıq.

Səmimi olmaq istəsəniz Fırtına kurslarına yazıla bilərsiniz. Necə olsa
da qardaş fan klublarsınız, özümüzünküsünüz. Damarımızda ağ-yaşıl qan
axır .

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.07.2010
15. Samir [Материал]
Anar bəy maraqlıdır mənim üçün əgər siz həqiqətən də siz Fırtına fan klubunu yaradanlardan birsinizsə,deyin görüm Fırtına fan klubu nə vaxt yaranıb.Bildiyimə görə Fırtına fan klubu 2008 də may ayında yaranıb.O vaxta qədər siz xəzər Lənkəranın Bakı fan klubu kimi tanınırdız.Mən oxuduğum qəzetləri yığıram.çempion,futbol+ və s.Hamısını səhifələyirəm və 2008 ilin mayına qədər Fırtına fan klubu sözünə rast gəlməmişəm.2008-də may ayında Mübariz Mənsimov Xəzər lənkəranda apardığı yoxlama komissiyasının nəticələrinə görə klub rəhbərliyi Bakı fan klubunu rəsmi fan klubdan ayırdı bundan sonra siz Fırtına fan klubu kimi tanındınız.Sizin idarə heyyətinin üzvü sonradan klubun vitse prezidenti olan Rəvan Bəşirov da 2008-cilə qədər özünü xəzər lənkəran fan klubunun prezidenti,bəzən isə vitse prezidenti kimi tanıtdırırdı.Bildiyimə görə 2008 ilin fevral ayında 12-ci oyunçu fan klubu təsis konfransını keçirdib bu da qəzetlərdə açıq aşkar yazılıb.O qəzetlərdə də yazılıb ki 12-ci oyunçu fan klubu azərbaycanın ilk mütəqil fan klubudu.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.07.2010
14. Messi [Материал]
Men ilk defe idi ki Xezerin uduzmasini arzulayirdim ki, novbeti merheleye kecmesin. şükür Allaha bele de oldu, yoxsa novbeti turda bizi ciriq ciriq eliyerdiler. istefani duz deyirsen ki 90 dan sonra qishqirmaq lazimdir. amma bu istefa o biri istefalardan deyildi. lap yaxshi oldu. lezzet eledi. saxlaya bilirler saxlasinlar agaselimi. biz de her oyun sonrasi onun kefine peyin tokerik, hekim nezaretini gorer aferistcesine.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.07.2010
13. TALISHSTANLI [Материал]
Anar men sennen razi deyilem.Bu klub rehberleri bizim esebimizle o qeder oynayiblar ki, terefderlar artiq bezibler.Eger klub bunlarindisa onda LENKERAN adini pozsunlar ve klublarini redd elesinler bizim torpagdan!Agaselimin torbasini tikmishdiler..Bizde protest formasi kimi oz oyuncularimizi fite basdix ve istefa qishqirdiq.Esl terefdarlar bunlardi.Budur azerkeshlik medeniyyeti-TELEBKARLIQ ve QEYRET CEKME.Barcelona oyunlarinda protest formasi kimi ag dasmallardir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.07.2010
12. ANAR [Материал]
Firtinaci olmayan hec kesin firtinadan danismaqa haqqi yoxdu. Firtina Aqa terafdari deyildi ama indiki halda istefa terefdari da deyil 1 mesqci 1 klubda en azi 4-5 il islemelidi. Firtina qovulanlarin qaytarilmamasini isteyib. Ama qaytarilibsa onlara sans verilmesi terefdari olub.Firtina en pis halda bele stadionun dolmasi terafdaridir. Firtina Yalniz ve yalniz XEZER Lenkaran taniyir. Firtina Xezer lap axirinci yerde getse bele lap 10-0 uduzzsa bele XEZER Lenkarani isteyir 1 sertle ki o uduzanlar hec olmasa oyuna can qoyanlar olsun Daha nese xetrine klubda gun kecirenler yox.. Firtina problemlerin kokune varmadan 1 hadiseni deqiq bilmeden hec zaman danismayib. Ama son olaylar gosterir ki Klubumuz kimi Fanatlarimiz da pesekar deyil. Oyunun qurtarmaqina 30 deqiqe qalir oyunu xilas etmek olar ama hami ISTEFA qisqirir Niye?????? Men inanmiram bunu kimse dusunmus edib. Kimlerse 1-2 neferi oyredir qisqirin olar da qisqiran kimi kutle qosulur olara. Kiminse burda maraqi var. Hetta deyilene gore dunen azarkesler arasinda hetta Nefci formasi geyen azarkesler bele olub...Demeli klubda mesqcide sehv gorerken ozumuzde de sehf axtaraq...
Hetta dunene XEZERin merhele kecmemesine sevinen azarkeslerimiz bele olub. Bele azarkeslik olur????????? XEZER LENKARAni kim yaradim n iye yaradib neycin yaradim bize ne Biz onun ustundeki LENKARAN sozune gore onu sevirik ve eger orda Lenkaran kelmesi varsa biz onun uduzmasina sevinmemeliyik. Ama yaradiblarsa ad qoyublarsa adina layiq de etmelidiler Adinin biabir olmasina doze bilmerik Hamiliqla birlesib sehvleri demeliyik Ama bax indiki kimi parcalanaraq bunu etsek hec ne hasil olmayacaq eksine dusmenlerin eline kozur v ermis olaciq. Butun XEZER azarkeslerini her hansi azarkes qrupu altinda birleserek daha feal olmaqa caqiriram Inanin hele hec ne itirilmeyib. Biz hamiliqla birlesib FIRTINALAR MEYDANININ XEZERIN esl yiyesi olmaqimizi subut etmeliyik......Bunu istemeseler bele.... Men uzun iller FIRTINAya rehberlik etmisem onu yaradanlardan biriyem Ama bu gun firtina bu cure veziyyetlerden sonra cox zeifdi hami kimi onlar da klubdan kusub ele buil.. halbuki vaxt vardi onlar CARSHI kimi klubu bele otub kecmisdiler.Ama meqsed XEZER olduqundan ondan yuxari kecmeyi lazim bilmeyib azca geroi cekildiler ki asaqidan tekan olsunlar..Indi kusmek vaxti deyil eksine daha da fealliq vaxtidi.
Dunen stadionda 1-cox baykot formalarini gordum ISTEFA, ne bilim reqib komandani alqislamaq bunlarin hec biri xezer azarkesine basucaliqi getirmir. Klubun pesekar olmamaqindan danisiriq ama ozumuz de esl azarkeslik etmirik. Dunenki oyunu vallah AZARKESLERIMIZ uda bilerdi Xezer sonuk oynayir deye azarkesler bele sonmusdu. Bele yerde baqirmaq guruldamaq lazim idi. Bax o zaman netice qazanilmasaydi lap o klubu o oyunculari soymek bele olardi ama oyunun sonunda.....
Ne ise dunen LENKARANDA FUTBOL adina hec ne yox idi ne klubda ne oyuncularda ne de Azarkeslerde.....
Qaldi ki FIRTINANin yaranmasi ile baqli siz de ikitireli danismayin FIRTINAnin yaranma tarixi de melumdu bu haqda subut ve deliller bele var. Ama hec vaxt da iddiamiz ve ya fikrimiz olmayib ki 1-ci olmusuq 1-ci yaranmisiq ve ya nese Bizim 1 meqsedimiz olub ve olacaq o das XEZER LENKERAN. ve Lenkaran futbolu....
Bizim 1 devizimiz olub Biz seni sevinmek ucun sevmemisik biz Seni var olduqun ucun sevirik.
Adimizin da menasindan gorunur ki Biz XEZERi bezileri kimi 1 gemi deyil bir deniz olaraq gorurukDenizin ise FIRTINALARI olur ve o firtina bizim XEZERde uzecek her dusmen gemisini parcalayib mehv eder...
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.07.2010
11. MAMUSTA [Материал]
Ele de biyabircilig olar?Terefdarlari mecbur edtiler oz oyuncularimizi fite basag, istefa qishqiraq..,azercell qishqiraq//
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

09.07.2010
10. Messi [Материал]
12ciye teklifim var. kluba mektub yazin , deyin ki bizim layihemiz var, isteyirik ki agaselim qalsin )))))))))))))))))))))))))))
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.07.2010
9. qezene [Материал]
Срщч еуыыга лшб вгтут пувут нфяшвф Ашкештфтшт фвш срулшдьуьшырвшб иг пгт вгяудвшдшию Игтф вф ьшт ырглгкю
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.07.2010
8. Fan Forever Rovshan Asadov [Материал]
Xezer Lenkeran fanatlarina salamlar! Texminen 2 saatdan sonra qururumuz meydana cixacaq, Allah komandamiza komek olsun. 2-0 ve ya 3-1, bunu heckim bile bilmez, amma 2 top ferqile qelebe qazanacagimizi proqnoz edirem, Insallah yanilmaram. Butun varligimizla klubumuza destek olaq, cunki Xezer Lenkeranli olmaq sherefdir!!! Bu fexareti yashamaq herkese nesib olmaz. Ugurlar Xezr Lenkeran, ugurlar Lenkeran azarkeshi!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.07.2010
7. Fanat xazar [Материал]
ISLAM CABBARLI BIZ SENINLE FEXR EDIRIK ! senin danishdiqlarin etdiklerin Lenkeran fanatinin yalniz ve yalniz bashini ucaldir , biz seninle fexr edirik http://moldova.sports.md/football/europa_league/articles/07-07-2010/4363/l_ank_aranskije_fanaty_zhelajut_udachi_i_khazaru_i_olimpii
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.07.2010
6. Cavid [Материал]
Николай БУНЯ: Молдавских футболистов не пугают лянкяранские фанаты
В Лянкяране есть мощная поддержка фанатов. Не боитесь болельщиков ХЛ?
Пять лет назад я был в Баку, и поэтому успокоил ребят тем, что агрессивных болельщиков не будет. Хотя все мы знаем, что у вашего клуба будет сильная поддержка трибун. Надеюсь, что завтра, как и пять лет назад, после игры нам будут аплодировать.

Честно признайтесь, ваша команда когда-нибудь играла при 15-тысячных трибунах?
Нет, мы играли при семи тысяч зрителей. Думаю, что моих футболистов не пугают ваши фанаты. Это будет лишь подстегивать «Олимпию».
Bunlarin cavabini birleshib vermeliyik.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

08.07.2010
5. Resad Xezerli [Материал]
Insallah qelebe bizimdir. XEZER LENKERAN VE ONUN AZERKESLERINE ESQ OLSUN. Azerbaycan namine bir olaq. Haydi ireli Lenkeranin Xezeri.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

07.07.2010
4. qezene [Материал]
Firtinanin acigina azerkeshlere yalvarin ve meydana devet edin. Meqale yazanda boyuk qardashinizi( ILK MUSTEQIL FAN KLUB OLAN FIRTINANI) qeyd etmeyi unutmayin. Azerbaycanda fanklub medeniyyetini onlar qoyub. Sizin onlara teshekkur etmek evezine onlari saymirsiniz. FIRTINA yuzminlerle azerkeshlerin ureklerinin doyuntusu hesabina yaranib, saglam doyunen ureklerle birlikde yashayir ve gelecekde inshallah yashayacaq! XEZER-LENKERANIN fanatlarini bolmeyin!!!
Cavab: qezene siz bütün həddləri aşırsınız.Əvvəla bu yazıda Fırtına haqda xüsusi fikir qeyd olunub.Daha sonra Azərbaycanın ilk müstəqil fan klubunun hansı fan klub olması barədə fakt ortaya qoymağınızı xahiş edən olarsa çətin vəziyyətə düşə biləcəyiniz,bu haqda düşünün.Hər halda dediyiniz sözlərin arxasında qalmaq məcburiyyətindəsiniz.Fırtınanın acığına deyil Lənkəranlı azarkeşlərin düşmənlərinin və Azərbaycan sevərlərin düşmənlərinin acığına biz azarkeşləri stadiona çağırırıq.Sizcə Fırtına fan klubu belə Azərbaycanın və Lənkəranın düşməni olan bir qüvvədirmi? Fırtınaçıların yanında bu sözü deyib özünüzü növbəti dəfə pis vəziyyətə salmayın.Sizə saytımıza yazdığınız fikirlərə görə diqqətli olmağınızı məsləhət görürəm.Saytın admini.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

07.07.2010
3. Elcin-Inter [Материал]
Əvvəla bütün Xəzər azərkeşlərini salamlayıram və əminəm ki,komandasını sidq ürəklə sevən azərkeş bu çətin sınaqda öz komandasına dəstək olacaq.Bu oyunda bütün intriqaları kənara atıb azərkeşləri Xəzərə dəstək olmağa çağırıram.Haydı irəli Xəzər,sevindir azərkeşlərini,qoy bu oyundan sonra bütün Azərbaycan xalqı səndən danışsın.Sənin azərkeşlərin qələbəyə layiqdir.
UĞURLAR SƏNƏ XƏZƏR LƏNKARAN!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

07.07.2010
2. Rauf Akperov (MUR) [Материал]
Qelebe bizimdir!!!
90 deqiqe mohteshem destek!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

1-25 26-26
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz