www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 10 » “Xəzər Lənkəran” klubunda istefa ərizələrinin, eyni zamanda qərarların kim tərəfindən qəbul olunması da məlumdur.
23:03
“Xəzər Lənkəran” klubunda istefa ərizələrinin, eyni zamanda qərarların kim tərəfindən qəbul olunması da məlumdur.
“Xəzər Lənkəran” klubunu kim idarə edir..
Azərbaycan premyer liqasında mübarizə aparan futbol klubları və bu klubların rəhbərlikləri haqqında çox yazılıb.Amma razılaşmaq lazımdır ki, hələ də qaranlıq məqamlar qalmaqdadır.Futbol klublarının hansısa dövlət məmuruna məxsus olduğu və ya ilişgisi olduğu haqda müəyyən vaxtlarda mətbuatda fikirlər bildirlib.Amma “ümumi işə xatir” bəzi məsələlər hələ də araşdırılmayıb?!
Güya bu formada klubların həqiqi sahiblərini gizli saxlayaraq klublar, müəyyən vaxtdan sonra peşəkar futbol klubuna çevriləcək və öz işlərini də peşəkarcasına quracaqlar.Yəni bu iş üçün güya zaman lazımdır.Məhz o zaman keçdikdən sonra, klublarımızın haradan maliyyələşirildiyi ictimaiətə məlum olacaq.Amma adi bir həqiqəti unutmaq olmaz ki,hər hansı bir iş necə qurulursa,o yolla da davam edir...
Klublar arasında qarşılıqlı hörmətin olması alqışlanasıdır.Bəzən bu dostluğun nədən qaynaqlanması da mətbuatda tam işıqlandırılmır.Amma bir çox hallarda belə əlaqənin heç də dostluq, yox maliyyə mənbəyinin bir olması ilə bağlı olduğu da meydana çıxır. Bir neçə ildir ki,mətbuat “İnter” və “Simurq” klublarını “böyük” və “kiçik qardaş” kimi qələmə verir.Ardıcıl bir neçə mövsüm bu iki komanda arasında keçirilən oyunlarda qeydə alınan nəticələrdən də bir çoxları şübhəli qalırdı.Hər halda mətbuat belə fikirləri yayırdı.
Bəzən klublarda elə hallar baş verir ki,nə səbəb nə də nəticə anlaşılası olmur.Misal üçün “Neftçi” klubunda gerçəkləşən bəzi istefalar diqqət çəkir. “Neftçi” klubunun prezidentinin istefa verərək,postunu yenisinə təhvil verməsini qeyd etmək olar .Bir tərəfdən baxanda burada qeyri adi heç nə yoxdur,dünya praktikasında belə hadisələr tez-tez olur.Amma digər tərəfdən də sual meydana çıxır. “Neftçi” klubunun prezidenti istefa verərkən,istefa ərizəsini kim qəbul edir.Daha sonra, klubun yeni prezidentini kimlər seçir və ya kimlər təyin edir.
Azərbaycanda demək olar ki,əksəriyyət klub prezidentləri sadəcə icraçı kimi çalışır və gizli saxlanılan həqiqi klub sahibindən asılı olaraq qərar verir.
Digər klublardan fərqli “Xəzər Lənkəran”ın irəlidə olduğunu qeyd etmək lazımdır.Ən azı bu klubun maliyyə mənbəyi,sahibi və konkret prezidenti vardır.Hətta klubun fəxri prezidenti və eyni zamanda sahibi kimi tanınan Mübariz Mənsimov, “Xəzər Lənkəran” klubu ilə bağlı strateji qərarların şəxsən onun tərəfindən verildiyini də vaxtı ilə bildirmişdi.Onu da qeyd edək ki, son illər klub prezidenti kimi çalışan Mais Mənsimovun müstəqil qərar vermək səlahiyyəti diqqətdən yayınmayıb.Hər halda “Xəzər Lənkəran” klubunda istefa ərizələrinin, eyni zamanda qərarların kim tərəfindən qəbul olunması da məlumdur.Lənkəran təmsilçisinin müstəqil fəaliyyət göstərən fan klublarının olması da, onu digər klublardan tam mənada fərqləndirir. “Xəzər Lənkəran”ın çox minli azarkeş ordusu klub rəhbərliyinin iradəsindən asılı olmadan komandaya dəstək olur. “Xəzər Lənkəran” klubu azarkeşlərini idarə etmir,hər hansısa məsələ ilə əlaqədar sivil qaydada azarkeşlərə müraciət edir və qarşılıqlı anlaşma şəraitində olay çıxmadan problemlər həll olunur. Bir müddət əvvəl “Fırtına” fan klubu ilə klub rəhbərliyinin arasında baş verən qarşıdurma yəqin ki,unudulmayıb.Fan klub bəyanatlarında klubun rəhbərliyində çalışanlar haqda sərt fikirlər səsləndirdiyi halda, bir başa klub prezidentinə qarşı çıxmadı.Bu da müsbət hal kimi ümumilikdə “Xəzər Lənkəran” ailəsinin üstünlüyünü göstərir,həm müstəqil fan klubun mövqeyini ortaya qoymasında,həm də klub prezidentinə yanaşma tərzində.Bizdə klub rəhbərliyinə qarşı gedən azarkeşlər də klub prezidentinə sayqı göstərməyi bacarırlar.Hətta digər vəziyyətlərdə də azarkeşlərin klub prezidentinə hörmətlə yanaşmalarına rast gəlmək olar.Misal üçün deyə bilərik ki,qalmaqallı “Xəzər Lənkəran” - “Neftçi” oyunu zamanı meydanda yaranan gərginlik tribunalarda daha çox hiss olunduğu zaman, cənub klubunun prezidenti Mais Mənsimov bir dəfə meydana daxil olaraq və bir jest etməklə gərginlikdə olan 14.000-azarkeş ona hörmət edərək meydana yad əşya atmağa son verdi.Məhz bu jestdən sonra meydana daxil olmağa artıq hazırlaşan bir neçə azarkeş də geri çəkildi.Burada qarşılqlı hörmətin olması diqqət çəkir.Jest edən klubun həqiqi prezidenti,o jestə sivil şəkildə qarşılıq verənlər isə bilet alaraq futbola baxmağa gələn azarkeşlər idi.Mais Mənsimov yalançı prezident olsaydı,yəni hansısa dövlət məmurunun icraçısı olsaydı bu jest minlərlə insan tərəfindən saymazyana qarşılanardı.Zaman zaman klub rəhbərliyi qarşısında baş məşqçilərin istefasını da tələb kimi qoyan azarkeşlər, qarşı tərəfin müsbət addımlarının şahidi olmuşlar.Elə uşaq futbolunda nöqsanların aradan qaldırılmasında fəal azarkeşlərin rolu böyükdür.Lənkəranda elə azarkeşlər vardır ki,uşaq futboluna, klubun bu sahədə çalışan məsul işçilərindən daha çox maraq göstərir və lazım olan zaman təklif və iradlarını yerindəcə bildirirlər.Hətta çatışmayan cəhədləri qeyd etməklə, problemləri həlllinə də nail ola bilirlər.Burada şəxsi və maddi maraqdan söhbət belə gedə bilməz,bu futbola,əsasən uşaq futbolunun inkişafına olan maraq və “Xəzər Lənkəran” sevgisindən irəli gəlir.
Ölkəmizdə hələ də bir çoxları “Xəzər Lənkəran”ın nədən bu qədər sevgiyə sahib olmasını dərk edə bilmirlər.Əvvəllər ölkədə belə fikir formalaşmışdı ki,güya bölgədə olan işsizlik stadiona azarkeş axınına şərait yaradır,daha sonra isə “Xəzər Lənkəran”ın bütövlükdə cənubu təmsil etməsi ilə əlaqələndirilirdi bu sevgi.Hətta bəziləri bu sevgini Mənsimovların pulu ilə azarkeş məhəbbətinin üst-üstə düşməsi kimi anlayırdılar.Lakin zaman keçdikcə onlar yanıldıqlarını anladılar.İlk olaraq onu qeyd etmək lazımdır ki,cənubda xüsusən də Lənkəranda futbol daha çox sevilir.Digər səbəb isə klub sahiblərinin kimliyinin bilinməsidir.Yəni “Xəzər Lənkəran” azarkeşləri aldanmadıqlarını bilirlər.Onlar anlayırlar ki, “Xəzər Lənkəran” klubu hansısa dövlət məmuru tərəfindən süni şəkildə yaradılmayıb.Bu klubun maliyyə mənbəyi,fəxri prezidenti və eyni zamanda sahibi,həmçinin səlahiyyət sahibi olan prezidenti məlumdur. “Xəzər Lənkəran” klubu şəxsiyyəti gizli saxlanılan dövlət məmurları tərəfindən idarə olunmur.Klubun idarə olunmasında isə azarkeşlərin istək və arzuları bəzən nəzərə də alınır.Xüsusi olaraq qeyd olunmaldır ki, rəsmi fan klublarından savayı,sadə azarkeşlərin fikirlərini nəzərə alan ikinci belə klub yoxdur.Bütün sahələrdə olduğu kimi burada da çatışmayan cəhətlərin olması mümkündür.Təbii ki,həll olunmayan problemlər vardır.Amma Azərbaycan futbolunda “Xəzər Lənkəran” yeganə klubdur ki,burada idarəçilik sistemi dünya praktikasına, digər klublarımızdan daha çox uyğun gəlir. “Xəzər Lənkəran” yaranışından bu günə qədər Azərbaycan futbolunun reallığından öndə olduğunu göstərə bilmişdir.
P.S.Bu yazı ümumi azarkeş fikirləri əsasında yazılmışdır.Hal hazırda həll olunması vacib olan mühafizəçi – azarkeş münasibəti və bundan doğan problemlər yazıda öz əksini tapmamışdır.Mühafizəçi problemləri haqda yazılar və araşdırmalar futbol mövsümü bitəndən sonra mütəmadi olaraq təqdim olunacaq.
Bölmə: |Baxış sayı: 766 | Yazar: ISLAM |
Всего комментариев: 7
12.05.2010
7. Dr.Mirhafiz [Материал]
İslam bəy, əvvəlcə ad günü münasibətilə səni ürəkdən təbrik edirəm! Sənə can sağlığı, uzun ömür, xoşbəxtlik arzu edirəm. Gözəl bir ziyalı ailənin gözəl bir davamçısı kimi, bu prinsipləri davam etdirməkdə Allah köməyin olsun deyirəm.
Hamımızın sevgisi və qürur mənbəyi olan "Xəzər Lənkəran"a aid olan fəaliyyətində də ayrıca uğurlar diləyirəm. Həyatının mənalı dəqiqələrindən bu mənalı işə sərf etdiyin üçün, bir azarkeşlik nümunənə görə ayrıca təşəkkür edirəm!

Dərin ehtiramla: "Bosman" fanklubundan Mirhafiz Babayev

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.05.2010
6. CABBARLI (ISLAM) [Материал]
Təbriklərə görə sağ olun.Həqiqətən də ad günüm üçün hədiyyəni ayın 15-də komandamızın çempion olmasında görürəm.Bundan yaxşı nə hədiyyə ola bilər ki?
Uğurlar Xəzər Lənkəranımıza.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.05.2010
5. Elman Dadaşov [Материал]
Klub prezidentlərinin istefala ərizələrinin kim tərəfindən qəbul olunması yerində deyilib.Ancaq məqalənin adı və əvvəli adımı aldadır.Uğurlu yazıdır ki,oxucunu ardıyca apara bilir.12-ciləri rəhbəri həm də sadə azarkeşlərin nümayəndəsi İslam Cabbarlını mən də təbrik edirəm.Belə insanlar nə qədər çox olsa azarkeşlərin istəkləri mətbuata çıxar və azarkeşlərin haqları tapdanmaz.Uğurlar arzulayıram.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.05.2010
4. Tural [Материал]
Yazı da maraqlı məqamlar yer alıb.Həqiqətən də Azərbaycanda Xəzər Lənkərandan başqa qeyri dövlət klubu yoxdur.Məhz bu səbəbdəndir ki,Xəzər Lənkərana müxtəlif təzyiqlər olunur,azarkeşlərinin möhtəşəmliyi isə kölgəyə salınır.Yazı müəllifi İslam bəyi də doğum günü münasibtəi ilə təbrik edirəm.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.05.2010
3. HÜSEYN GÜLLƏROV (NƏBİOĞLU) [Материал]
DENİS SİLVANIN KOMANDASI "Grêmio Prudente" BRAZİLYA SERİA_A.sında 6-1 MƏĞLUB OLUB. 1-TURDA.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.05.2010
2. Samir [Материал]
Men de tebriklere qosuluram.Cansagligi arzulayiram.Bir nece gun sonra komandamizin cempion olmasini butun Xezer-lenkeran azarkesleri adindan size hediyye etmek arzusu ile,ad gununuz mubarek.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

11.05.2010
1. Kamil müəllim [Материал]
Keçən il may ayının 11-də Xəzər tv-nin canlı efirində çıxış edən İslamın ad gününü qeyd etməsi yadımdadır.Həmin verilişdə aparıcı Ceyhun Rzayev də İslamı təbrik etmişdi.Deməli mən yanılmıram.Xəzər Lənkəran azarkeşlərinin dərdinə həmişə şərik olan İslam bəyi ad günü münasibəti təbrik edirəm.Lənkəranlı ziyalılarrın fikirlərini mətbuata çatdırmaqla o həmişə irsi cavadını və irsi ziyalılığını nümayiş etdirmiş olur.Bəli elə insanlar olur ki,onlar irsən ziyalı olurlar.Hər zaman biz haqsızlıqlara qarşı bir söz demək istədikdə o insan bizi qabaqlayır və bizdən bir addım irəlidə olduğunu göstərə bilir.Həmişə uca olun.Mən həm də müəllim yoldaşlarım adından İslama can sağlığı,uzun ömür arzulayıram.İslam adı sizə yaraşır.Uğur dolu həyat arzulayıram.Hörmətlə sizin şəxsən tanımadığınız,ancaq sizi tanıyan Kamil müəllim.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz