Ana Səhifə» 2010»İyul»27 » “Xəzər Lənkəran” komandası iyulun 27-də iki dəfə məşqə çıxdı.
22:08
“Xəzər Lənkəran” komandası iyulun 27-də iki dəfə məşqə çıxdı.
“Xəzər Lənkəran” komandası iyulun 27-də iki dəfə məşqə çıxdı.Səhər məşqi saat 10:15-də
başladı və iki saatdan çox davam etdi.Axşam məşqi isə saat 19:00-da başladı.Devran Ayhan artıq sağalaraq komandaya qatılmışdı. Elvin Beqirini görə bilmədikcə öyrəndik ki,o zədə üzündən bazadan çölə çıxmır. Baş məşqçi Rednik və köməkçisi Keja futbolçuları amansızlıqla qaçırdır,
fiziki cəhətdən yükləyir,bir an belə dayanmağa qoymur,iki tərəfli oyunda isə əsasən pres
etməyə üstünlük verirdilər.Belə məşq bir neçə gün davam etdiyindən,artıq futbolçuları
tanımaq olmur.Əvvəllər ləng hərəkətlər hesabına top itirən futbolçular,hətta Alim Qurbanov da
yaxşı formada
olduğunu ən azı məşqlərdə göstərə bilir.Devran Ayhan və Martins Kabral fərdi məşqlə kifayətlənirdilər.
Komandadan ayrı Kamran Ağayevlə məşq keçən məşqçi Hafiz Əliyevin zərbələri bu gün qarşısı
alınmaz olurdu.Kamran qaytara bilmədiyi zərbələrin heyfini,qapıdan çıxardığı topları uzağa vurmaqla çıxırdı.Məqşi çoxlu sayda azarkeş izlədi.Klubun ofisində bu gün müqavilə imzalayan yeni qapıçını sabahkı məşqdə görəcəklərinə ümid edən azarkeşlər hamılıqla əlavə futbolçuların da alınmasını müzakirə edirdilər.Premyer liqanın başlamasına qədər komandada azı 4-futbolçuya ehtiyac olduğunu məşqlər zamanı kənardan da görmək mümkündür.