www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyul » 14 » “Xəzər Lənkəran” komandasını yerli baş məşqçinin çalışdırmasına münasibətiniz necədir ?
02:53
“Xəzər Lənkəran” komandasını yerli baş məşqçinin çalışdırmasına münasibətiniz necədir ?
-
“Futbol +” qəzetinin 13-iyul tarixli nomrəsində “Xəzər Lənkəran” komandasının bəzi futbolçuları komandanın baş məşqçi postuna yerli mütəxəssisin təyin olunması haqda fikir bildirmişlər.Bu da öz növbəsində Lənkəranlı azarkeşlərin diqqətindən yayınmayıb.Fəal azarkeşlərin hiddətinə səbəb olan bəzi məqamlar bizi, azarkeşlər arasında sorğu keçirməyə məcbur etdi.İnternet saytımız vasitəsi ilə bir neçə gün ərzində bu barədə verdiyimiz suallara az sayda azarkeş münasibət bildirmişdi.Bu dəfə fəal azarleşlərin təkidi ilə biz, Lənkəranda yaşayan və fan klublara daxil olmayan azarkeşlərin fikirlərini digər vasitə ilə öyrənməyə çalışdıq.Bunun üçün Lənkəranda rastlaşdığımız azarkeşlərə bircə sualla müraciət etdik və cavabları(hər bir azarkeşin adını yazaraq) qeyd etdik.Sorğuda 1000-azarkeş iştirak etdi.Sonda sorğu təklifini irəli sürən fəalların iştirakı ilə qeydlərimizi hesabladıq.
*
Sual :- “Xəzər Lənkəran” komandasını yerli baş məşqçinin çalışdırmasına münasibətiniz necədir ?
*
Sorğunun nəticələri isə belə oldu:
*86%-pis,10%-yaxşı,4%-isə fərqi yoxdur.
*
Komandaya yerli mütəxəssisin baş məşqçi təyin olunmasını bəyənməyərək,buna pis münasibət bildirənlərin əksəriyyəti,fikirlərini bununla əsaslandırdılar ki, “Xəzər Lənkəran” ən azı “Bakı” və “Qəbələ” klublarından geri qalmamalıdır və artıq Avropaya getməyin vaxtı çatıb.Daha sonra ölkənin ən titullu məşqçisinin yerinə gələcək,ümidverən namizədin olmaması fikrini əsas gətirənlər də oldu.
*
Yerli məşqçinin gəlişinə müsbət hal kimi baxanlardan da fikirlərini əsaslandırmağı xahiş etdik.Onlar “Qarabağ” klubunu nümunə kimi göstərməyə çalışdılar.Müəyyən qrup azarkeşlər isə Lənkəranlı məşqçi və futbolçulardan ibarət komandanın yaranmasına üstünlük verdiklərini dilə gətirdilər.
*
Nəhayət yerdə qalan az bir hissə və komandada baş məşqçinin kimliyində fərq görməyənlərin fikirləri də parçalandı.Bəziləri klubun özündə dəyişikliklərin olmasının vacibliyini önə çəkdilərsə,digərləri hər hansı vəziyyətdə komandanın yanında olacaqlarını bildirdilər.
*
“12-ci oyunçu” azarkeş qrupu.
Bölmə: |Baxış sayı: 835 | Yazar: 12cioyuncu |
Всего комментариев: 7
15.07.2010
7. Sayavush Khalilov [Материал]
Hörmətli azarkeşlər, hamınızı salamlayıram. Məşqçi barədə danışıb əsas faktorlardan birini unuduruq. Komandada qələbəyə motivasiya çatmır. Burada psixoloq lazımdır. Ya bu keyfiyyətlərə məşqçi sahib olmalıdır. Ya da məşqçilər korpusunda peşəkar psixoloq olmalıdır. Onun vasitəsilə komanda hər oyuna başlamazdan əvvəl psixoloji qələbə qazanmalıdır. Fatih Terimi xatırlayın, Yəqin ki, komandasıyla Arsenalla oyundan oncəki apardığı söhbətdən xəbəri olanlarınız var. Vallah Xəzər - Lənkəran adlanan klubda yeganə qurur sahibi olanlar elə azarkeşləri idi ki, onların da bir qisminin qururunu klubun fəxri prezidenti sındırdı. Klub prezidenti, vitçe prezident, meşqçi, futbolçu bunlar üçün qururdan öndə duran pul var. Allah axırını xeyirli etsin. Təzə gələcək məşqçiyə sözdə yox fəaliyyətində müstəqillik verilməlidir. Daha hansısa mütəxəssisi qeyri peşəkarların sözü ilə oturub durmağa məcbur etmək olmaz. Pasulko dönəmini xatırlayın. O zamanın sitatı "əcnəbi gəlib azəri futbolçuya söyüş söyürmüş". Daha deyən yoxdur ki, bu söyüşü qazanıb özünə layiq bilənlərə söyüş verənin taqsırı yoxdur.
P.S. Yaxşı at özünə qamçı vurdurmaz. Eşşəyin isə bir günü belə qamçısız tamam olmaz.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

15.07.2010
6. Rauf Akperov (MUR) [Материал]
"SALAM SUPER XƏZƏR-LƏNKƏRAN FANLARİ"!!!
"Xəzər-Lənkəran"-ın yeni baş məşqçisi Mirça Rednik!
Ugurlu olsun!!!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

15.07.2010
5. deli [Материал]
salam mence mesqcinin ele de onemi yoxdu xezer ucun.sadece xezer qelebe isteyirse her oyundan once kimle oynayirsa o komandanin antisini yaratmalidir.meselen antibaki,antineftci artiq var antiinter onda xezer nese ede biler
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

14.07.2010
4. mr.aliyev [Материал]
Xarici tecrubeli ve sert mesqci olmasini isteyirem.qoy bu yerli oyunculari "meledsin"(onsuzda orda yerli 1 Amiddi).Niye Azerbaycanli mesqci isteyirler?cunki emiindilerki onlara yer verecek zeif oynasalar bele.qurdlar hami yene burdadir,torbatikenler.qoy ele mesqci gelsinki o qurdlarin torbasini 1defelik tiksin.
Inanin xarici pesekar mesqci mutleq alt yapiya fikir verecek mutleq buna emin olun.o Lenkeranli oyuncularin yetismesi ucun calisacaq.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

14.07.2010
3. Sohret Qurbanov [Материал]
Diyesen axirinci eksperimentin vaxti catib.

Xezer yaranan gunden muxtelif ekspermentler aparir. Kimler gelib kimler gedib bu komandadan. Her defe de gucleneceyik fikri ile yasamisiq. Bezen buna yaxinlasmisiq bezen de cox uzaq dusmusuk. Diyesen axirinci eksperimentin vaxti catib.Qezet de yazir ki, xezerde bohrandir belke de oyunculari da orgediller ki,diyin yerli mesqci istiyirik ozu de hamisi yerli oyunculardan sorusublar. Bele getse vay xezerin halina. Maryo emeka kabral lalin ve basqa xarici oyuncularimiz da gedecek. Amma belke de bunun musbet terefi oldu. Cunki xezeri sevenler demey olar butun azarkesler hem sade azarkesler hem feal azarkesler hem fanklublar hem qezetler hamisi yerli oyuncularin oynamasini istiyibler. Yerli oyuncu komandaya cox da baha basa gelmez. Ona gore de komandada bezileri cox pul yiye bilmez. Nece ildi asagi yas qruppalari yetisir. Amid Husenov Kazim kazimli Fikret Ulduzlu Orxan Elvin ve s demek olar ki butov bir komanda duzelir. Ustune Zaur Xaqani Ruslan Rahid ve s tecrubeliler de gelse geleceyi olan komanda qurmaq olar belke de. Haminin dediyi kimi Yerliler can qoyar oyrener 1-2 ilden sora komandanin esasi yaranar ondan sora 1-2 seviyyeli xarici oyuncu da alinsa belke de super olar. Genc ve gucluler destesinde masalliyla tecrubesi olan mesqcimiz de var Fazil mellim. Belke de xezer; calisdirmaq iddiasi onu Lenkeranli Qvardiyola edecek. Oyuncularimizi da messi inyesta puyol ronaldo kloze vilya ve s yetisecek. Hemise yerli Lenkeranli oynamalidir bu komandada deyib. Indi cox ekspermentler aparib 5-6 ildi ki dozuruk belke 1-2 il de dozek buna axirda esil guclu Lenkeran komandasi yarandi. Cunki nece ildir hami bu sozu deyir. Pul cox olmuyan yerden de pulxorlar bir muddetden sonra qacar yeqin ki onlardan da bele canimiz qutarar.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

14.07.2010
2. Xamıyev Ramiz [Материал]
Gələn xarici məşqçi uğur qazanmağa ac,futbolçu yetişdirə bilən,karyerası olan birisi olmalıdır və onun işinə heç kim qarışmamlıdır.Ona dəstək verməlidir.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

14.07.2010
1. Resad Xezerli [Материал]
Salam. Men guclu bir ecnebi mesqcinin getirilmesinin, ozude hemin mesqciyle uzunmuddetli en azi 3 il muqavile baglanilmasinin terefdariyam. Mesqci Xorvatiyali olsa yaxsi olar. Yerli mesqcilere geldikde vallah yerli guclu mesqci yoxdu. Avropada ugur qazana bilecek mesqci yoxdu Azerbaycanda. Amma klubumuzun rehberliyi inanmiramki ciddi bir addim atsin. Yenada yerli getirelecek ve azarkesleri eseblesdireceyler. Ya Esger Abdullayevi yadaki Yunis Huseynovu.......... Insallah ecnebi gelecek. Deyasan, Blajevicdir onun adi. Xorvatiya milli komandasini 1998 ci ilde Xorvatiya onun rehberliyi altinda Avropa cempionatinda 3cu yeri tutub. Menbe: Qol.az sayti.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz