Dekabrın
22-də "Xəzər Lənkəran” komandası stadionun yardımçı meydançasında axşam məşqinə
çıxdı. Uinston Parks və Katalin Doman istisna olmaqla bütün futbolçuların
qatıldığı məşqdə yüksək əhval ruhiyyə hökm sürürdü. Qapıçılarla çalışan məşqçi
Hafiz Əliyev, Kamran Ağayevə və Orxan
Sadıxova ayrıca məşq keçirdi. Kamran qapıda qalaraq zərbələri dəf edəndə, zərbələrin
zəifliyindən şikayətlənirdi. Daha sonra kapitan gənc qapıçıya necə zərbə vurmaq lazım olduğunu
göstərdi, bu zaman onun səsi hər yerdə eşidilirdi. Elə o biri futbolçular da
Ağayevin səsindən sanki motivasiya olunurdular.
Digər
futbolçular gah Mihay Tejanın fiziki hərəkətlərlə bağlı tapşırıqlarını yerinə yetirir, gah da Mirça
Rednikin "Qarabağ”la oyun üçün hazırladığı xüsusi taktikanı öyrənirdilər. Məşqi çoxlu sayda
azarkeş izlədi. Məşq bitəndən sonra stadionun ərazisinə daxil olan avtomobildə
klubun prezidenti Mais Mənsimovun və vitse prezidenti Tuyğun Nadirovun olduğunu gördük.
|