www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Noyabr » 22 » "Xəzər Lənkəran"lı azarkeşlərin futbol sevgisi.
21:41
"Xəzər Lənkəran"lı azarkeşlərin futbol sevgisi.

"Xəzər Lənkəran” XIV turda doğma meydanda Salyanın "Muğan” komandasını qəbul edirdi. Bu matça qədər turnir cədvəlindəki vəziyyətə nəzər saldıqda, cədvəlin ikinci pilləsində qərarlaşan komandamız 27 xala sahib olmaqla, lider "Neftçi”dən üç xal geri qalırdı. İrəlidəki turlarda daha çətin matçlara çıxacaq "Xəzər Lənkəran” bu oyunda maksimum nəticə əldə edərək birinci pillə ilə xal fərqinin artmasına imkan verməməli idi. Bu matçda qələbə qazanan  "Xəzər Lənkəran” nəinki buna nail oldu, hətta liderin ev oyununda heç-heçə etməklə büdrəyib iki xal itirməsi ilə, birinci pillə ilə xal fərqini minimuma endirməyi bacardı. 30-xalını heç-heçə hesabına 31-ə yüksəldən "Neftçi” komandasına daha da yaxınlaşaraq, "Muğan” üzərindəki 2:0-lıq qələbə qazanmaqla 27-xalını, 30-a yüksəldən komandamız indi zirvə ilə xal fərqini bir az da əridərək minimuma endirməyi bacardı. Növbəti turda səfərdə "Bakı” üzərində qazanılacaq qələbə, liderin "Qarabağ”la çətin oyunda itirəcəyi xallardan sonra "Xəzər Lənkəran”ı zirvəyə daşıyacaq. İnşallah ümid edək ki, bu elə belə də nəticələnəcək. Həm də bizim "Bakı” ilə "haqq-hesabımız” uzanaraq birinci dövrədəki oyunda həll olunmamış qalıb.

 

            Bu matçda komandamızın çoxlu qol vurmaq imkanları olsa da yalnız bunların ikisindən istifadə edə bildi. Düzdür üç xalı qazanmaq üçün bu iki top artıqlaması ilə bəs etsə də hücumçularımızın yüzfaizlik qol vəziyyətlərini dəyərləndirə bilməmələri üzücü olmaqla yanaşı növbəti turlarda başağrısına çevrilə bilər. Amandı, bu qədər epizodları dəyərləndirin, bizə daha çox sevinc bəxş edin, hər oyunda epizodları dəyərləndirə bilməməklə qələbə qazanmaq şanslarını qaçırmayın, əziz hücumçular. Siz belə epizodları qaçıracaq qədər də zəif futbolçular deyilsiniz!

 

            Bu oyunda matçın qəhrəmanına çevrilən Alim Qurbanov "Xəzər Lənkəran”ın heyətində 156-cı oyununu keçirməklə, Rəşad Abdullayevin 155 oyun keçirmə rekordunu üstələdi. Həmçinin matçöncəsi sağlamlığında müəyyən problemi ilə bağlı oynaya bilməmə ehtimalının olmasına baxmayaraq, Mirça Rednikdən "mən bu gün oynamaq istəyirəm”- deyə xahiş etməsi, özünü bu rekorda daşımasına, həm kapitan kimi, həm də vurduğu iki qolla oyunun qəhrəmanına çevrilməsinə şərait yaratmaqla tarix yazmasına səbəb oldu. Keçən matçda da onun vurduğu yeganə qolla üç xalı əldə etməyimiz isə onun get-gedə oyun praktikasının artması hesabına yazılmalıdır. Kifayət qədər təcrübəsi olan Alim Qurbanov bununla, "hələ mən meydanlarda öz sözümü demək istəyirəm”- deyə sanki bir mesaj vermiş oldu. Bununla da ""12ci oyunçu azarkeş qrupu”nun rəsmi saytında "Bizim üçün turun oyunçusu” bölməsində, iki dəfə ardıcıl "turun oyunçusu” seçilməklə, burda da bir ilkə imza atmış oldu, beləliklə saytın moderatorunu şəkildəyişmə "çətinliyindən” də qurtarmış oldu.

 

            Azarkeşlərdən söz düşmüşkən bu tur, bu baxımdan da "Xəzər Lənkəran”  azarkeşlərinin daima komandaya verdiyi dəstəklə və daim onun yanında olmaqla bir daha özünü sübuta yetirmiş oldu.

 

            Beləki, rəsmi rəqəmlərə görə ümumilikdə XIV turu toplam 12555 azarkeş izləmiş olub ki, təkcə Lənkəran şəhərində keçirilən "Xəzər Lənkəran” – "Muğan” matçını izləyənlərin sayı 9500 olmaqla bu rəqəmin böyük bir hissəsini təşkil edib.  Qalan beş görüşdə isə ümumilikdə bunun təxminən 1/3 qədər toplam 3055 nəfər olmaqla tamaşaçı sayı qeydə alınıb. Aşağıda XIV turda bütün matçlarda qeydə alınan nəticələri və azarkeş sayını diqqətinizə çatdırırıq. Bundan sonra, həmçinin "Turun oyunları” bölməsində oyunların vaxtı, stadionlar və hakimlərin kimliyi ilə bağlı verdiyimiz məlumatlara, rəsmi açıqlanan "azarkeş sayı”nı da əlavə etməyi planlaşdırırıq. Beləliklə, XIV turda qeydə alınan nəticələr və azarkeş sayını təqdim edirik:

 

"Xəzər Lənkəran” 2 – 0 "Muğan”           9500    tamaşaçı

"Neftçi” 0 – 0 "Qəbələ”                        1000    tamaşaçı

"AZAL” 2 – 0 "Qarabağ”                       600    tamaşaçı

"Simurq” 0 – 0 "Gəncə”                        600    tamaşaçı

"MOİK” 0 – 4 "Bakı”                              500   tamaşaçı

"İnter” 3 – 0 "Turan”                             355   tamaşaçı

 

 

Bundan sonrakı turlarda da "Xəzər Lənkəran”a və azarkeşlərinə qələbə sevinci arzulayırıq.


Mənbə:bosman.at.ua

Bölmə: Azarkeş Xəbərləri |Baxış sayı: 621 | Yazar: ISLAM |
Всего комментариев: 1
22.11.2010
1. qatuzo [Материал]
Bunu kim tertib edibse.... ..... ... ile Moik Baki oyununda cemi 100 nefer var oda Faiqin usaglari
AZAL QARABAG oyununda kor gor gorunurdu kim var idi

Inter turan ay .... ele INTERIN azarkesleri orda 500 nefer ide yerde qalan ise Turan azarkesleri 100 nefer

Cavab: Xahiş edirik etikadan kənar ifadələr işlədir.
Unibank Premyer Liqası, XIV tur
"Xəzər Lənkəran" 2:0 "Muğan" - 21.11.2010

21 noyabr 2010. Saat 16:00. Lənkəran şəhər mərkəzi stadionu. 9500 tamaşaçı
Baş hakim: Rövşən Əhmədov
******************
Unibank Premyer Liqası, XIV tur
"Neftçi" 0:0 "Qəbələ" - 21.11.2010

21 noyabr 2010. Saat 16:00. Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
****************
Unibank Premyer Liqası, XIV tur
AZAL 2:0 "Qarabağ" - 21.11.2010

21 noyabr 2010. Saat 14:00. “Şəfa” stadionu. 600 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
***************
Unibank Premyer Liqası, XIV tur
"İnter" 3:0 "Turan" - 20.11.2010
20 noyabr 2010. Saat 16:00. “Şəfa” stadionu. 355 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
*****************
Unibank Premyer Liqası, XIV tur
"Simurq" 0:0 "Gəncə" - 20.11.2010

20 noyabr 2010. Saat 14:00. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 600 tamaşaçı
Baş hakim: Ceyhun Haşımov
****************
Unibank Premyer Liqası, XIV tur
MOİK 0:4 "Bakı" - 20.11.2010

20 noyabr 2010. Saat 14:00. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı
Baş hakim: Əfqan Həmzəyev
********************
Bu məlumatlar pfl.az saytından götürülüb. Bütün iradlarınızı xahiş edirik onlara yəni PFL-ə bildirəsiniz.

FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR




Copyright MyCorp © 2024
Используются технологии uCoz