Ana Səhifə» 2010»Avqust»3 » “Xəzər Lənkəran”lı olmaq şərəfdir.
02:00
“Xəzər Lənkəran”lı olmaq şərəfdir.
Təqdim olunan şəkildəki şüar hər bir “Xəzər Lənkəran” azarkeşi üçün qəbul olunan və fəxrlə deyilən fikirdir.Beləcə cənub klubunun azarkeşləri istənilən əks fikirdə olan insanla bu haqda mübahisə edər və sonda da özünün haqlı olduğunu sübut edə bilər.
Bir müddət əvvəl bir və bir neçə şəxs, fanat.az saytına məktubla müraciət edərək,bu idman portalının informasiya yaymaqda köməyindən yararlanaraq, “İnter” klubunun Lənkərana köçməsinin istəyində olduğunu adı çəkilən klubun sahibinə bildirmişdilər.Həmin məktubun 300-azarkeş tərəfindən imzlandığı da iddia edilirdi.Mən bu müddət ərzində özüm üçün gizli müşahidələr apraraq, bu 300-azarkeşdən bir neçəsini görmək istədim.Maraqlıdır ki, özünü həmin məktuba imza edən kimi təqdim edən insan tapa bilmədim.Düzdür bu ideyanı həmin günlərdə dəstəkləyənlər az da olsa var idi.Amma mənim üçün ideyanı məktubu oxuyandan sonra dəstəkləyənlər yox o məktubu imzalayanların kimliyi maraqlı idi.
Ötən mövsüm, “Xəzər Lənkəran” – “İnter” oyunu keçirilən gün, “İnter” klubunun fanatlarını Lənkəran şəhərinin girəcəyində qarşılayanda, mənim yanımda olanların heç birinin o məktuba imza atmadığını da bilirəm.Axı paytaxt klubunu seçənlər ən azı məktub yazmazdan əvvəl hansısa tədbirdə iştirak edə bilərdilər.Amma tədbirdə kənar qüvvə və ya indi şübhələnə biləcəyim insan yox idi.Deməli bu məktubun yazılması ideyası “İnter”ə məhəbbətdən deyil,başqa bir şeydən yaranmışdı.
Başqa bir şeylə isə 300-nəfərin nə işi var idi axı ?
Mən indi yazdığım yazının sonunda imzamı qoyacağam və elə yazının yuxarısında təqdim olunan fotoşəkildə də imza vardır.Rövşən Əsədov adlı azarkeş həmişəlik “Xəzər Lənkəran” fanatı olduğunu bəyan edir və konkret fikir bildirir ; “Xəzər Lənkəran”lı olmaq şərəfdir.
P.S.İmzalı yazıları yazmaq da oxumaq da şərəfdir,elə deyilmi ?..
İmza: İslam Cabbarlı.