Ana Səhifə» 2011»Yanvar»24 » "Xəzər Lənkəran" ən yaxşıları seçir...
23:02
"Xəzər Lənkəran" ən yaxşıları seçir...
Türkiyənin Antaliya şəhərində təlim məşq toplntısında
olan "Xəzər Lənkəran” komandasının düşərgəsində bir çox ölkələrdən olan futbolçular baxışdadırlar.
Onlardan bəziləri tanınmış futbolçulardır ki, yaxın günlərdə baxışda olanlardan bəziləri
komandanın heyətinə qatılacaq. "Xəzər Lənkəran” klubunun rəhbərliyi komandanın
baş məşqçisi Mirça Rednikin bütün istəklərinə müsbət cavab verərək müxtəlif ölkələrdən
olan futbolçuları baxışa dəvət edib. Azərbaycan klublarından heç biri bu qədər
futbolçunu eyni vaxtda komandanın düşərgəsində baxışda saxlaya bilmir.
Yanvarın 24-də "Qloriya” otelinin
meydançasında keçirilən "Xəzər Lənkəran” - "Zarya” oyununda komandamızın məşqçilər korpusu yeni futbolçuların
əksəriyyətini meydana buraxmış və onları yoxlaya bilmişlər. Oyun zamanı
meydançanın kənarında olan ağacların arxasında gizlənən "Neftçi” klubunun məşqçisi
Bəxtiyar Musyev hamının diqqətini çəkib. "Neftçi”nin nümayəndəsi "Xəzər Lənkəran”ın yeni
futbolçuları və Mirça Rednikin taktiki
gedişləri ilə maraqlanırmış. "Xəzər Lənkəran”ın arxasıyca düşərək hər bir vasitədən
istifadə edərək, hətta casusuluqdan belə yararlanmağa
çalışan "Neftçi” klubunun bu addımı da təbii qarşılanmalıdır.
Bizdən öyrənməyə hələ çox şey var...
Rəşad qaqam tamamilə səninlə razıyam Stadionda FIRTINA qopmalıdır desək yanılarıq qoapacaq deyək hamımız formamızla stadiondayıq plakatlarımızla fakellerimizlı hər şey gözəl olacaq nə qədər çox olsaq o qədər yaxşıdır neftçi bizdən çox şey öyrənməlidir
Islam qardasim duz buyuyursan. En yarali yerime toxundun. Hakimler ehh hakimler. Xeqani Memmedov, Fariz Yusifov, efqan hemzeyev hamisi komandamiz ucun indi duduylerini yagliyiblar. InsALLAH qurban oldugum Allah biz terefde olacaq. Haqq öz yerini gec-tez tutacaq. Istiyiremki, ayin 13de stadionda Xezer Lenkeran azarkesleri T.Behremov stadionda bir Firtina yaratsinlarki, budun Azerbaycan heyran qalsin. Özude cox isteremki, azarkeslerimiz coxluq lap coxluq teskil etsinler. Stadion basdan ayaga ag-yasil atributlarile bezensin. Azarkesler hamisi komandamizin köyneylerini geysalar SUPER göruntu yaranacaq. Qoy bizleri istemeyen yansin aliwsin. Fikirlerimi hamisini esebden yazirame gerek bagiwlayasiz. Bextiyar musayev meni yaman hirslendirib.
Hər şey yaxşıdır. Başa duşə bilmirəm ki, bu Bəxtiyar Musayev hansı sifətlə xəzərlə maraqlanır, yaxın durur. Lənkəranın çörəyi məddəsindən həzm olunmayıb.
Əsəbləşməyinin səbəbləri anlaşılandır. Hər şeydən əlləri üzüləndə yəni transfer siyasətində məğlub olandan sonra hakimlərin əliylə iş görəcəklər.Ay Rəşad bu işdə əsəbləşməyəsən nə edəsən axı ...
Təzə qapıçının yanında dayananlar qapıçılarla çalışan məşqçi Hafiz Əliyev və komandanın tərcüməçisi Elvar Quliyevdir, əlbəttəki öz qardaşlarımızdır və əzizlərimizdir.