Ana Səhifə» 2010»Avqust»7 » “Xəzər Lənkəran” – “Qəbələ” oyununa maraq böyükdür.
16:05
“Xəzər Lənkəran” – “Qəbələ” oyununa maraq böyükdür.
“Xəzər Lənkəran” – “Qəbələ” oyununa maraq böyükdür.Lənkəranın müxtəlif istiqamətlərindən “Fırtınalar Meydanı”na axın var.Uzaq dağ kəndlərindən gələn azarkeşlər artıq səhər saatlarından Lənkəran şəhərinin mərkəzində və stadion ətrafında toplanıblar.Ümumiyyətlə stadiona yaxın ərazilərdə kafe və restoranlar,çayxanalar insanlarla doludur.Matçın başlamasına 5-saat qalmışdan Sütəmurdov kəndi istiqamətində avtomaşınların hərəkətində də ləngimə əmələ gəlib ki,bu da stadiona gedən yolların daha çox maşınlarla yüklənməsindəndir.
Oyunun biletlərinin satışı ilə maraqlanmaq istədik.Bilet satan şəxslər satışdan narazılıq etmədilər.Onu da öyrəndik ki,bu günki oyun üçün satışa çıxarılan bütün biletlərin qiyməti 1-manatdır.Qeyd edək ki,əvvəllər stadionun 4-sektoruna, A,B,S və R-sektorlarına bilet 2-manata satılırdı.
Bu gün Lənkəranda son bir həftənin ən isti günüdür. Lənkəranda günorta saat 12:00-da kölgədə 40-dərəcə isti var idi.Oyunun saat 20:00-də başlamasını nəzərə alsaq stadionun tam dolacağını demək olar.
Stadionun tam dolmasina inanmiram. Cunki, bu deqiqe Lenkeranin demak olar butun sadliq saraylarinda ve kendlerinde toy var. Ve bununda neticesi olaraq milletin ekseriyyeti toydan cixa bilmir. Ancaq haminin qelbi Xezerle doyunur.