Ana Səhifə» 2010»Aprel»3 » “Xəzər Lənkəran” – “Qarabağ”.
14:55
“Xəzər Lənkəran” – “Qarabağ”.
Oyuna bir neçə saat qalmış Lənkəranın küçələrində rastlaşdığımız azarkeşlərin yüksək əhval ruhiyyədə olduğunu gördük.Hamı işlərini yekunlaşdırıb stadiona getməyə hazırlaşır.Bu gün bütün gün ərzində Lənkəranın müxtəlif yerlərində yaydığımız vərərqələr vasistəsi ilə azarkeş klubunun müraciətini insanlara çatdırmağa çalışdıq.Şəhərin mərkəz hissəsində yerləşən ticarət obyeklərinin ,taksi və şəhərdaxili işləyən avtobusların şüşələrini bəzəyərək bu vərəqələri yaya bildik.Lənkəranın böyük bazar adlanan ticarət mərkəzində yerləşən topdan satış məntəqələrində çalışanlar da bizə yardım edirdilər.Beləki bu obyektlərdən alver edən dükan sahiblərinə mal satılarkən hər alıcıya bir bir neçə vərəqə verilirdi və onlardan xahiş olunurdu ki,oz dükanlarında bu vərəqələri divar və şüşələrə yapışdırsınlar.Bundan əlavə kənd avtobuslarının sürücüləri də bizə yaxından komək etdilər.Beləcə 5000-ədəd vərəqni 3-gün ərzində Lənkəranda yaya bildik.Vərəqələrdəki müraciətdə azarkeşlərdən “Qarabağ”la oyunda daha sivil davranmaları,meydana yad əşya atmamaları,stadionun əmlakına xələl yetirməmələri “Xəzər Lənkəran” klubunun cərimələnməsi ilə nəticələnəcək hər hansı hərəkətə yol verməmələri xahiş olunur.