"Xəzər Lənkəran"ın əsas və əvəzedici heyyətlərinin oyunu saat 18:00-da başladığından azarkeşlərin stadiona gəlişində fəallıq heç də gözlənilən kimi olmadı.Amma Premyer liqanın oyunlarında bir çox klublrarın həsəd aparacağı sayda azarkeş "Fırtınalar Meydanı"na toplanmışdı.
Oyun hələ başlamamışdan stadionun qaçış zolağında görünən Dieqo Souzanı azarkeşlər alqışladılar.
Baş hakim İsmayıl Rəhimov.
Saat 18:00 və oyun başladı.
Əsas heyət bu tərkibdə meydana çıxıb:
D. Kramarenko (K)
L. Ribeyro
E. Beqiri
R. Todorov
E. Allahverdiyev
D. İmedaşvili
M. Souza
A. Qurbanov
R. Abbasov
X. Məmmədov
Z. Ramazanov
*Oyunun əvvəllərindən səviyyə fərqi hiss olunur. Əsas komanda bir qədər üstün oyun sərgiləyir. Elə bunun nəticəsində A. Qurbanov gözəl zərbə ilə hesabı açır. Az keçməmiş X. Məmmədov ikinci topu əvəzedicilərin qapısından keçirir. Üçüncü topu əvəzedicilərin süni oyundankənar vəziyyət yaratmaq istəklərinin baş tutmamasından, yəni E. Allahverdiyevin ötürməsindən topu qəbul edən X. Məmmədov qapıçı ilə üz-üzə qalan Z. Ramazanova ötürməsindən sonra vurulduğunu da qeyd edək. Az sonra M. Souza təkbətək imkanını boşa verir. Ümumiyyətlə 1-ci hissənin ən fəal oyunçusu M. Souza idi.
*Onu da qeyd edək ki, Kamran Ağayev 1-ci hissədə "Əvəzedicilər”in qapısını qoruyurdu.
*"Əvəzedicilər”in oyununa gəldikdə isə onlar da bir neçə təkbətək epizodlardan istifadə edə bilməyiblər. Həmçinin hava isti olduğundan baş hakim oyunçulara sərinlənməyə bir neçə dəfə şərait yaratmışdır.
*İkinci hissə başladı: : Tamaşaçı sayında xeyli artım müşahidə olunur, oyunu izləməyə gələn azarkeşlərin sayı təxminən 700-750 nəfərdən bir az artmışdır. İkinci hissəyə əsas heyyətdə dəyişikliklə çıxıb.
* K. Ağayev
R. Poladov
E. Allahverdiyev
D. İmedaşvili
R. Todorov
R. Əmirquliyev
T. Cəliıov
A. Hüseynov
A. Məmmədov
A. Lalin
E. Opara
*Qeyd edək ki, D. Kramarenko ikinci hissədə "Əvəzedicilər”in qapısını qorumaqla, K. Ağayevlə yerlərini dəyişməli olublar. İkinci hissə də əsas komandanın üstünlüyü şəraitində keçir. Lakin hissənin əvvəllərində A. Hüseynov yaxın küncə əlverişli zərbəni vura bilmədi. Az sonra A. Lalin də bir real epizodu əldən verdi. Nəhayət, E. Opara əlinə düşən fürsəti qaçırmadı, 4:0. Oyunun sonlarıına yaxın A. Məmmədovun ötürməsini, A. Hüseynov dabanı ilə qapıya göndərir 5:0.
* Daha sonra yenə E. Opara akrobatik tullanışla, başı üzərindən zərbə endirsə də top qapının üstündən keçdi. Ardınca yenə yaranmış əlverişli vəziyyətdə A. Hüseynovun başla vurduğu zərbəni D. Kramarenko zərərsizləşdirdi. Sonra A. Lalinin demək olar ki, boş qalmış qapıya zərbəsi "Əvəzedicilər”in müdafiəçisinə dəyincə geri qayıtdı və yenə A. Lalinin önünə düşən top təkrar zərbədən sonra D. Kramarenkonun ustalığı sayəsində zərərsizləşdirildi.
*Son saniyələrdə isə A. Məmmədov yenə boş qalmış qapıya topu göndərə bilməyincə, baş hakimin final fiti səsləndi və oyun "Əsas komanda”nın 5:0 lıq qələbəsi ilə başa çatdı.
İnsafən Kamran qol buraxanda əsəbləşirdi.Elə Dima da qolları həvəslə buraxmadı.Maraqlı odur ki,Alim də pis oynamadı.Amma əvəzedici heyyətlə oynayandan sonra komandaya qiymıət vermək də düz deyil.Hər halda bərabər güclü komanda iləı oyundan sonra qiymət vermək olar.Əvəzedici heyyətin də məğlub olmasına baxmayaraq gənclərimiz ürək qoydular meydanda.İnşaallah gələcəkdə əsas heyyətdə özlərini yaxşı tərəfdən göstərərlər.Necə ki,Amid fəallığı ilə seçilir.
Chox gozel olub! Goresen birinci hissede Kamran bilerekden sherait yaradib ki, yerli qocalarimiz ozlerini gostersinler? Eger belese chox pis, heqiqeten de qocalarimiz yaxshi oynayiblarsa, onda her shey inshallah yaxshi olar. Amidin qol vurmagi ve fealligi lap ela oldu. Inshallah axir ki, Lenkeranli balalari komandamizin terkibinde goreceyik.
Bu oyun haqda əvvəldən axıra qədər bütün məlumatları "Bosman.at.ua" saytı üçün birbaşa oyunun keçirildiyi stadiondan telefonla ötürdüyü üçün, "12ci oyunçu" azarkeş qrupu təşkilat komitəsinin sədri İslam Cabbarlıya saytımız adından təşəkkür edirik.