www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Yanvar » 16 » "Xəzər Lənkəran", Azərbaycan futbolunun markası olduğunu sübut edəcək.
01:29
"Xəzər Lənkəran", Azərbaycan futbolunun markası olduğunu sübut edəcək.
Türkiyədə təlim məşq toplantısında olan "Xəzər Lənkəran"ın düşərgəsində baxış keçən yeni futbolçular haqda demək olar ki, hər gün müxtəlif xəbərlər gəlməkdədir.Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar bəzən biri birini təkzib edir, bəzən isə eyni xəbərlər müxtəlif formalarda təqdim olunur.Bütün məlumatların dəqiq olub olmadığını da təyin etmək asan deyil.Hər halda baxışda olan futbolçuların hansının qalacağını, hansının qalmayacağını indidən demək çətindir.İnformasiyanın düzgün verilməməsi futbol azarkeşlərinin haqlı narazılğına səbəb olur.Bununla belə azarkeşlərin istəyinə uyğun olaraq saytımızda hər gün axşam günün yekun məlumatını vermək qərarına gəldik. Xatırladaq ki, burada tam olaraq klub tərəfindən təsdiqlənməyən və Azərbaycanda fəaliyyət göstərən informasiya vasitələrindən əldə olunan məlumatlar cəmləşdirilirərək təqdim oluna bilər. -----Komandanın rəqibləri də bəlli olub.------- Türkiyənin Belek şəhərində təlim-məşq toplanışını sürdürən “Xəzər Lənkəran” qüvvəsini dörd yoxlama görüşündə sınamağı planlaşdırıb. Belekdə yağışlı günlər yaşayan komandamız gündə iki dəfə məşqə çıxır. Artıq bazar günü isə “Xəzər Lənkəran” 2010-cu ildə ilk oyununu keçirəcək. Komandamızın baş məşqçisi Ağasəlim Mircavadov Belarus çempionatının ortabablarından olan “Vitebsk”lə görüşdə meydana eksperimental heyət buraxmağı düşünür. Qarşıdakı matçda məşqçilərimiz düşərgəmizə təşrif buyurmuş 4-5 futbolçunun komandamıza lazım olub-olmadıqlarını müəyyənləşdirəcəklər.Yanvarın 28-dək Türkiyədə çalışmaları davam etdirəcək “Xəzər Lənkəran”ın növbəti rəqiblərinin adları da dəqiqləşib. Öncədən də planlaşdırıldığı kimi, komandamızın sonrakı rəqibləri Rusiya Premyer liqasının təmsilçiləri – debütant “Sibir” (20 yanvar), vitse-çempion “Spartak” (23 yanvar) və ortabab “Saturn” (27 yanvar) olacaq. -------Baş məşqçinin iddalı fikirləri.--------- Mətbuata açıqlama verən Ağasəlim Mircavadov iddialı danışdı. “Mövsümün ikinci yarısı üçün hazırlıqlarımız çox yüksək səviyyədə keçir. Türkiyədəki təlim-məşq toplanışı yaxşı təşkil olunub.Bura gəldiyimiz gündən yüksək səviyyədə hazırlaşırıq. Oyunçularıma güvənirəm. Çempionluq üçün oynayacağıq. İstəyimizə çatacağıq”. -------- "Xəzər Lənkəran"ı müxtəlif səbəblərdən tərk edən futbolçular bunlardır:--------- 1.Denis Silva. 2.Fatih Sonkaya. 3. Kostadin Cambazov. 4. Rəşad Kərimov. ---------Hələlik adları göstərilən futbolçuların baxışa dəvət alması xəbəri yayılıb:----------- --1.Elvin Begiri - Albaniya yığmasınnda 42 dəfə forma geyinib. 2008 noyabrda Azərbaycan-Albaniya oyununda qırmızı kart almışdı. 30-yaşı var, müdafiəçidir. Donetsk "Metallurq"unda və Vladiqafqazın "Spartak" klubunda forma geyinmiş bu futbolçu son 4 mövsümü vətənində- "Vllajnia"da keçirib. --2. Tixon Şişov - 27 yaşlı müdafiəçi, Estoniya yığmasının futbolçusudur. --3. Fausto Budiçina - Xorvatiyanın "Rieki" klubun kapitanı. 28 yaşlı müdafiəçidir. --4. Valentin Badya - Rumın hücumçu, “Styaua” ve “Vasliyu”nun şerefini qoruyub, 27 yaşı var. -------"Xəzər Lənkəran", Azərbaycan futbolunun markası olduğunu sübut edəcək.------- -Yuxarıda təqdim olunan siyahıda daha 6-futbolçunun adının hallanması gözlənilir.- Bu siyahıya Braziliya,Kolumbiya,Honduras,Serbiya,Slovakiya,Gürcüstandan olan futbolçuların da adı daxil ola bilər.Təsdiqlənməmiş məlumatlara görə "Xəzər Lənkəran" bu ilki transferləri ilə digər klubları arxada qoymaq fikrindədir.Beləki komandayla müqavilə bağlanması gözlənilən futbolçulardan bir neçəsinin transfer qiymətlərinin Azərbaycan üçün fantastik məbləğ olacağı haqda yaxın bir neçə gün ərzində dəqiq xəbər yayılacaq.Məlumatı verən mənbənin növbəti xəbərinə görə azarkeşlərin rəğbətini qazanan Mariyo Souza,İvan Tsvetkov və Denis Kalinkov kimi futbolçuları unutdura biləcək yeni futbolçuların adları elan olunan zaman ölkənin futbol ictimaiəti şoka düşəcək.Bu da klub rəhbərliyinin azarkeşlərə bir sürprizi kimi hələlik gizli saxlanılır.
Bölmə: |Baxış sayı: 1032 | Yazar: 12cioyuncu |
Всего комментариев: 2
16.01.2010
2. Rahim [Материал]
Daim ucalacağına və həmişə qalib olacağına adım qədər inandığım Xəzər Lənkərana,onun bütün azakeşlərinə uğurlar arzulayıram.Uzaq Sibirdən sizləri salamlayıram.Hörmətlə Rahim Şərifzadə.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

16.01.2010
1. FIRTINALAR MEYDANI (12cioyuncu) [Материал]
Öncə vətəni sonra səni sevdik,Xəzər Lənkəran !
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz