www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Noyabr » 13 » “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov qeyri adi Lənkəran azarkeşlərinin arxasında olduğunu dilə gətirdi.
20:39
“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov qeyri adi Lənkəran azarkeşlərinin arxasında olduğunu dilə gətirdi.
“Böyük oyun”da və oyundan sonrakı günlərdə oyun iştirakçılarının arasında, kimin kim olduğu çox yaxşı göründü.Biz “Xəzər Lənkəran” azarkeşləri qeyri adi azarkeşlərik,eləyisə razılaşın ki,bizim fan klublar da elə "Xəzər Lənkəran" klubunun prezidenti də qeyri adi olmalıdır.
“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimov qeyri adi Lənkəran azarkeşlərinin arxasında olduğunu dilə gətirdi.
Qeyri adi olmaqla o da “böyük oyun”da baş verənlərə adi vaxtda, amma qeyri adi zamanlamada, bütün tərəflər öz sözünü deyəndən sonra, hadisələrə yanaşmasını açıqladı.Açıqlama da nə açıqlama. “Fırtına” fan klubunun məktubları ünvanlara çatdıqca məktubu alanların üzr istəmələri başlamışdı. “Neftçi”nin bərk gedənləri nə edəcəkləri haqda düşünməyə başlarkən,PFL-dən tutmuş, mətbuata qədər hamısı bizim haqlı olduğumuzu anladı.Beləcə məsələ onsuz da böyümüşdü və bu zaman Mais Mənsimov məsələləri rəsmiləşdirərək daxili işlər nazirliyinə müraciət etdi.Dövlətin güc strukturunun bu işə rəsmən qarışması hadisə iştirakçıları arasında mənfi rol oynayanların ürəyinə xal saldı.Bu yandan da “Xəzər Lənkəran” klubunun prezidenti AFFA-ya da məktubla müraciət edərək ali futbol qurumunu silkələdi.
- Biz hər zaman azarkeşlərimizin matçlarda rəngarəng şüarlarla və fəal iştirakını görmək istəyirik. Geyimlərinin, atributlarının xoş görüntü yaratmasının tərəfdarıyıq. Orda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları olub. Biz heç kimdən plakat alınmasını istəməmişik və istəyə də bilmərik. Təbii ki, xuliqanlığın qarşısının alınması normal haldır. Amma xuliqanlıq qeydə alınarsa. Burda bir məsələ var ki, polis azarkeşlər arasında fərq qoymalı deyil. İkili standart yürüdülməməlidir. Plakatların yığışdırılması asayiş keşikçilərinin işidir. Biz azarkeşlərimizin arxasında dayanmışıq. İstər rəsmi fanklub olsun, istərsə "Bosman", "Fırtına", "12-ci oyunu" və ya başqaları. Hər bir "Xəzər Lənkəran"sevərin də qanun çərçivəsində etdiyi tərəfdarlığa dəstək oluruq. Məsələ araşdırılır. O ki qaldı "Neftçi" fanklubunun etdiyi mədəniyyətsizliklərə, bununla razılaşa bilmirik. Oyun zamanı kimsə şalvarını çıxarıb qarşı tərəfə nəsə göstərirsə, bu ən azı böyük tərbiyəsizlikdir. Yazılan ifadəni də bilirsiniz. Üstəlik, ANS TV-dəki "Topsuz toplu" verilişində çıxıb üzr istəmək əvəzinə, təhqiramiz ifadəyə bəraət qazandırmaq cəhdi də başadüşülən deyil. Mən həmin şəxsə bir sual vermək istəyərdim: "Bu səlahiyyəti sənə kim verib? Klub prezidenti, yoxsa vitse-prezident? Artıq klubumuz AFFA prezidenti Rövnəq Abdullayevə həmin ifadəyə görə ölçü götürülməsi üçün rəsmi məktub ünvanlayıb. İnanırıq ki, nəzərə alınacaq.

Mən də Mais Mənsimova açıq məktubla müraciət etmişdim,indi yanılmadığımın keyfini yaşayaıram.Adıma uyğun həyat tərzi qurmağımla və “Xəzər Lənkəran” azarkeşi kimi mən də qeyri adi bir insan olamlı idim.Oldum da.Biz “Xəzər Lənkəran” azarkeşləri yanlış mövqedə ola biməzdik,çünki biz yanlışlıqlara yol vermirik.Bizim futbola bağlılığımız “Xəzər Lənkəran” sevgisindən yaranıb və həmin o sevgi ilə də davam edir.
“Fırtına” fan klubunun, “Bosman” fan klubunun və digər azarkeşlərin hiddətinə səbəb olan hadisələrdə iştirak edib “Xəzər Lənkəran” ailəsini təhqir edənlər həqiqətən də layiqli cavablarını aldılar.Yerdə qaldı maraqlı, lakin şübhəli polis obrazı.Məhz asayiş keşikçiləri yerli azarkeşləri video kameralarla çəkdiyi zaman rəqib fanatlar şalvarlarını çıxarıb ədəbsiz jestlər edirdi.”Kameraman polilər” isə sanki bu iyrənc görüntülərdən utanaraq onları deyil bütün bunlardan əsəb keçirən və etiraz edən “Xəzər Lənkəran” azarkeşlərini videonun yaddaşına köçürürdülər.Video kameraların obyektivində vəhşi kimi görünən,həqiqətdə isə təhqir olunmalarına etirz edən Lənkəranlı azarkeşlərə sonra divan tutuldu. Məqsəd bəlli deyildi elə indi də anlamaq olmur ki,polis niyə belə etdi.Bu məsələyə Mais Mənsimov aydınlıq gətirmək üçün:

- Oyundan dərhal sonra həm DİN-ə, həm də başqa qurumlara məktub ünvanlamışıq. Araşdırmalar davam edir. Bir daha qeyd edirəm, biz öz tərəfdarlarımızın arxasındayıq. Onlar xuliqanlıq törətmədikləri halda, komandalarını istədikləri kimi dəstəkləyə bilərlər.

“Fırtınalar meydanı”nda “Neftçi” ilə oyunda divan tutulan yerli azarkeşlərə Mais Mənsimovun münasibəti də futbolsevərlərin ürəyincə ola bilər.Yaxın günlərdə hər şey yaxşı olarsa azarkeşləri narahat edən bir neçə problem öz həllini tapacaq.Əslində burada qeyri adi heç nə yoxdur.Əslində problem varsa həll olumalıdır.Amma nəzərə alaq ki, “Xəzər Lənkəran” Azərbaycan reallığında qeyri adi, yəni digər klublardan fərqli olaraq ölkə xaricindən maliyələşən və ən çox azarkeş kütləsinə malik bir klubdur..Azərbaycan futboluna gözəllik və maraq gətirən cənub klubu,öz azarkeşləri ilə və problemləri ilə birgə qeyri adidir,əslində adi görünsə də.

- Əsl tərəfdar dəstəklədiyi komandanı hər zaman çox istəyir. Bu gün "Xəzər Lənkəran" udanda da, uduzanda da əsl tərəfdarları yanındadır. Tərəfimdən bu məsələnin araşdırılması barədə göstəriş verilib. Bəzi səbəblər ola bilər. Ola bilsin ki, biletlərin qiyməti azarkeşləri qane etmir. Və ya başqa çatışmazlıq mövcuddur. Araşdırılıb, aradan qaldırılacaq. Əlbəttə, ən güclü azarkeş ordusuna sahib klub bizimkidir. Heç kimə deyə bilməz ki, "Xəzər Lənkəran"ın oyunlarına 2 min adam gəlir. Tərəfdarlarımız gündüz saatlarında oynanılan görüşləri belə, işlərini atıb seyr edir. Biz də bunu qiymətləndirməyə bilmərik. Bu da var ki, əsas keyfiyyətdir. Yəni azarkeş sayı lap çox olmaqla deyil. Gərək fəal tərəfdar klubunu lazımınca dəstəkləyəndə, bir başqası "sakit ol, oyuna baxaq" deməsin. Azarkeş təsiredici qüvvədir. O dəstəklədiyi klubun çıxışına "12-ci oyunçu" kimi təsir edə bilirsə, deməli, hər şey istənilən səviyyədədir.

Bax biz beləyik,lazım gələndə birləşib haqsızlıqlara qarşı birgə mübarizə aparırıq.Adi və sadə azarkeşlərin,öz sözünü deməkdən çəkinməyən müstəqil fan klublarımızın və "Xəzər Lənkəran" klubunun birləşərək qeyri adi mübarizəsini görmək istəyənlərə dərs verə bilirik.
Azarkeş klubunun rəhbəri kimi,öz azarkeşlərini tək qoymayan və müdafiəsinə qalxan "Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimova təşəkkür edirəm.
İslam cabbarlı.

Bölmə: |Baxış sayı: 1010 | Yazar: ISLAM |
Всего комментариев: 1
13.11.2009
1. rovshan [Материал]
Nehayetki...sesimize ses verdi.halaldi!Sukani bele saxla MAis mellim!
Islam mellim size,12-ci azerkes fan klubuna,Firtinaya oz derin tesekkurumu bildirirem.mehz sizlerin ugurlu cehdleriniz sayesinde 1 nov qelebe caldiq.indi novbe futbolclarindi.indi onlar meydanda bu qelebelerin ardini getirmelidirler.HAYDI IRELI LENKERANIN XEZERI!
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz