“Xəzər Lənkəran”ın “Neftçi” ilə oyunlarına maraq niyə belə böyük olur ? 2004-2005 mövsümündən başlayan bu marağın səbəbləri varmı,bunu araşdıraq. Qeyd olunan futbol mövsümündə bu iki komandaların oyunları zamanı ilk olaraq Bakıdakı oyunda “Neftçi” azarkeşləri bir bölgə komandasının onlarla mübarizə aparmasına münasibətlərindən intriqa yarandı ki,bu da hazırkı paytaxt sakinlərinin bölgə əhalisinə ümumi münasibətlərinə əsaslanır.Gəncədə “Xəzər Lənkəran”ın yerli komandanı son dəqiqədə məğlub etməsindən sonra “Qızıl oyun” labüd oldu və bu qızıl oyun “Xəzər lənkəran” və “Neftçi” arasında baş tutdu.”Qızıl oyun”a qədər olan zaman kəsiyində Aztv-nin və digər telekanalların idman proqramlarında səsləndirilən fikirlər və qəzetlərdəki birtərəfli yazılar əlbəttə ki,cənublu azarkeşləri daha çox qıcıqlandırmağa başladı.Elə həmin qızıl oyunda “Xəzər Lənkəran”ın vurduğu yeganə qolu televiziya şərhçisi həvəssiz qeyd etdisə, “Neftçi”nin hər iki qolunda Aztv-yə baxan minlərlə insan ekranlarda rəngli qol sözlərini gördü.Təbiidir ki,bu haqlı olaraq ayrıseçkilik kimi qəbul olundu. 2005-2006 mövsümündə qarşılıqlı ittihamlar və düşmənçilik bir az səngimiş kimi görünürdü,amma artıq azarkeş qarşıdurmasına start verilmişdi.Növbəti ildə isə “Neftçi”dən cənub klubuna gətirilən futbolçularla yanaşı gələn baş məşqçi ilə birgə çempion olan Lənkəran təmsilçisinə qarşı yenə teleaparıcıların və qəzet müxbirlərinin qısqanc davranışının üstünə “Neftçi”nin “Olimpik”lə oyundakı xal itirməsi hesabına çempionluğu əldən verməsini gəlsək paytaxt klubu ilə “Xəzər Lənkəran” azarkeşlərinin biri birilərinə nifrəti artmaqda davam etdi.Burada xüsusi qeyd olunmalıdır ki,Azərbaycan avropa ölkəsi deyil və buradakı insanların hamısına yaxın bir hissəsi futbolun “Neftçi” ilə əlaqəsini unuda bilmir.Nəinki “Neftçi”yə hətta futbola bağlılığı olmayan və futbol anlayışı olmayan müəyyən kütlə “Xəzər lənkəran”ın “Neftçi” ilə rəqabət aparmasını qəbul edə bilmir,buna qarşı çıxır.Bundan əlavə paytaxt təmsilçisinin dövlət tərəfindən maliyyələşməsi də məsələyə birtərəfli yanaşma üçün şərait yaradır.2007-ci il fevral ayının 16-da Bakıda T.Bəhrəmov adına stadionda “Neftçi”, “Xəzər Lənkəran”ı qəbul etdi.Bu oyun zamanı stadionun çölündə baş verənlər nədənsə mətbuatın diqqətindən yayındı.Oyuna bir gün qalmış “Neftçi” klubundan qəzetlərə verilən məlumatda Lənkəranlı azarkeşlərin saxta biletlərlə stadiona daxil olacaqları xəbəri yayıldı.Oyunun başlamasına bir neçə saat qalmışdan başlayaraq stadionun qarşısında toplaşan 10.000-Lənkəranlı azarkeşlərin polislə çaxnaşması da baş verdi.Stadionun kassasında bilet alan azarkeşləri stadiona buraxmayan polis və mühafizəçilərlə azarkeşlərin arasında baş verənlərdə futbolsevərləri günahkar saymaq ağılsızlıq olardı,təəsüf ki,bu ağılsızlıq faktı həmin gün qeydə alındı.Artıq oyun başlamış bir dəfəlik qapılar açıldı və minlərlə insan stadiona daxil olarkən əzilənlər,ayaq altda qalanlar oldu.Etiraz edənləri polis döyməyə başladı,bu hadisələri mobil telefonların video kameraları ilə çəkməyə çalışanların telefonları sındırıldı.Sübut üçün heç bir materiyal olmadı,amma yaddaşlardan silmək olmazdı bu vəhşilikləri.Yaddaşlarda qalanlar isə “Xəzər lənkəran” azarkeşlərinin “Neftçi”yə və çirkin yollarla onu müdafiyə edənlərə nifrətini daha da artırdı. Hər iki komandanın müəyyən dövrlərdə problemləri oldu,buna baxmayaraq turnir cədvəlinin yuxarı pillərində məskən sala bilməyəndə belə öz aralarındakı oyunların derbi və ya böyük oyun statusunu qazanması futbolumuza yenə də gözəllik gətirə bilmədi.”Futbol + “ qəzetinin böyük oyun adlandıraraq normal rəqabətə çəkmək istədiyi bu oyunlarda gözəllik olmayacaq da.Çünki bu oyunların özəyində çirkinlik və rəzalət vardır. “Qızıl oyun”dakı müəmmalı məğlubiyyət,yuxarıda haqqında ətraflı qeyd olunan 16-fevral oyundakı hadisələr hələ də Lənkəranlı azarkeşlərin dilindən düşmür. “Neftçi”yə aidiyyatı olmayan bir hadisə də biz 12-cilərin yaddaşından silinməyəcək.2008-ci may ayı,ölkə kubokunun finalında “Xəzər Lənkəran” “İnter”lə qarşılaşdı.Lənkərandan həmin oyunu izləmək üçün o vaxtkı 12-ci oyunçu mfk-nın üzvləri qrup şəklində öz hesabımıza Bakıya getdik.Oyunun başlamasına bir neçə saat qalmışdı deyə şəhəri gəzir,parklardakı çayxanalarda otururduq.Günün böyük hissəsini beləcə gəzdik.Hara getdiksə əynimizə geydiyimiz ağ-yaşıl rəngli köynəkləri görən insanlar bizə “Xəzər Lənkəran”ın məğlb olacağını dedilər.Onlar bunu uzaqgörən kimi deyil,sadəcə istəklərini biruzə verərək deyirdilər.Ən maraqlısı budur ki,o sözləri bizə futbolla maraqlananlar deyil,əsasən uşaqlar və yaşlılar deyirdilər.Hətta bir neçə yaşlı qadın da ürək sözlərini gizlətmədi.Daha maraqlısı odur ki,bizə belə sözlər deyənlər həmin gün konkret olaraq nə oyunun olduğunu belə bilmədən,sonra biləndə ki kubokun finalıdır, “Xəzər lənkəran”ın hansı komanda ilə oynayacağını belə bilmirdilər amma yenə bizim komandanın məğlub olacağına əmin idilər.Məgər “Neftçi” klubunu və ya` azarkeşlərini bu məsələdə suçlamaq olarmı,əlbəttə ki yox.Bu bizim avropa ölkəsində yaşamadığımıza görə belədir. “Xəzər lənkəran”ın “Neftçi” ilə noyabr ayının 8-də keçiriləcək oyunda da yenə azarkeşlər qarşılıqlı söyüşlər və ittihamlar səsləndirəcəklər.Düşmənçilik də olacaq digər xoşa gəlməyən hadisələr də baş verə bilər.Bunun səbəblərini azarkeşlərdə axtarmaq düzgün deyil.Bu düşmənçiliyin təməlini cəmiyyət özü , paytaxtın bölgəyə yuxarıdan aşağı baxaraq qurduğu münasibətdən yaradıb.Bu derbiyə və ya böyük oyuna olan böyük marağın səbəbləri var.Amma bu sağlam rəqabətin yaratdığı maraq deyil.
|