www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Fevral » 27 » "Xəzər Lənkəran" - "Olimpik Şüvəlan" 2:0
18:17
"Xəzər Lənkəran" - "Olimpik Şüvəlan" 2:0
Bosman fan klubunun bosman.at.ua saytında "Xəzər Lənkəran"ın "Olimpik-Şüvəlan"la yoxlama oyunu haqda gedən yazını təqdim edirirk.
Bosman.at.ua:
Görüş yoxlama xarakterli olsa da oyunu izləməyə təxminən 100 nəfər azarkeşlərimiz gəlib. Bu xəbərləri isə eksklüziv olaraq "Bosman" fanklubunun nümayəndəsi Mirhafiz Babayev birbaşa stadiondan ötürdü.
27 fevral 2010-cu il "Xəzər Lənkəran" yaranmış fasilədən istifadə edərək 2 yoxlama görüşü planlaşdırmışdı ki, bu görüşlərdən birini Bakı ş. Şəfa stadionunda bu gün "Olimpik-Şüvəlan"a qarşı keçirir. "Xəzər Lənkəran"-ın birinci hissədə start heyətini təqdim edirik:
1.Dimitri Kromarenko
4.Tihhon Şişo
6.Tomaş İneman
7.Ruslan Poladov
10.Ceyhun Sulatnov
12.Allan Lalin
17.Ramazan Abbasov
18.Alim Qurbanov
22.Amid Hüseynov
30.Mario Souza
77.İvan Pexa
Oyun sakit tərzdə başladı. Hər iki komanda rəqibin hücuma keçərək boş mövqelər buraxacağını gözləyirdi, buna baxmayaraq oyun sakit tərzde gedirdi. Lakin oyunun ortalarında "Olimpik-Şüvəlan" təşəbbüsü ələ aldı və bir neçə təhlükəli zərbələr endirdi ki, hətta bu zərbələrdən biri qapı tirinə dəydi. Bundan sonra "Xəzər Lənkəran" experimental heyəti ilə hücumlarını kəskinləşdirməyə başladı və bunun nəticəsi olaraq gənc hücumçu Amid Hüseynov əlverişli ötürmə alaraq qapıçı ilə üzbeüz qalıb topu qapının sol küncüne göndərdi - 1:0 - bu 42 ci dəqiqədə baş verdi. 2 dəqiqə sonra isə mərkəzdən ötürmə alan Amil gözəl fəndlə Mario Souzani qapıçı ilə təkbətək çıxarmaq istəsə də, Souza topu ram edə bilmədi. Artırma dəqiqələrində "Olimpik-Şüvəlan" sağ cinahdan iti bucaq altında qapımıza təhlükəli zərbə endirsə də Kromarenko bir toxunuşla topu kornerə çıxardı. Beləliklə 1ci hissə bu hesabla bitdi.
2-ci hissəyə komandamız nisbətən fərqli heyətlə çıxdı.
1.Dimitri Kromarenko
3.Elvin Beqiri
5.Dieqo Souza
6.Tomaş İneman
7.Ruslan Poladov
9.İvan Çvetkov
15.Opara Emeka
17.Ramazan Abbasov
21.Radomir Todorov
28.Kristian Kabral
72.Devran Ayhan
2-ci hissə də sakit başladı. Gah bu, gah da digər komanda hücuma keçməyə cəhd edirdi. "Olimpik Şüvəlan" bir neçə təhlükəli hücuma keçsə də müdafiəçilərimiz sayıq oynadı. Oyunun ikinci hissəsinin 12-ci dəqiqəsində 6 nomrəli futbolçumuz İneman zədələnsə də onun zədəsi ciddi olmadı. Oyunda bir neçə dəqiqə fasilə yarandı və hakim yenidən oyuna start verdi. 61-ci dəqiqədə Opara sağ cinahdan hücuma keçsə də rəqib müdafiəçilər topu kornerə çıxardılar. Təxminən 67-ci dəqiqədə sol cinahdan hücuma qoşulan Todorov qapıçı meydançasına yerlə gözəl ötürmə verdi lakin 2 oyunçumuzdan heç biri topa toxuna bilmədi. 70-ci dəqiqədə Dieqo Souzanın uzaqdan vurduğu zərbə isə qapı tinindən azca uzaqdan keçdi. Bu dəqiqələrdə "Xəzər Lənkəran" hücumlarını davam etdirir
77-ci dəqiqədə mərkəzdən ötürmə alan İvan Çvetkov sol cinahla irəliləyərək cərimə meydançasına daxil oldu və qapıçının önə çıxdığını görərək aşırma vuruş ilə hesabı 2:0-a çatdırdı. 80-cı dəqiqədə "Olimpik Şüvəlan" hücumda olmasına baxmayaraq topa əl ilə toxunan "Olimpik Şüvəlan"ın oyunçusu oyunun dayanmasına səbəb oldu.
83-ci dəqiqədə "Olimpik Şüvəlan" oyunçusu hücuma keçərək Kromarenko ilə üzbəüz qalmasına baxmayaraq topu düz qapıçımızın üzərinə vurdu. 85-cı dəqiqədə "Xəzər Lənkəran" daha bir gənc oyunçunu--Kazım Kazımlını Ramazan Abbasovun yerinə meydana buraxdı. 86-ci dəqiqədə yenə "Olimpik Şüvəlan" hücuma keçərək topu qapımıza tərəf vurdu, lakin Kromarenko gözəl tullanışla topu uzaqlaşdırdı. 87-ci dəqiqədə təcrübəli məşqçi Ağasəlim Mircavadov təcrübəli Dmitri Kromarenkonu gənc qapıçı Sadiq Ramazanovla əvəzlədi. 88-cü dəqiqədə düz cərimə meydançası xəttinin üzərindən qapımıza tərəf cərimə zərbəsi təyin olundu. Yerinə yetirilən cərimə zərbəsini isə gənc qapıçımız Sadiq Ramazanov sakit tərzdə tutdu.
Bundan sonra oyunda elə bir təhlükəli vəziyyət yaranmadı və "Xəzər Lənkəran" ilk yoxlama oyununda 2:0 hesabı ilə qazandı.
Bölmə: |Baxış sayı: 702 | Yazar: ISLAM |
Всего комментариев: 1
27.02.2010
1. Rafael Xezerli [Материал]
12-ci oyuncuların Ağasəlimlə görüşündən sonra əsas komandada yerli futbolçuların oynamasına mən də inanırdım.Sağ olsun 12-ci oyunçular ki,azarkeşlərin fikirlərini Ağaya çatdırırlar.Bu işin öhdəsindən gələ bildikləri üçün də onlara təşəkkür düşür.Yaşasın Xəzər Lənkəran.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz