Ana Səhifə» 2010»Yanvar»4 » “Xəzər Lənkəran” və Ağasəlim Mircavadov.
01:23
“Xəzər Lənkəran” və Ağasəlim Mircavadov.
“Xəzər Lənkəran” və Ağasəlim Mircavadov. Yarandığı gündən, “Xəzər Lənkəran”ın qazandığı uğurları, daha doğrusu konkret nəticələr və titullar Ağasəlim Mircavadovla bağlıdır fikri bu klubun azarkeşlərinin böyük hissəsinin qəbul etdiyi fikirdir.Düzdür müəyyən azarkeşlər vardır ki,deyilənlərlə razılaşmayır və əks mövqedən çıxış edirlər.Amma bu yazıda onların həmişə mövqe bildirərkən ortaya qoyduqları arqumentlər nəzər alınmayacaq,ən azı ona görə ki,daha böyük azarkeş kütləsinin mövqeyi əsas götürülməlidir prinsipinə köklənən yazını sizə təqdim edirik. Bu məşqçinin cənub klubu ilə ardıcıl qazandığı uğurlu nəticələr həmişə mətbuatda da xüsusi qeyd olunur.Çünki ixtiyarında olan komanda ilə həm məzmunlu oyun nümayiş etdirən Ağasəlim bəy həm də bir dəfə çempionluğun qızıl medalını, iki dəfə ölkə kubokunu və MDB kubokunu ortaya qoya bilmişdir. Biz azarkeşlərə hücum futbolunun şirinliyini daddıran Mircavadov səsküylü transferlər olmadan belə komandanın oyununa gözəllik gətirməklə, çalışdığı müddətdə öz gücünü göstərə bilmişdir.Bu keyfiyyətləri hesabına o ölkə futbolunda hələki bir nömrəli məşqçi olduğunu sübut edir.Məhz Ağanın timsalında məşqçinin futbolçuda özünə inam hissini yaratması bacarığı diqqətdən kənarda qala bilməz. Onun “Xəzər Lənkəran”dan uzaq qaldığı bir il ərzində Juniniyo Martins,Mario Souza və Rahid Əmirquliyev kimi futbolçuların formasını itirməsini,bu mövsümdə isə yenidən öz oyunlarını tapmalarını misal gətirmək olar.O bir ağsaqqal kimi futbolçulara psixoloji təsir etməyi,onların şəxsi problemləri ilə maraqlanmağı və problemlərin müsbət həllinin yollarını bilir.Eyni zamanda azarkeşlərlə davranmağın sirrini ölkədə ondan yaxşı bilən yoxdur desək yanılmarıq.Nəzər alsaq ki,say çoxluğuna,futbol biliyinə və çılğınlığına görə Xəzərsevərlər Azərbaycan futbolunda aparıcı qüvvədir və bu qüvvə heç vaxt kütləvi şəkildə Ağanı istefaya səsləməyib,deməli arabir otaya çıxan azarkeş narazılıqları müvəqqəti xarakter daşıyır.Hətta komandanın doğma meydanda xal itkisi ilə üzləşdiyi məqamlarda belə azarkeşlər arenanı tərk edərkən öz hisslərini boğur və baş məşqçiyə sərt mesajlar göndərməyirlər.Bu da azarkeş kütləsinin Mircavadova olan inamından irəli gəlir.Elə Bakı ilə təxirə salınmış və “Fırtınalar meydanı”nda noyabr ayının 25-də keçirilmiş 1-1-lik heç heçə ilə nəticələnən oyunda da bu hal baş verdi.Sanki azarkeşlər 4-gün sonra keçiriləcək ikinci dövrənin ilk oyununda komandamızın paytaxtda qələbə qazanacağına inanırdılar, nəhayət istəklərinə çatdıqda isə hamı sakitləşdi və uğurların ardının gələcəyini gözlədi. İndi bütün azarkeşlər klub rəhbərliyinin baş məşqçi üçün şərait yaradacağına və yeni transferlərin həyata keçirilməsində ona dəstək olacağına ümid edirlər.Komandanın demək olar ki,bütün mövqelərinə bir başa və ya ehtiyat olaraq oyunçu lazımdır. Müdafiyə ilə yarımmüdafiyə və hücum xətləri arasında əlaqələrin daha yaxşı qurulması üçün səviyyəli futbol nümayiş etdirə biləcək yeni futbolçuların alınması xəbərləri, “Xəzər Lənkəran” azarkeşlərinin hal hazırda bir nömrəli müzakirə obyektidir. Uğurlar Xəzər Lənkəran,çempionluğu və kuboku qazanaraq sevindir bizi Ağa,axı bu azarkeşlər ən yaxşısına layiqdirlər.
Agaselim beyin “Xezer Lenkeran”-a ilk gelisinde de evvel-evvel agir geden inkisaf hiss olunurdu. Amma ilin sonuna qeder bu inkisaf oz neticesini verdi. Koimandamiz hemin il hem olke cempionu oldu, hem de olke kubokunu qazandi ve hemcinin birlik kubokunun qalibi oldu. Bu tebii ki bele olmalidir. Cunki, mesqci oz oyun sistemini komandaya asilamali ve buna uygun oyuncular transfer etmelidir ki, nehayet komanda netice gostersin. Insalah bu qus transfer siyaseti de komandamiz ucun ugurlu alinar. Yolumuz Avropa yoludur. Hele “Xezer Lenkeran”-in demeye cox sozu, ozunu subut etmeye cox meydanlari var. Allahin komekliyi ve azarkeslerin desteyi ile bizi cox ugurlar gozleyir.
Klub rəhbərliyi Ağasəlim Mircavadovu yenidən Xəzər Lənkərana gətirməklə ağıllı addım atdı.Beləki Mircavadovdan əvvəlki dövrdə komandada mövcud olan ruh düşkünlüyünün qarşısını başqa cür almaq daha çətin olacaqdı.İndi komandada döyüşkənlik,mübarizlik və qələbəyə istək var ki,bu da Ağasəlim bəyin zəhmətidir.Bir müddət öncə onun gəlişinə etiraz edənlər indi məhz onun nəticələrinin qarşısında razılaşmalı olurlar.