Fevralın
7-də "Xəzər Lənkəran” komandası stadionun yardımçı meydançasında axşam məşqinıə
çıxdı. Günün ikinci yarısından etibarən
Lənkəranda başlayan çiskin yağışa və soyuq küləyə baxmayaraq məşqi çoxlu azarkeş izləyirdi. Futbolçular
məşqçilərin tapşırıqlarına əsasən müxtəlif hərəkətləri yerinə yetirir, hərdən
bir isə azarkeşlərin alqışlarını da alırdılar. İbrahim Banqura daha fəal görünürdü.
Məşqə
toplaşan azarkeşlər hamılıqla fevralın 9-da keçiriləcək komandanın təqdimetmə
mərasimindən danışırdılar. Xatırladaq ki, komandanın yeni heyətinin təqdim etmə
mərasimi və əvəzedici heyətlə yoldaşlıq oyunu fevralın 9-da saat 17:00-da "Fırtınalar
Meydanı”nda keçiriləcək.
Məşq
bitincə azarkeşlər Lənkəran Olimpiya Mərkəzinə üz tuturdular. Xatırladaq ki, qeyd
olunan idman mərkəzində milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr
olunan futzal turnirinin final oyunları
keçiriləcək və qalib komandalara mükafatları Mirça Rednik təqdim edəcək.
|