Ana Səhifə» 2010»Aprel»4 » Yazıram sadə və adi, alınır əndirabadi..
22:31
Yazıram sadə və adi, alınır əndirabadi..
Yazıram sadə və adi, alınır əndirabadi..
Bu andıra qalmış əndirabadi də əl çəkmir ki, bir az başımız ayılsın. Hərçənd ki, heç indi də ayılmayıb, amma bir vaxt tapıb qeydlərimi və yeni xəbərləri yazıram, oxuyun, peşiman olmazsınız.
“Qarabağ” fan klubunun “Neftçi” bayrağı və ya külək hansı tərəfə əsir...
“Xəzər Lənkəran” – “Qarabağ” matçında komandaların necə futbol nümayiş etdirməsindən, hakimlərin oyunu yüksək səviyyədə idarə etməsindən və yerli azarkeşlərin mədəniyyətindən yazılıb, yerdə qalıb “Qarabağ” fanatları, onları da biz işıqlandıraq öz işığımızla. Həmin oyun günü Lənkəranda hava heç də bir qaydada qalmırdı. Göy üzünü buludlar almışdı, külək də buludları oyandan bu yana qovurdu, bu yandan da o yana. Bir də baxdıq ki, o külək qara buludları “Fırtınalar meydanı”nın üzərindən asıb. Bax ondan sonra yağış yağdı. Nəsə “Qarabağ”la oyunlarda külək və yağış əskik olmure... Nə isə arabir ildırım da çaxırdı və külək səmtini tez-tez dəyişirdi həmin gün. Birdən hamının gözünə “Neftçi” klubunun bayraqları göründü. Biz Lənkəranlı futbol azarkeşlərinin bu bayrağa antipatiyamız var, amma bu anti hisslərə qapanıb “qarabasma”ya düşməmişdik, bu dəqiqdir. “Qarabağ” fanatları öz bayraqlarını ya unutduqlarından ya da bilərəkdən “Neftçi” bayraqlarını başları üzərinə qaldırmışdılar. Hər iki klubun Aztv dən və futbol qurumlarından “podderjka” alaraq irəli getdiyi məlumdur. Elə bu klubların fanatlarının da bir qabdan su içmələri bəllidir. Amma həmin gün deyəsən məsələ küləkdə idi. Külək bir tərəfə əsəndə “Neftçi” bayrağı göründüyü halda, küləyin istqaməti dəyişən kimi bir neçə ədəd balaca ölçülü “Qarabağ” bayrağı da görünürdü. Nə isə külək hayana əsirdisə o yan da görünürdü.Bu “Qarabağ” fanatlarının küləklə nizamlanmasını bilmirdik. İndi də deyirlər ki, Bərdədən o yana gəlməyin. Yəni Quzanlıya may ayının 9-da baş tutacaq oyuna baxmağa getməyi məsləhət görmürlər. Belə cavab verərdim, -Niyə tələsirsiniz, bəlkə külək sizin fikirklərinizi dəyişdi, ey küləkcanlılar. Lap bəlkə bir mahnı oxuyaraq gəldik. Məsələn belə-Lənkəran da bizimdir-bizimdir, Bu Bərdə də bizimdir-Bizimdir, Ağdam da yarı-ba-yarı bizimdir-bizimdir, ay bizimdir-bizimdir...
“Flaqman” adlı bir qrup var əhsən...
“Neftçi” tərəfdarlarını özündə birləşdirən “Flaqman” adlanan fanat qrupu var əhsən. O qrupun da qəzetdə yazıldığı kimi rəhbərlərindən olan Mirmövsüm Musayev adlı biri var əhsən. O Musayev də çıxıb qəzet vasitəsi ilə meşədə çaqqal axtarıb özü də Lənkəranda vay-vay. Daha bilmir ki, o böyüklükdə paytaxtda o qədər çaqqal xislətli insanları buraxıb Lənkəranda çaqqal axtarmaq çaqqali işdir. Sonra da Ağasəlim Mircavadova ilişib deyir ki, kəllə vurmaq əvəzinə təqaüdə çıxsın. Mən deyərdim ki, bəlkə Mircavadov bir neçə nəfərə də kəllə vurmalıdır və ondan sonra təqaüdə çıxa bilər. Kəlləyə layiq olanlar nə çox, Azərbaycan futbolunda, öz aramızdır... Azərbaycanlıların bir düşməni var o da ermənilərdir- deyən Mirmövsüm Musayev bilməlidir ki, futbolla siyasəti qarışdırmaq olmaz. Amma Musayevin konkret fikrinə konkret cavab vermək lazımdır. Düşmən elə düşməndir. Düşmən və ya düşmənçilik milli mənsubiyyətə görə deyil əməllərə görə olur ki, hal-hazırda torpaqlarımızın bir hissəsini zəbt edənlərə də, torpaqları satanlara da millətindən asılı olmayaraq bərabər hüquqlu düşmən demək olar. “Neftçi” fanatlarının bizə düşmən yox, futbolda rəqib olması anlayışı düzgün olardı. Əgər biz Lənkəranlılar, “Neftçi” fanatlarını düşmən kimi qəbul etsəydik, o zaman Lənkərana gələrkən, təşəkkür etdikləri polis və daxili qoşunların əsgərləri də onların köməklərinə çata bilməzdi. Biz düşmənlərimizi elimizə, obamıza buraxmırıq. Bu bizlərdə zatən belədir. Biz “Neftçi” fanatlarına rəqib komandanın fanatları kimi baxırıq. Yox əgər “Neftçi” fanatları və ya “Flaqman” deyilən qrupun üzvləri bizim gözümüzdə özlərini düşmən kimi görürlərsə, onda problem bizim gözümüzdə deyil onların dostu və ya rəqibi düşməndən ayıra bilməyən gözlərindədir. ”Neftçi” fanatları, gözünüzü açın bizə yaxşı yaxşı baxın, bir də baxın.
Aztv və İdman Azərbaycan kanalları Əfqan Həmzəyevi rüsvayçılıqdan qurtarıb.
Əfqan Həmzəyevin qələmini hərrac yolu ilə satıb 350-azarkeş üçün bilet aldıq və onlar Əfqan bəyin hesabına “Qarabağ”la oyuna rahatca baxdılar. Onun Lənkəranda populyarlığını nəzərə alıb, təklif edirəm ki, hakim fitini, sarı və qırmızı vərəqələrini, istifadə etmədiyi qulaqcığı bizə təqdim etsin. Biz həmin əşyaları hərraca çıxararaq satıb, əldə olunan pulun tən yarısını ona verərik. Yerdə qalan ikinci yarı ilə isə yenə bilet alıb “Xəzər Lənkəran”ın növbəti ev oyununda azarkeşlərə paylayarıq. Beləcə azarkeşlərin yanında günahlarının yuyulması işində ona yardımçı olardıq. Bu gün əldə etdiyimiz məlumata görə qalmaqallı “Xəzər Lənkəran” – “Neftçi” oyununda meydana daxil olaraq Əfqan Həmzəyevin üzərinə şığıyan gənc azarkeşin məqsədi heç də baş hakimi döymək olmayıb. Beləki, azarkeş hakimin əynindəki şortiki çıxarmaq istəyirmiş amma sonradan fikrindən daşınıb. O bir anlıq fikirləşib ki, oyun canlı yayımlana bilər və soyunma əməliyyatının efir vasitəsi ilə stadiondakılardan kənar minlərlə insanlar da görə bilər. Deməli Aztv və ya İdman Azərbaycan kanalları Əfqan bəyi rüsvayçılıqdan qurtarıb. Gənc azarkeş bu oyunun canlı yayımlanmadığını yalnız oyun bitəndən sonra bilib. O vaxt isə artıq gec imiş. Hə bu qədər. Bildiklərimi yazdım, necə deyərlər yazıram sadə və adi, alınır əndirabadi.
futbol + qezetinin proqnozlari duz cixdi.efqan(satilmish)3 0yunluq istirahete gonderildi.lenkaranlilarin soyduyu yere.bir miqdar da xezere pul cezasi kesdiler/(32 min.xezer ucun bir miqdar.red)agani da 4 oyunluq cerimelediler.her sey plan uzre isleyir.cempion planinda kim bilir kimdi.xezer bu planlari engelleyerdi.qarabaga vurdugu qol kimi.qol cornerden vuruldugundan ona behane tapilmadi.
MƏN OYUNA GƏLƏNDƏ (17:00-DA), 200-ZƏ YAXIN QARABAĞLI AZARKEŞLƏR AVTOBUSTAN DÜŞÜB STADİONA DOĞRU İRƏLİLƏYİRDİLƏR VƏ HƏTTA ONLARLA BİR YERDƏ LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏN VƏ LƏNKƏRAN TİBB MƏKTƏBİNİNDƏN OLAN TƏLƏBƏLƏDƏ VAR İDİ. HƏMİN VAXT STADİONUN QABAĞINDA OLAN MİNLƏRLƏ "XƏZƏR-LƏNKƏRAN"LI AZARKEŞLƏR STADİONA DAXIL OLURDULAR VƏ ONLARA HEÇNƏ ETMƏDİLƏR HƏTTA YUH BELƏ DEMƏDİLƏR. İNDİ QARABAĞLI AZARKEŞLƏR DEYİKLƏR Kİ, QUZANLIYA GƏLMƏYİN?! ONDA AR OLSUN ONLARA!