www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Yanvar » 21 » Yeni transferlərdən sonra komandamızın heyətində yer alan milli üzvlərinin sayı altıya çatıb.
21:34
Yeni transferlərdən sonra komandamızın heyətində yer alan milli üzvlərinin sayı altıya çatıb.
Yanvarın 21-də “Xəzər Lənkəran” ilk qış transferlərini gerçəkləşdirib – Estoniya milli komandasının üzvü Tihhon Şışovla Albaniya milli komandasının apracı futbolçusu Elvin Beqiri Antalyadan Bakıya gələrək müqaviləyə imza atıblar.

Kostadin Cambazov, Fatih Sonkaya və Denis Silvanın müxtəlif səbəblər üzündən komandamızdan ayrılmasından sonra zəifləyən müdafiə xəttini güclündirməyə çalışan Ağasəlim Mircavadov komandamızın Antalya toplanışına üç müdafiəçi dəvət edərək onları “Vityaz”la oyunda sınamışdı. Həmin oyundan sonra təcrübəli mütəxəssis Elvinlə Tihhonun tələblərinə uyğun olduğunu bildirmiş və onların komandamızı gücləndirə biləcək səviyyədə olduğunu gizlətməmişdi. Klub rəhbərliyi məşqçinin tövsiyyəsinə əsasən vaxt itirmədən hər iki futbolçunu ölkəyə dəvət edərək müqavilə bağlamağa müvəffəq olmuşdu. Yeri gəlmişkən, məhz bu səbəbdən futbolçular dünən komandamızın “Sibir”ə qarşı keçirdiyi oyunda iştirak edə bilməyiblər.

Beləliklə, bu transferlərdən sonra komandamızın heyətində yer alan milli üzvlərinin sayı altıya çatıb – Kamran Ağayev, Rahid Əmirquliyev, Denis Kalinkov, Allan Lalin, Tihhon Şışov və Elvin Beqiri.

Onu da qeyd edək ki, mətbuata açıqlama verən Ağasəlim bəy “Xəzər Lənkəran”ın daha iki futbolçuya ehtiyacı olduğunu düşündüyündən qarşıdakı günlərdə komandamızın bir yarımmüdafiəçi və bir hücumçuyla güclənəcəyini istisna etməyib.

Bu arada yayılan digər xəbərdə deyilir ki,Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” baxışa çağırdığı futbolçulardan birini geri qaytarıb. Cənubluların baş məşqçisi Ağasəlim Mircavadov boliviyalı futbolçu Helmut Qutyerresi bəyənməyib.

“Sibir”lə son yoxlama matçında start heyətində meydana çıxan 23 yaşlı yarımmüdafiəçi Mircavadovun etimadını qazana bilməyib. Rusiyalılarla görüşdən sonra Helmut vətəni Boliviyaya qayıdıb.

Peşəkar karyerasını 3 il əvvəl “La-Pas”da başlayan Qutyerres bu komandada keçirdiyi 83 oyuna 10 qol vurub. Ötən il sentyabrın 9-da keçirilən dünya çempionatının Ekvadorla seçmə oyununda ilk dəfə Boliviya millisinin formasını geyən yarımmüdafiəçi ümumilikdə əsas yığmada 2 matç keçirib. Son qarşılaşma isə oktyabrın 11-dəki görüş olub.

Braziliya milli komandası ilə oyuna start heyətində çıxan Helmut Pelenin həmvətənliləri üzərində 2:1 hesablı qələbədə 90 dəqiqə oynamaqla pay sahibi olub.

Türkiyədə hazırlıqlarını davam etdirən “Xəzər-Lənkəran”ın düşərgəsinə daha bir futbolçu qatılıb. İnformasiyanın Ağasəlim Mircavadov tərəfindən KİV-ə ötürülməsi diqqətə çatdırırlıb.
Onun sözlərinə görə, makedoniyalı Hasan Ertanın komandada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcək. Mircavadov həmçinin bildirib ki, yaxın günlərdə baxışa yeni futbolçular da gələcək.
Təsdiqini tapmayan amma daha çox yayılan ən təzə xəbərdə isə bildirilir ki,22 və 23-yanvarda komandamızın düşərgəsinə gələcək futbolçular qış transferinin kulminasiyası olacaq.Onların arasında əsasən Braziliya əsilli gənc və təcrübəli,həm də öz ölkələrinin güclülər dəstəsində uğurlu çıxışları ilə yadda qalan futbolçuların olacağı gözlənilir.

Bölmə: |Baxış sayı: 1341 | Yazar: ISLAM |
Всего комментариев: 1
22.01.2010
1. Anar [Материал]
Klub rehberleri bir az celd terpenmelidirler. diger klublar artiq bir nece futbolcunu aliblar bizim komandada ise teze oyuncu hele ki, cemi iki oyuncudur.
FIRTINALAR MEYDANINA XOŞ GELMİSİNİZ !
CİSMİMİZ RUHUMUZ SENİNLE YAŞAR

der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz