Ana Səhifə» 2010»İyul»27 » Yuri Panfilov:- Mən nə əsas heyyətin işinə qarışıram...
02:16
Yuri Panfilov:- Mən nə əsas heyyətin işinə qarışıram...
“Xəzər Lənkəran” məşqə başlayanda ikinci yardımçı meydançada gənclərin məşqi sona çatırdı. “Xəzər Lənkəran”ın aşağı yaş qruplarına rəhbərlik edən Yuri Panfilovu görüb əvvəlcə özümüzü təqdim etdik,sonra isə gənclərlə işlərin necə getdiyini soruşduq.
-İşlər pis deyil,çalışırıq.Uşaq məşqçiləri ilə birgə işləyirik.Əvvəllər daha çətin idi.Uşaqlarla işə başlayanda sıfırdan başladıq.İndi nəticələr üçün çalışmağa yaxınıq.Valideynlərin bəziləri də bizi anlamalıdır.Problem nədədir,valideynlərdə ya ..?
-Problemin kökündə nə valideyndir,nə də uşaqlar.Uşağın futbol oynaması üçün o dinamik hərəkətə,sürətli sıçrayışa alışmalıdır.Bunun üçün idman zalları olmalıdır.Amma bunu uşaq futbolla məşğul olmamışdan etmək lazımdır.Yüngül atletika zalına gedən daha sonra isə basketbol oynayan uşaq 11-12-yaşında futbola qoşulanda daha stabil inkişafla irəliləyir.Təbii ki,maraq və zəhmət də az rol oynamır.Əsas heyyət üçün gələcəkdə sizin çalışdığız uşaqlardan futbolçu yetişəcəyinə inanırsız ?
-İnanıram,bunun üçün də çalışırq.Rəhbərlik də bunu istəyir.Mən nə əsas heyyətin işinə qarışıram nə də tələb etmirəm ki,əsas komandanın baş məşqçisi mənim işimlə maraqlansın.Amma Mirça Rednikin bizimlə maraqlanması yaxşı haldır.O Avropanı görüb,mən də çox yer görmüşəm. Özünüz də baxın(Əsas heyyətlə çalışan Mirça Redniki və köməkçisini göstərir) görün necə həvəslə çalışırlar. Belə başa düşürəm ki,onunla qarşılıqlı anlaşma şəraitində çalışmaq mümkün olacaq.
ola yuri aqui é o betao queria fala com voce tem contado email alguma coisa te aguardo esse e meu email meu telefone é (ddd14 38133640) celular (ddd14 81521606) um forte abraço