" Xəzər
Lənkəran”ın dünən keçirdiyi əvəzedici heyətlə yoxlama matçında diqqətləri özünə
cəlb edən futbolçulardan biri də " Roma”nın yetirməsi Adrian Pits idi. Topla
rahat davranışı bir yana tez-tez hər iki ayağı ilə uzaqdan zərbələr vurmaqla da
yadda qalan Pitsin ikinci hissədə qapını möhkəm silkələyən zərbəsidaha diqqətçəkici məqam idi. Həmin qapının
arxasında oturan azarkeşlərdən bir neçəsinin danışığına əsaslansaq, deyilənə
görə zərbə sonrası qapının sağ dirəyi az da olsa yerindən möhkəm tərpəndiyinə
görə boşalıb və matç sonrası stadionun texniki işçiləri həmin qapının yanına gələrək
dirəyi möhkəmlətməyə çalışıb. Bu barədə məlumatı gec əldə
etdiyimizə görə xəbəri səhər saatlarında dəqiqləşdirməyə çalışacağıq.
Bu xəbəri saytımızın wap versiyasında da izləyə bilərsiniz wap.12cioyuncu.info